ailə

Ailəmdə ağırlıq olduğunu hiss edirəm, bunu necə aradan qaldıra bilərəm?

    20.08.2023
Sual: 
Salam. Bizim evde ağırlıq olduğunu hiss edirem. Evde söz sohbet hecneden davalar bitmek bilmir Men cadu olunduğunu düşünürem Ve nece tapa bilerem cadunu axı Kend yerinde evlerin heryerinde ola biler böyükdü ev. Yada cadu tapmaq üçün birini getrsem sadece tapmagi üçün Batil etmek üçün lazım olan ayeleri oxuyacam özüm Xahiş mene kömək ederdiz sualimda Ailemde çox pis hadiseler yaşanır Ve aradan qaldirmaq İstyrem
Cavab: 

Və aleykum Salam. Ailədə baş verən münaqişələr və söz-söhbət cadu səbəbindən olmaya da bilər. Odur ki başqa səbəbləri də araşdırmaq lazımdır. Bu barədə ətraflı oxuyun:

Nə üçün İslamda kişiyə eyni vaxtda dörd qadınla evli olmağa icazə verilir?

    15.08.2023
Sual: 
Salam. Neye gore islamda kishiye eyni anda 2 3 hedda 4 nikaha girmeye icaze verilib? Bir kisinim qelbinde nece ki qısqancliq hissi var, hemçinin qadininda qelbinde var. Burda qadinin hissleri ezilir onemsenmirmish kimi yanashma deyildir mi? O halda qadına neye gore bu hiss verilib? Axı her şey mal mulk qızıl deyil. Belke qadın isteyir ki yoldashi onun yanında olsun kishi ise hemin gunu onu evde tek qoyub bashqa arvadinin yanina gedir. Bu qadına qarshi haqsızlıq deyil mi? İkinci qadin birinci ailenin haqqında girmish olmur mu?
Cavab: 

Əri icazə verirsə qadın ərindən ayrı yata bilərmi?

    13.08.2023
Sual: 
Salam Aleykum. Menim balaca uşağim var o tek yatmir bizle yatir amma men rahat yatmiram yerim rahat deyil uşağa göre men uşağla ayrica yatmali oldum yoldaşim ayri yatir men günah qazaniram mi? Çünki yoldaşim özü deyir bele ele men yoldaşimin qeydine qaliram Allahdan qorxuram ve onun her bir şeyini yerine yetirirem . Günahami girirem ?
Cavab: 

Va aleykum Salam.

1) Yoldaşınız icazə verirsə ondan ayrı yatmaqda bir qəbahət yoxdur. Əsas olan yoldaşınızın sizdən razı qalmasıdır. Ətraflı oxuyun:

Valideynə söz qaytarmaq olarmı?

    11.08.2023
Sual: 
Salam. Necəsəz? Allah köməyiz olsun ki,marifləndirirsiz. Sualım budur ki,atam xasiyətcə acıdır. Yəni çox kobud davranır həm bizlə, həmdə üohum əqraba ilə. Amma zəhmətkeşdir çalışır. Korluq vermir.Amma bir növ edir,ama sonra elədiyin burundan tökür. Oğlu olaraq kobudluğuna əsəbləşirəm. Nə qədər deyirəm ki,kobud olma,çoxda xətirlərə dəymə. Yəni bəzən olur ki, dözə bilməyib cavab qaytarram. Sonra deyirəm ki, böyükdü çalışır. Cavab qaytarmaq düz deyil. Ama ki, day əsəbləşib bilmək olmur neyneyəsən. Siz nə məsləhət görərdiz? Yəni neynəmək olar? Cavab qaytarmaq düz deyil.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Boşanmış ər-arvad bir evdə yaşaya bilərlərmi?

    10.08.2023
Sual: 
Salam. Er ve arvad boşanıb eyni evde ama otaqlar ayrı ayrılıqda çay çoreyi bir yataqları ayrı yaşıya bilerlermi Oda başqasıyla evlenmediyi halda Yani uşaqların geleceyi üçün.yoldaşımla yola gede bilmirem.yoldaşım deyrki mende bu evde qalacam boşanacam evdende getmirem nede başqasıylada evlenmeycem sadece hormet baresinde kusulu qalmıyıb çay çoreymiz bir qazancımızda bir.uşaqlara baxmaqcun qala bilermi?
Cavab: 

Və aleykum Salam. Şəriətlə boşanma kişinin öz zövcəsinə "səni boşadım" və ya buna bənzər boşanmaya dəlalət edən bir söz deməsidir. Ətraflı oxuyun:

Namaz qılmayan adam buna görə başqasını günahlandıra bilərmi?

    09.08.2023
Sual: 
Salam menim yoldaşim namaz qılırdı men onun telefonda zina etdiyi gördüm yazışma sonra bunu aileme dedim boşanmaq istirdim menim aileme dedim ki namaz qılmır mene söyür olar da biraz yüksek sesle deyib ki bala niye namaz qılmırsan niye söyürsen bize sora gelib yoldaşim deir senin ailen kimdi ki mene qişqrır sora mene deir ki siz meni namazdan soyutduz ailen ve sen neyimi gören kimi dedin neter dindar adamsan bu söze göre yaxşi edib qılmıram menim namaz qılmamaqım senin ve aliene günah yazılır bu düzdümü deir senen sual verecekler ki erini niye soyutdun namazdan ma deir sen ve silen böyük günah
Cavab: 

Və aleykum Salam. Hər bir insan etdiyi günah əməllərə görə özü cavabdehdir və həyat yoldaşınızın namaz qılmamaqda sizi və ailənizi günahlandırması düzgün deyil. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).

Qayınanam hicab geyinməyimə qarşıdır, nə edə bilərəm?

    02.08.2023
Sual: 
Salam men qaynanamgile qaliram.Özüm namaz qiliram neçe aydı ki,hicab barede düşünürdüm.Ve sanki rebbim üreyime hicab eşqin saldı keçmek qerarina geldim.Amma tekce qaynanam razı deyil keçeceyimi bildiyi vaxtdan ele ancaq deyir istemirem keçmeyini soz sohbet olur.Yoldaşım amma çox isteyir mene deyir bir evde razılıq olmadıqda sora keçme hicaba.Men neyleyim bes çox qırılıb qelbim ondan sora qaynanama ne qeder başa salsaqda xeyri yoxdu.
Cavab: 

Və aleykum Salam. Hicab geyinmək Uca Allahın əmridir və bu məsələdə heç kimə itaət etmək olmaz. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda yaradılana itaət edilməz".

Pages