Abortdan sonra qan kəsilib sonra yenə gəlsə namaz qılınmalıdırmı?
Salam aleykum. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Tövbə edərək bir daha belə etməmək, namazlara davam etmək və saleh əməlləri çoxaltmaq lazımdır. Abort hamiləliyin 81-ci günündən sonra edilibsə, bu zaman gələn qan nifas qanı sayılır.