böyük günahlar

"Ləbbeyk, ya Əli" demək olarmı?

    14.11.2017
Sual: 
Salam. “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” “Allah, Muhəmməd ya Əli!” demək şirkə yol açır? Bu kimi şüarlar ALLAHA şərik qoşmaq deməkdir? Əvvəlcədən təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir.

Saxlaya bilməyəcəyindən qorxan adam abort etdirə bilərmi?

    05.11.2017
Sual: 
salam menim bir yasinda uwaqim var ve iki ay yarimliqda hamileyem uwaqim gozunnen emelyat olunduqu ucun birde imkansizliqdan mene dedi yaxinlarimki saxlaya bilmiyecsen abort eletdir cox tereddudde qaldim lakin Allahdan qorxdum verdiyi cana qiya bilmediyimcun eletdirmemwem bes eger eletdirseydim ve ya eletdirsem gunahi varmi?hele iki ay yarimliq hamileyem
Cavab: 

Va aleykum Salam. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək haramdır. Ona görə də qeyd etdiyiniz səbəbə görə abort etmək böyük günahdır.

Falçıya inanan həyat yoldaşımı sevmək düzgündürmü?

    05.11.2017
Sual: 
Salam ..menim yoldasim dine bagli deyil caduya ve onla mesgul olanlara inanir bilmek isterdim menim o insani sevib hormet etmeyim ne derecede duzgun ve ya sehvdir
Cavab: 
Və aleykum Salam. Falçılara inanmaq küfrdür və böyük günahlardan sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir".

Mən evli biri ilə cinsi yaxınlıq edə bilərəmmi?

    05.11.2017
Sual: 
Salam .menim sualim bele olacaq .menim yoldawim rehmete gedib .uzur isteyirem sualima gore .men evli biri ile cinsi elaqe ola bilerem .hisslerime qarwi çixa bilmirem .men ele hiss ediremki bawqa kiwi ile yatsam allah meni axiretde birleşe bilmeyeceyik .çox utaniram .
Cavab: 
Və aleykum Salam. Naməhrəmlə cinsi yaxınlıq etmək zina sayılır. Günaha batmamaq üçün şəriət qaydalarına uyğun olaraq evlənə bilərsiniz. Amma əgər Cənnətdə öz ərinizlə bir yerdə olmaq istəyirsinizsə, yenidən ailə qurmamalısınız. Həmçinin oxuyun: 

Lut qövmünün əməllərini edənlərin hökmü nədir?

    03.11.2017
Sual: 
esselamu eleykum rehmetullah menim sualım bundan ibaretdir bir şexs livat edibse onun hökmü neden ibaretdir çünki hedislerde varki bir şexs imam eli (e) deyir livat etmişem imam buyururki ya uca qayadan atılmalıdı yada yandrılmalıdı
Cavab: 
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Lut qövmünün əməlini edən böyük günah qazanır və Allahın lənətinə düçar olur.

Pages