böyük günahlar

Ailəmdə problemlər olduğu üçün atam evinə gəlmişəm və başqa kişi ilə görüşürəm...

    06.05.2017
Sual: 
Salam eleykim. Sizle bir derdimi paylawmaq isdeyirem mumkunduse mene komek olun. Men erdeyem bir qizim var amma evde qaynatayla yola getmrdm deye uwagida orda qoyub gelmiwem ata evine atam meni uwaqsiz qebul edirdi.heyat yoldawimin yalanlarinnan bezmiwem. Atasinin cavabn vere blmr niye ayle iwime qarwrsan bele deye blmr atasina. Uzurlu sayn sozme gore hetta yoldawm yataqda bele meni temin ede blmrdi. Ureimde bawasn sevrem ilk defe awiq oldugum oglanla gorwub danwram hetta onla yatagada grmwem bowanmamiwam men zina elediyimi bllem.
Cavab: 
Va aleykum Salam. Ərinizin sizi aldatması, qaynatanıza sizin ailə işlərinizə qarışmağa imkan verməsi və ailə həyatında yaxınlıq etməklə bağlı sizin haqlarınızı ödəməməsi günahdır, bu məsələlərdə sizin haqlarınızı təmin etməsə, Qiyamət günü sizin haqqınızı ödəməyə məcbur olacaq.

Kəbinsiz görüşmək günahdırmı?

    28.04.2017
Sual: 
Salam men Allahin bendesi menim heyat yoldawim rehmete gedim mense aileli biriyleg kebinsiz goruwuwurem bu ne geder duzgundur
Cavab: 
Va aleykum Salam. Kəbin olmadan münasibət zina sayılır. Zina isə insanı həlak edən günahlardandır. Əgər siz onun halal zövcəsi olmaq istəyirnizsə, şəriətə müvafiq nigah bağlamalısınız. Daha ətraflı:

Əhli-beytə sevgi necə olmalıdır?

    28.04.2017
Sual: 
SALAM! NECƏSİNİZ?Allah sizdən razı olsun.Sualım əhli beytlə baglıdr.KECMİŞdə əhli beyt sevgisi necə olmuşdur? Müasir zamənədə və gələcəkdə necə olmalıdır?BİZ nə etməliyik ki bizə verilmiş o iki əmanəti(QURAN və ƏHLİ BEYTİ) qorumuş və ALLAH qarşısında üzü ag olaq.O yalancı ƏHLİ BEYT aşiqlərinə subut edərək deyə bilək;Dogru ƏHLİ BEYT sevgisu bax budur!!!!!!!Cox sag olun.Allah sizi qorusun....
Cavab: 
Va aleykum Salam. Allahı, Peyğəmbəri (salləllahu aleyhi və səlləm), onun ailəsini (əhli-beyti) və səhabələrini (Allah onlardan razı olsun) sevmək hər bir müsəlmana vacibdir.

Ərimi cadu edib özümə bağlaya bilərəmmi?

    25.04.2017
Sual: 
Salam erimin wekliyle nece cadu edib onu ozume baglaya bilerem
Cavab: 
Və aleykum Salam. Cadu etmək ən böyük günahlardandır və bu yolla edilən işlərdə heç bir xeyir-bərəkət olmur. Tövbə edərək bir daha bu barədə düşünməyin. Siz Allahın sevgisini qazanmağa çalışın, əgər Allah sizi sevsə, insanlar, həmçinin əriniz də sizi sevəcək. Daha ətraflı:

Naməhrəm kişi ilə kəbinsiz görüşmək günahdırmı?

    25.04.2017
Sual: 
Salam.Men aileli olub bosanmisam.Hal hazirda namaz qiliram.Geyri resmi bir neferle gorusurem.Kebun vacibdir mene?Kebinsiz gorusmek mene gynahdir?Jebin mutleqdir?
Cavab: 

Və aleykum Salam. Aranızda kəbin yoxdursa, siz bir-birinizə naməhrəm sayılırsınız. Naməhrəmlərin görüşməsi, canlı, telefonla və ya yazışaraq söhbət etməsi günahdır.

Bir yaşlı qadın mənə zülm edir, nə edim?

    25.04.2017
Sual: 
Salam Aleykum mənim sualim belədir bir qocaq qadin birinə hər an əziyyət verir hər cür zülüm edir amma zülüm çəkən qadin səbr edib dözür mən necə edim ki o qoca insan zülüm etməsin
Cavab: 
Və aleykum Salam. Zülmə məruz qalanlar onlara zülm edənlərdən Qiyamət günü öz haqlarını alacaqlar. Belə ki, Qiyamət günü zalım insan zülm etdiyi insana öz savabından verməyə məcbur olacaq.

Ərim mənə xəyanət etdiyi üçün onunla yaxınlıq etmək istəyim yoxdur...

    19.04.2017
Sual: 
Salam.biz yoldasimla sevib evlendik.10 ildi biryerde yasayiriq.onu heqiqeten cox sevdim.bu yaxinlarda oyrendim uzun muddetdir xeyanet edirmis.meni bosamir.deyir bosansan oldurecem.mende o olmadan yasamagi nece bacararam bilmirem.sanki onunla nefes aliram.zinanin sebebini sorusanda deyir sehv etmisem bagisla eyni qadindan bezmisdim.sualima gore bagislayin meni.men ona intim munasibetimizde hecbir qadaga qoymamisdim.ozumde hissiyyatliyam.amma indi xeyanetden sonra gun erzinde normal davraniram.evin xanimi kimi her isimin ohdesinden gelirem.amma yataqda iyrenirem.yaxin buraxmaq istemirem.hetta qu
Cavab: 
Və aleykum Salam. Zina böyük günahdır, bunu edib tövbə etməyənlər axirətdə şiddətli əzaba düçar ola bilərlər. Kişinin zina etməsi həmçinin öz xanımının haqqına girərək qul haqqı günahı ilə yüklənməsidir.

Zina etmiş adam tövbə etmədən ölsə, onun əzabının yüngülləşməsi üçün nə etmək olar?

    15.04.2017
Sual: 
Salam.Zina etmiş adam tövbə etməmiş rəhmətə gedibsə onun cəzasının yüngülləşməsi üçün nə etmək olar ? öncədən təşəkkürlər
Cavab: 

Və aleykum Salam. Zina edənin cəzasının yüngülləşməsi və o insanın bağışlanması üçün Allaha dua etmək lazımdır. Allah istəsə həmin şəxsə yüngüllük bəxş edəcək. Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

Pages