böyük günahlar

Siqaret çəkməyi tərgitmək üçün nə edim?

    04.04.2017
Sual: 
As salamu aleykum vq rahmatullahi va barakatuhu Qardas men siqaretden nece qurtulum ? SubhanAllah her gun bitirecem deyirem amma olmur nefsim ustun gelir. Men ne ede bilerem? Meslehetniz nedir?
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Allah sizə kömək olsun. Daha ətraflı:

Hz. Əbülfəzə yazılan məktubu hara vermək olar?

    01.04.2017
Sual: 
Salam Hər vaxtınız xeyir.Bizim evə 2012ci ildə cadu olunmuşdu.Sonra 2013də Atam dünyasını dəyişdi.İndi məndə bunun kim olduğunu öyrənmək istəyirəm.Buna görədə Həzrəti ƏbəlfəzlAbbasa ərizə yazmaq istəyirəm.Bunu yazdırıb hara vermək olar?
Cavab: 
Və aleykum Salam. Bu, avam camaatın uydurduğu bir şeydir. Əbul-Fəzl də ölüb, digər imamlar da, hətta Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də ölüb. Əksinə, ölən insana müraciət etmək, ondan kömək istəmək Allaha şərik qoşmaqdır.

Namazı tərk etmişəm, yenidən başlamaq üçün mənə kömək edə bilərsiniz?

    01.04.2017
Sual: 
Salam. Mən 1 ilə yaxın idiki namaz qılırdım lakin soradan namazı tərk etdim əslində yenidən başlamağ isdəyirəm sadəcə ürəimdə inamsızlığ istəksizlik var xaiş edirəm mənə kömək edəsiz.
Cavab: 
Və aleykum Salam. Siz ürəyinizdə olana fikir verməyin, çünki istəksizlik, inamsızlıq və ya ümidsizlik fikri şeytandandır. Uca Allah hər bir bəndəsini itaətə çağırır, itaətə qayıdan bəndələrini bağışlayır və onlara görə sevinir.

Pis valideynlərə nifrət etmək düzgündürmü?

    29.03.2017
Sual: 
salam evvelce size valideyinlerin ovlada davranisi ile bagli bir sual verecem .Deyiller valideyinin uzune ag olan ovlad cehenneme gedecek. Menim atam anam meni 6 ayliqimdan neneme veribler saxlayib nenem meni 19 yasima qeder . Amma inanin men ata anaya pis ovlad deyilem ama atam anam derdime yanmir xestelenende bele olume terk edirdiler meni bu 19 ildi davam edir. Atam agzima soyub 4 defe anam deyir mene ana deme oda soyur . men uze agliq yox onalara nifret eedirem uzlerini bele gormek istemirem .cox sebr etdim ve Meni saymadilar bir ovlad olaraq safligimi temiziliyimi itirmemeye c
Cavab: 
Və aleykum Salam. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Həmçinin, övladın da valideyn üzərində haqları vardır.

Günahlara tövbə edən insan günahlardan birinə qayıdırsa, digər tövbələri pozulur?

    29.03.2017
Sual: 
Salam sualim beledir.eger bir kişi evveler icki içen olub,qadin yanina gedib.günah işler görüb ve gedib mecide tövbe eliyib.eger bu kişi tövbe eliyib ve namaz qilirsa başka qadinla yaşiya biler.bu onun tövbesin pozar.xaiş edirem cavablandirasiz
Cavab: 
Və aleykum Salam. Tövbə edən insan müəyyən bir günaha qayıdırsa, həmin günaha görə olan tövbəsi pozulur. Digər əməllərə qayıtmayıbsa, həmin əməllərə görə etdiyi tövbə pozulmur. Kişi qadınla yalnız kəbin kəsdirdikdən sonra ailə həyatı yaşaya bilər. Kəbinin də şərtləri var. Daha ətraflı: 

Başqa evə köçə bilmək üçün ərimin öz valideynlərindən soyumasını dua edə bilərəmmi?

    29.03.2017
Sual: 
Salam.qaynanali qaynatali evde yawayiram serbest olmuram yoldawimda evin tek ogludu inanmiramki ayri yawaya ama allaha dua eliyiremki yoldaşım ailesinden ayri yawasin menim bele istekde olmagim günahdı?onlarla birlikde yawamaq sixicidi yoldawimla rahat vaxt keçirə bilmirəm ona görə ayri yawamaq isteyirem.yoldawimda onlardan ayri qalma1 istemir ama men allaha dua eliyiremki yoldawim onlardan soyusun ayri yawamaq istesin.indi men gunah eliyirəm ya menim rahat ailemle yawamaq isteyim normaldı yeni dua eliye bilərəm yoldawim onlarla yawamaq istemesin???
Cavab: 
Və aleykum Salam. Ərinizin imkanı varsa, şəriətə görə siz ondan ayrıca evdə yaşamağı tələb edə bilərsiniz.

Uşağı rəqsə qoymaq olarmı?

    29.03.2017
Sual: 
Salam aleykum.men bilmek isdeyiremki bir valideyin kimi 5yasli usagmi mesguliyyet kimi reqse qoysam ve bu dini cehetden
Cavab: 
Və aleykum Salam. Xeyr, belə etməyiniz doğru olmazdı, çünki dinimizdə musiqiyə qulaq asmaq və ya musiqi sədaları altında rəqs etmək günah əməllərdəndir. Valideyn, xüsusən də ata Qiyamət günü ailəsindən və övladlarına görə məsuliyyət daşıyır.

Hicabı açmaq barədə gələn vəsvəsələrə qarşı nə edim?

    29.03.2017
Sual: 
Salam aleykum rehmetullah men 3 ildiki namaz qiliram 2 ildi basimi baglyram herden vesvese gelir mene basimi acmaq hicab sene yarawmir bele bas aciq yarawir sene qaynanam bele deyrki ac basini hele cavansan ama erim qoymur deyrki bagli ol hec kes seni gormesini isdemrem yeni demeym oduki men ne edim cox vesvese gelir mene heda yuxuda bele bas aciq gorem men ne edim cox sagolun Allah razi olsun
Cavab: 

Pages