böyük günahlar

Pirlərdə qəbirdəki insanları pisləmək günahdırmı?

    22.05.2017
Sual: 
Salam Aleykum.Size sualim bele olacag.Men hicabli deyilem lakin Namazimi qiliram.Destemazli oldugum halda namehrem kisinin meni gormesi menim destemazimi pozurmu,Birde men Namaz qilanda qardawim onumnen kecdi ama bilmeden nece dua eliyim ki, Allah bagiwlasin.Son olaraqda ziyarete gedmirem ve geden innsanlari gorende orda yatan insani bele pislediyim olur men ne derecede gunah qazaniram.Allah butun qardas ve bacilarima gunahdan cekinmeyi ve dogru yolda olmagi nesib elesin.Amin.InwaAllah sualimi tez cavablandirarsiniz Sevinerem.Indiden eziyyeti kecen her kesden Allah razi olsun....
Cavab: 
Və aleykum Salam.
Naməhrəm kişinin qadını görməsi qadının dəstəmazını pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər

İş yerində naməhrəm müştərilərin üzünə baxmaq günahdırmı?

    16.05.2017
Sual: 
Salam Aleykum. 1.kredit verilen yerde iwlemek olar?2.ve olarsa eyer mudur kimese kredit vermek ucun mene muqavileni yazdirsa nece? 3.iw yerinde alici namehrem olarsa mecburen onun uzune baxmag gunahdir?istemeden el ele deyrse buda ginahdir?4 haram meclis olarsa Valdeyin eyer deyirse bizi apar o vaxt ne edek? Tewekker edirem..
Cavab: 
Və aleykum Salam.
1. Kredit verilən yerdə işləməkdən çəkinmək lazımdır. Allaha çoxlu dua edərək, haramlar olmayan yerdə iş axtarmağa çalşın. Daha ətraflı: Bankda işləmək olarmı?

Aprelin birini gülüş günü kimi qeyd etmək olarmı?

    16.05.2017
Sual: 
Salam aleykum. 1aprel gununu qeyd etmek olar? Yeni bu gun aldatdi gulus gunudur ama esitdiyime gore olmaz qeyd etmek xristianlar yaradib bunu sizce bunun islamda qadagasi var? Yeni sadece aldatmagdida evvelceden tesekkurler.
Cavab: 

Və aleykum Salam. Yalan danışmaq böyük günahlardan olduğu halda, yalan üçün bir günün qeyd edilməsi də batildir. Bu günü qeyri-müsəlmanlar qeyd edirlər, onlara oxşamaq isə qadağandır.

İçki içmək günahından necə tövbə edim?

    12.05.2017
Sual: 
Salam men bir gunah etmiwem namaz qildiqim halda icki icmiwem yeniki piyve icmiwem bu gunahdirmi?Gunahdirsa tovbe etsem bagiwlanarmi?Ve bu gunahi etdiyim ucun pewmanam destenamaz alib iki ruket namaz qilaraq tovbe etsem gunahim bagiwlanar?ve bu gunahi etdikden sonra 2 heftelik qezalarim var onlari qilmaq mecburdur ?
Cavab: 
Və aleykum Salam. İçki içmək böyük günahdır, lakin səmimi tövbə etsəniz, Allah bağışlayan və rəhmlidir.

Zövcəsi hamilə olan kişi başqa qadınla yaxınlıq edə bilərmi?

    12.05.2017
Sual: 
Salamun Elekum men sualima gore uzur isdeyirem mumkunse tez cvb yazardiz yoldawi hamile olan kiwi bawqa qadinla oz ehtiyacini oduye biler hekim oz yoldawi ile yawamaga icaze vermir kiwi ne ede biler?
Cavab: 
Və aleykum Salam. Kişi yalnız öz zövcəsi ilə yaxınlıq edə bilər. Naməhrəm qadınla yaxınlıq isə zina sayılır.

Yolda olduğu üçün namaz qılmamaq və "Ya Əli" demək haqqında

    07.05.2017
Sual: 
Salam.Men tam 1'gun yolda oldugum ucun bir gunluk namazim qezaya aldı.qeza namazlarini bir birinin ardinca fasile vermeden qilmaq olar?birdeki bir nece adam,mominlerde daxil,YA MEHEMMED YA ELİ deyirler bu düzgündür mu?Evvelceden tesekkur edirem
Cavab: 
Və aleykum Salam. Namazları bilərəkdən qəza etmək böyük günahlardandır. Gələcəkdə çalışın ki, namazları vaxtında qılasınız. Çətin hallarda namaz qılmağa dair dinimiz bizə yüngüllük nəsib edib -- səfərdə namazları birləşdirmək, həmçinin minikdə oturaraq da namaz qılmaq icazəlidir.

Pages