ailə

İman gətirməyən bir şəxsə görə ailə üzvləri günah qazanırmı?

    20.07.2022
Sual: 
Salam. Bir ailede biri inanmır buna göre ailedekiler de günah qazanır? Anası ne etdise olmadı hemin bu adam tutduğunu buraxmır. Amma iş orasındadı ki heç özüda bir ağ günde deyil. Man çox sıxılıram buna göre axı ne üçün bela bir adam var bizim ailede.
Cavab: 

Va aleykum Salam. İman gətirməyən şəxsə görə onun ailə üzvləri günah qazanmır. Uca Allah buyurur: "Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir.

Ərdə olan qadının naməhrəm kişini sevməsi günahdırmı?

    19.07.2022
Sual: 
Salam men yoldawimnan xowbext deyilem aileler bowanmaqa razi deyil qariwirlar ama meni anlamirlar yoldawim doymur soymur ama sevgisi yox isteyi yox mene toxunmaz . Menim icimde bowlug yarandi biriynen taniw oldum istemeyerekden oda xowbext deil ailesi qoymur bowanmaqa menim gunumdedi bir birimizden el ceke bilmirik oda mende xowbextik goruwmemiwik ama. Bilmek isteyirem biz bowanmaya bowanmaya nece halalliqnan goruwe bilerik? Sonuncda aileler qariwir bowanib evlenmek isteyirik aileler qoymadiqlarina gore zamana buraxmiwiq. Nece edek gunaha batmayaq? Her ikimizde Namaz qilaniq.
Cavab: 

Va aleykum Salam. Ailəli qadının yad kişi ilə münasibət qurması haramdır, bu əməl zinaya və Cəhənnəm əzabına aparır. Evli qadın yalnız ərindən boşandıqdan sonra başqa kişiyə ərə gedə bilər.

Niqablı qadınla evlənmək istəyən oğlan onu necə görə bilər?

    19.07.2022
Sual: 
Salam Allekum Bir niqablı qadınla tanış olmuşam vəə onun üzünü görmək isdəyirəm necə görə bilərm Vəlisi lazımdır yoxsa necə vəlisi bacısı vəə yaxut qardaşı ola bilrəmi ?
Cavab: 

Va aleykum Salam. Kişinin evlənmək istədiyi qadına baxması icazəlidir. Əgər evlənmək istədiyiniz qadın niqab geyinirsə, bu halda ailə üzvlərinizdən birini onun evinə göndərib evlənmək istəyinizin ciddi olmasını onlara bildirin.

Qaynatamın sağlığında bizə vəd etdiyi evi tələb etməyim doğrudurmu?

    19.07.2022
Sual: 
Salam Size sualim bundan ibaretdir ki men 11 ildi gelin kocmusem ve gelin kocmezden evvel mene yoldasimin ayrica evinin oldugunu ve ozunu idare ede bilecek maddiyata sahib oldugu bildirilmisdi.Evlendikden sonra mene verilen o soz tutulmadi ve biz qaynatamin evine kocmeli olduq ,qaynatam 10 ilden sonra qaynimin adina ev yeri aldi,diger qayinlarima ev aldi,bize ise o ev yerinde ev tikeceyini bildirdi .Damina qeder tikdi ,lakin ondan sonra qaynatam rehmete getdi.Sagliginda haqqimiz olan evi teleb etdiyim ucun hami meni qinadi indi de qinayir ve mene Allah belavi versin deyirler ,men seyidem qar
Cavab: 

Va aleykum Salam. Bu cavabları oxuyun:

Qadın valideynlərindən xəbərsiz ailə qurmaq istədiyi oğlanla görüşə gedə bilərmi?

    18.07.2022
Sual: 
Əssələmu aleykum . Qadın ailə qurmaq istədiyi oğlanı görmək üçün Valideynlərindən xəbərsiz oğlanla görüşə bilərmi yanlarında məhrəm olan 3 cü şəxs olmaq şərti ilə?
Cavab: 

Va aleykum Salam. Üçüncü şəxsin iştirakı ilə olsa belə, yaxşı olar ki, qadın ailəsinin izni olmadan ailə qurmaq istədiyi oğlanla görüşə getməsin. Ətraflı oxuyun: 

Kəbin kəsdirmək üçün hara müraciət etmək lazımdır?

    18.07.2022
Sual: 
Salamu aleykum Zehmet olmasa deyerdiz 2022ilin oruclug ayi ne zaman girir ?allahin izni ile. Birde kebin kesdrmek ucun harani meslehet gorersiz
Cavab: 

Va aleykum Salam.

1) Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən 2022 ci ildə Ramazan ayı aprel ayının 2-nə təsadüf edir. 

2) Kəbin kəsdirmək üçün məscidlərdən birinə yaxınlaşa bilərsiniz. Kəbin barədə ətraflı oxuyun:

Pages