ailə

Anam namaz qılmağıma izin vermir, nə edim?

    03.10.2021
Sual: 
Salam.Anam namaz qımağıma heç izin vermir.danışıram başa salmağa çalışıram ama yene qebul etmir.amma men qilmalıyam.ne etmeliyem? Teşekkürler.
Cavab: 

Va aleykum salam. Uca Allahdan sizi bu yolda sabit etməsini və ananıza da hidayət verməsini diləyirik. Valideynə itaət etmək vacib olsa da, günah olan işlərdə onlara itaət etmək qadağandır. Namaz qılmamaq və başqasının namaz qılmağına mane olmaq böyük günahdır.

Nişanlılar qucaqlaşa və öpüşə bilərlərmi?

    03.10.2021
Sual: 
Salam Alyekum men nişanlıyam ve bilmek isteryirem ki nişanlını öpmek qucağlamağ ve ya yazışmağ olmazmı? Ama biz evvel qucağlaşırdığda üzür isteyirem. Men Namaza başlamaq isteyirem nişanlım mene dedi ki bunnan sora öpmrek qucağlamağ olmazmış hetta telefonda olan smalikler var öpmey smaliki olarıda atmağ olmszmış çox xaiş elirem buna aydınlıq getirerdizde.
Cavab: 
Va aleykum salam. Nişanlılar arasında kəbin kəsilməyibsə onlar biri-birilərinə naməhrəm sayılırlar, odur ki, kəbin kəsilənə qədər sadaladığınız şeyləri etmələri haramdır. Daha ətraflı: Nişanlıların nələri etməsi qadağandır?

Boşanmış qadınla evlənmədən münasibət qurmaq olarmı?

    03.10.2021
Sual: 
Salam. Boşanmış bir qadınla evlənmədən, onun razılığı ilə münasibət qurmaq olar? Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Va aleykum salam. Naməhrəm bir qadınla münasibət qurmaq üçün mütləq onun vəlisinin (ata, qardaş, əmi və s.) izni ilə və iki şahidin iştirakı ilə kəbin kəsdirmək lazımdır. Həmçinin, qadına mehr verilməlidir.

Həyat yoldaşım mənə çox qadağalar qoyur, bu düzgündürmü?

    03.10.2021
Sual: 
Heyat yoldasım mene çox qadagalar qoyur.İsteyirem onlari elemesin
Cavab: 
Salam aleykum. Kişinin haqsız yerə xanımını incitməsi, ona yersiz, əsası olmayan qadağalar qoyması günahdır, lakin dinimiz qadına günah olmayan məsələlərdə ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı vacib buyurub.

Ərinin ona xəyanət etməsindən şübhələnən qadın nə etməlidir?

    03.10.2021
Sual: 
Salam men sevib evlenmiwem ama yoldawim meni bacimla aldadib hal hazirda da oban daniwdigini bilirem ama subut ede bilmirem hec kim mene inanmir menim onunla evli qalmagim gunahdirmi? Ondan bowanmaliyammi? Ne edeceyimi bilmirem sualimi tez cvb vererdiz cox xaiw edirem indiden sagolun
Cavab: 

Va aleykum salam. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənlə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil.

Ailə həyatında baş verən sıxntılar Allah tərəfindən cəza ola bilərmi?

    03.10.2021
Sual: 
Salam.Son zamanlar ailemde heyatimda cox problemler var.Geceler ureyim sixilir,narahatliq kecirirem.Evveller namaz qilmisam sonra qila bilmedim.Cox gunahlar etmisem.Dusunurem belke Allah meni cezalandirir.Niye bele olur ?
Cavab: 
Va aleykum Salam. Bilin ki, qəlblər yalnız Allaha ibadət edib, çox zikr etməklə rahatlıq tapır. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır.

Qadın ərini Allah xətrinə sevməyə məcburdurmu?

    03.10.2021
Sual: 
Salam. Allaha xatir sevmek ne demekdi? Yani meselen heyat yoldasini, ovladini,valideyni ve s. Allaha xatir sevmek lazimdi? Meselen er arvadini Allah rizasi ucun sevmelidi? Arvadin ozune gore de yox? Bes birden heyat yoldasi pis oldusa yenede onu sevmek lazimdi Allaha xatir? Hormet basa dusurem Allaha xatir hormet etmek. Bes pis heyat yoldasini neter sevmek olar?yada meselen aile qurursan. Yoldaşini sevmirsen. Ama Allaha xatir mecbursan sevmeye ? Zehmet olmasa etrafli yazardiz
Cavab: 
Aleykum salam. Allah üçün sevmək və Allah üçün nifrət etmək imanın ən yüksək mərtəbəsidir. Əbu Umamə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verərsə və Allah üçü

Zinakar qadın tövbə edibsə, onunla evlənmək olarmı?

    03.09.2021
Sual: 
Assalamu Aleykum.Evliyem ve zovcemi atası gile gondermisdim. Bir gun bir meclise getdim ve orada exlaqsiz qadin oldugunu ve gedeceyimi bildirdim. Onu da aparmagimi istediler. Onu apararken devet etdim islama. Qisasi qadinla sonra da gorusdum ve tovbe etdi. Zina xaric biraz gunah isledim ve ikimiz de tovbe ettik.Qadin indi namaz qilir ve islama gelib.
Cavab: 
Və aleykum Salam. Əgər qadın etdiyi günah əməldən tövbə etmişsə və tövbəsində sadiqdirsə, bu qadınla evlənmək icazəlidir. Lakin qadınla evlənmək üçün onun vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi mütləqdir. Qadına vəli ilk növbədə atası olmalıdır.

Təcavüzə məruz qalan qadın intihar edə bilərmi? Əri onunla necə davranmalıdır?

    02.09.2021
Sual: 
Sual 1. İslama görə bir qadının təcavüzə məruz qalmaması üçün tək yolu intihar etmək olarsa, nə etməlidir? Sual 2. Heç bir günahı olmadığı halda təcavüzə məruz qalmış bir qadın zina etmiş sayılırmı? və İslamın bu qadın haqqında hökmü nədir? və də Qadının həyat yoldaşı bu halda necə davranmalıdır? Öncədən təşəkkürlər.
Cavab: 

Və aleykum Salam.

Pages