ailə

Valideynim məni istəmirsə, nə edə bilərəm?

    26.10.2022
Sual: 
Salam . Menim anam meni istemir, övladlari gözü göresi gelmir ancaq istəyir ki uzaq duraq illərdən üzümüzü görmese axtarmaz.boşanmişam 1 uşaqla yoldaşım narkaman idi dpyürdü, şikəst qoydu her yerimi vurub.ana olan kes deyir get ölün gəlsin, amma yanima gelme. Çox pis rəftar edir deyir özünü öldür, yaşama. Neçəsinə nə deyiller. Deyir neynirdim sizi dogub sizi öldererdim kaş. Bacim da rehmete gedib, bezib əsəbləri pozub intihar edib indi de mene deyir. Bilmirəm ne edim Allah mene sebir versin deyirəm. Sebr elədiyim qeder heç xoşbəxt deyilem
Cavab: 
Va aleykum Salam. Sözsüz ki, ananızın sizinlə belə rəftar etməsi düzgün deyil.

Əri zina etdiyinə görə qadın ondan ayrıla bilərmi?

    24.10.2022
Sual: 
Salam men defelerle yoldasimin xeyanetine ugradim.2 defe bagisladim ve dedimki bele bir sey birde yasansa men bosanacam senden.3cu defe yene xeyanet eledi.bu defe 1iyle yox 1necesiyle beraber.son 6-7ayda eve gece 2-3 arasi gelirdi.uzunu hec 1 gun erzinde yarim saat gormurdum.ne usaqlariyla ne menimle vaxt kecirmirdi.istirahet gunlerinde bele evde olmurdu.meni saymirdi.bunlara doze bildiyim qeder dozdum ama sebrim catmadi o evden cixib anamgile geldim.bosanmaq fikrindeyem ama onun qohumlari deyirki sen o evden cixdigin gunden beri melekler sene lenet oxuyur.bilmek isteyirdim dinde bele birsey v
Cavab: 

Va aleykum Salam. Ərinizin sizə xəyanət etməsi ondan ayrılmağınıza əsas verir. Mələklərin lənət etməsi isə evini səbəbsiz yerə tərk edən qadına aiddir. Həmçinin bu cavabları oxuyun:

Ayrı-ayrı ölkələrdə yaşayan qız və oğlan necə kəbin kəsdirə bilərlər?

    24.10.2022
Sual: 
Salam Aleykum. Bağışlıyın narahat ediremse. Oğlan türkiyede qızımız bakıda yaşıyır. 2 ay sonra toyları olacaq. Ama gelmeden dini nigah olmasını isteyiriy. Qızımızın kimsesi yoxdu. Birdefe evli olub ayrılıb. İkinci ailesi olacaq. Oğlanla kebie gire bilmesi üçün şertler nedir? Yeni oğlan uzağdayken nikah mümkündürmü? Mümkündürse ne etmek lazımdır?
Cavab: 

Va aleykum Salam. Nikahın düzgün sayılması üçün əsas şərtlər qızın vəlisinin (ata, qardaş, əmi, ata tərəfdən baba və s.) izni və işi kişi şahidin kəbində iştirakıdır. Qızın vəlisinin izni varsa kəbini oğlan yaşadığı ölkədə də kəsdirlə bilər.

Qızın vəlisinin razılığı olduğu halda özü iştirak etmədən kəsilən kəbin doğru sayılırmı?

    03.08.2022
Sual: 
Salam, bezi insanlar var ki qız ve oğlanın iştirakı olmadan başqası onların adına kebin keçirib kebin kağızını getirir sadece bu cür kebin doğrudur mu?Ve qız oğlan iki şahid iştirak etse qızının atasının xeberi razılığı olsa lakin iştirak etmese bu kebin qızın atası kebinde iştirak etmediyi üçün sehv sayılır ? Önceden teşekkür edirem Allah sizden razı olsun İnşaAllah
Cavab: 

Va aleykum Salam. Kəbin kəsilərkən qızın vəlisinin (atası, qardaşı və s.), oğlanın və iki (kişi) şahidin iştirak etməsi şərtdir. Qızın vəlisi və oğlan özləri iştirak etmədən öz yerlərinə başqalarını vəkil qismində təyin edə bilərlər.

Uşağa bez almaq kişinin üzərində vacibdirmi?

    22.07.2022
Sual: 
As salamu aleikum. Menim yoldashim deyir ki, menim borcum deyil, seninde haqqin deyil pampers almaq uwaga. Deyirki qedim zamanlardaki kimi ag parcadan istifade et. Bu ne qeder dogrudur?
Cavab: 

Va aleykum Salam. Uca Allah kişilərə qadınlarla gözəl rəftar etməyi və onları çətinliyə salmamağı buyurmuşdur. Uca Allah buyurur: "Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin.

Nikahda qızın vəlisi telefon vasitəsilə razılığını bildirə bilərmi?

    22.07.2022
Sual: 
Salam aleykum. Kebin üçün dinde Veli ve 2 şahid olmalıdı mütlet. 1)Sualım budurki bunlar olduqda qızın orda olması vacibdirmi? 2) Eger qızın verlisi uzaq yerdedirse indiki şeraitle online şekilde icaze alına bilermi yoxsa mütleq iştirak etmelidi qızın atası?
Cavab: 

Va aleykum Salam.
1) Kəbində əsas olan qızın vəlisi, oğlanın özü və iki kişi şahidin olmasıdır. Qızın özünün isə kəbində iştirak etməsi vacib deyil. Daha ətraflı: Qız və oğlanın kəbində iştirak etməsi vacibdirmi?

Qayınana gəlinin hər işinə qarışırsa, gəlin nə etməlidir?

    22.07.2022
Sual: 
Salam, yeni aile qurmuşam, 5 aydır.ve qaynanamla qalıram , ve yaxşı birisi deyil ,her şeye qarışır her isime , ora getdim bura getdim, ferq etmez. Amam ozunu ise ele aparır ki sanki en yaxşı insandı , sohbet o deyil eslinde , sadece o mene qarışdığı teqdirde, men cavabını verirem yoldaşımda meni qınamır meni pis vezyete qoymur ve yaxud men istemerem , gedsin anasına mene gore nese desin. Sadece isteyirem ki daha qarismasın ve onun üçün cavabını qaytarıram. Bezen dalaşırıq. Men bu durumda ne edim ?
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

Pages