ailə

Şəkildə gördüyün insanla Cənnətdə bir olacağını xəyal edərək ailə qurmamaq doğrudurmu?

    25.02.2022
Sual: 
Bir sehide vurulmusam ve evlenmek istemirem cennetde ona zovce olacagimi dusunurem onu her an yanimda hiss edirem.Onu isteyirem 27 yasim var evlenmek islamda vacibdi men momineyem ve cadraliyam Rebbimin buyurdugu kimi yasayiram.Elhemdulillah yani evlenmesem ona govusacagimi dusunerek addimlasam gunah ederem? Islami yaxsi bilirem ama efsus exiretini kimse bilmir indiden Allah razi galsin
Cavab: 
Əssələmu aleykum. Şəkildə gördüyünüz insanla Cənnətdə bir yerdə olacağınıza aid heç bir dəlil yoxdur. Bu, şeytanın sizə ailə qurmayaraq tək qalmanız üçün etdiyi bir vəsvəsədir.

Ərin keçmiş həyat yoldaşını xatırlaması günahdırmı?

    24.02.2022
Sual: 
As salamu aleykum va rahmatullahi va barakatuhu.Ərin keçmiş həyat yoldaşını xatırlaması və ya yadına salması düzgündürmü?çox xahiş edirəm cavab yazarsız Biiznilləh
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Kişinin öz keçmiş həyat yoldaşını xatırlamasında təfsilat var. Əgər söhbət vəfat etmiş zövcədən gedirsə, bu halda kişinin onu xatırlamasında bir qəbahət yoxdur və bu təbii bir hisdir.

Kişi borclarına görə ailəsinə laqeyd yanaşırsa, qadın nə etməlidir?

    24.02.2022
Sual: 
Salam aleykum.erim obyektleri var iwleyir ama borclarida var. onu sebeb gosterib mene ve uwagin ehtiyacini odemir. Evime xebersiz qonag gelse onune cayin yanina vereceyim bir qend konfet bele yoxdu. mesuliyyetsizdi hekime aparmaq lazimdisa uzadir ve 1ay sora aparir. 2ilden coxdu bir paltari hem yay hem qiw geyinirem VALLAHi. Gunluk qazanci 2000+ ama borclarina verir. Mene baxmamaginada sebeb bunu gosterir. Menim ehtiyaclarim onun qazancinin yaninda hecnedi ama etmir. Ac qaldigim cox gunler oldu ama utanib dememiwem ona. O iwde yeyir gelir eve.
Cavab: 

Va aleykum Salam. Ərinizin borcu olsa belə ailəsinə və övladına qarşı bu cür məsuliyyətsiz yanaşması düzgün deyil. Kişi ilk növbədə ailəsinin ehtiyaclarını ödəməlidir və bu onun üzərində bir haqdır. Ailənin ehtiyaclarını təmin etmək özü də ibadətdən sayılır.

Dini nikahda qadının iştirak etməsi vacibdirmi?

    24.02.2022
Sual: 
Salam Alekum. Dini nigah baglayanda bey ve gelinin orda olmaqi vacibdirmi? Ve ya bey olsa gelin orda olmasa olurmu?
Cavab: 

Va aleykum Salam. Dini nikah bağlanarkən qadının razılığı vacib olsa da, iştirak etməsi vacib deyil. Əsas olan bəyin özü, qadının vəlisi (atası, qardaşı, əmisi və s.) və iki kişi şahidin iştirakıdır. Ətraflı oxuyun:

Pages