böyük günahlar

Qəlbini qıran insandan qisas almaq və halallıq almaq barədə

    24.12.2016
Sual: 
Salam.Qelbini qiran adamdan qisas almaq duzgundur.?men hele bir gunah isletdim.Amma cox pewmanam.haqqina girdiyin insanlardan uzur istemek olmursa basqa cur halalasmaq olar
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir.

Bankdan kredit götürənə zamin durmağın kəffarəsi nədir?

    18.12.2016
Sual: 
salam aleykum.men bankdan kredit goturene gunah oldugunu bildiyim halda zamin durmuwam.tovbe etmiwem sonra.bunun keffaresi nedir?
Cavab: 

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allah Elçisi riba (sələm) yeyəni, yedizdirəni, (onların arasında) yazanı və şahidlərini lənətlədi, sonra dedi: "Onlar bərabərdir". (Muslim, 4177). Bunun xüsusi bir kəffarəsi yoxdur.

Ərim zina etdiyi üçün ondan boşana bilərəmmi?

    06.12.2016
Sual: 
Salam aleykum menim yoldasim zina eliyir deyende deyir kisiye olar otur doz ailemi dagitmiraki deyir ayrilmaq isteyirem 3 usagim var ona gore qalmisam amma her gun eziyyet cekirem deyir senin yanindayam atmiramki boynuna almir amma fox deyisilib uzr isteyirem yaxinkiq ekemekden qacir Eve gec gelir nese defence dalasir men by veziyyetde neynemeliyem mene bir meslehet verin yorulmusam artiq
Cavab: 

Və aleykum Salam. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir.

Cərrah kişi qadınları əməliyyat edə və onlara ruqyə oxuya bilərmi?

    06.11.2016
Sual: 
Assalamu Aleykum. Bir neçə sualım olacaq 1. Mən Cərrah işləyirəm. Qadınları əməliyyat etmək düzgündürmü? 2. Naməhrəm qadınları ruqya edə bilərəmmi? 3. Mən islamdan əvvəl çox yalan danışan olmuşam. Islama gəldikdən sonra bu vərdiş halına çevrilib. Nə qədər yalan Quran oxuyuram. Səhər axşam zikrlerini edirem. Mescide tez tez gedirəm. Haramlardan uzaqlaşiram. Yene de yalanı tərgidə bilmirəm. Allaha həmd olsun başqa günahlardan çəkilmişəm. Bu haqqda mənə nəsihət verin. Növbəti sualım. Islamdan əvvəl bir neçə ayrı ayrı qızla danışmışam. Namaza başlayandan sonra tövbə etdim.
Cavab: 

Və aleykum Salam.
1. Zərurət hallarında qadınları əməliyyat etmək icazəlidir.
2. Birbaşa toxunmamaq və məhrəminin yanında olması şərtilə naməhrəm qadınlara ruqyə etmək olar. Dəsmal üzərindən əlinizi başınıza qoya bilərsiniz.

Yad kişinin qadını öpməsi zina sayılırmı?

    06.11.2016
Sual: 
Salam aleykum.Mənim sualım bir az mürəkkəbdir....ərim mənə fikir vermir mənə baxmır...aylarca mənə toxunmur..günlərlə evə gəlmir....mən boşanmaq qərara qəldim.bir kişi ilə danışmağa başladım..və o məni qucağlayıb öpdü....bunu ərimdən gözləyirdim.həmin kişi mənə cinsi əlagədə olmağı təklif etdi..təklifi rədd etdim..hətdə məni öpəyinə də peşmanam...bu zina sayılır?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah zina­dan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır.

Keçmişdə etdiyim zina üçün necə tövbə edim?

    01.11.2016
Sual: 
Salam.onceden uzur isteyerek bi wey sorwacam.men qiz axti etdiyim bi sehvin vijdan ezabini yawamaqdayam.qiz vaxti sevdiyini duwunduyum birini ozume cox yaxin buraxaraq boyuk gunah iwledim.tamliqla aca bilmesemde ama zina oldugunu bilirem.aile heyati qurmuwam kebinli zaksli bi ovladm var gunahm bagiwlanarmi nece tovbe etmeliyem.ama icim her yadima duwduyunde yanir aglamagimi durdura bilmirem
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun: Zina etmiş insan necə tövbə etməlidir? 

Əri zina edən qadın nə xəyanəti bağışlaya, nə də ayrıla bilmirsə, nə etsin?

    24.08.2016
Sual: 
Salam. Bacimin yoldaşi gemicidı.ilde bir defe gelir.qazancla elaqedar xarijde cox olur.aileye baxır maddi cehetden kömey edır. Uşaqlarin qeydıne qalir.lakin xarijde olanda xeyanet edır.evinde qadininin yanında olanda ıseetmır.heyat yoldasi ne etsede o bu hereketinden vaz kecmir.qadin qalib bele bosanmaq istemir sevır ve usaqları var. Bilmek isteyirki bu vezıyyetde ne etsın.ezab cekır xeyaneti bagislaya bilmir. Bilmek isteyirki be vezıyyetde onun eri qarşisinda vezifesi nedır.qaygisina qalsın qullugunda evvelkı kımı dursun,unutsunmu xeyanetı ya bosansinmi.
Cavab: 
Və aleykum Salam. Şübhəsiz ki, zina etmək insanı dünyada rüsvaycılığa, axirətdə isə Cəhənnəm əzabına aparan böyük günahlardandır. Ərinizə qarşı qəzəbli olsanız da ilk növbədə onu Cəhənnəmdən xilas etməyə çalışmalısınız.

Birlikdə olduğum qadın kəbin kəsdirməyə razı deyil, bu günahdırmı?

    21.08.2016
Sual: 
Salam men bir qadınla oluram evliyem yoldaşımın razılıqı var yaşadıqım qadın kebin kesdirmeye razı olmur ne derecede künahdı
Cavab: 

Və aleykum salam. Siz həmin qadınla mütləq şəriətə uyğun kəbin kəsdirməli və ya tövbə edərək ondan uzaqlaşmalısınız, əks halda bu ən böyük günahlardan biri olan və axirət əzabına aparan zina sayılır.

Pages