böyük günahlar

Subaylığa necə dözmək olar?

    15.06.2016
Sual: 
Esselemu aleykum va rahmatullah.Allah sizden razi olsun,bele bir sayt açdiqiniza gore.sualima gore uzr istiyirem sizden,ama bilinmesi vacibdir zehmet olmasa etrafli izah edesiz.Sual budurki,biz kebinsiz cinsi elaqenin haram olduqunu bilirik,bundan elave goz zinasininda,alimlerde deyirlerki mastrubasiyada haramdi,yaxwi bes,7-8 il evlenmeye gucu catmiyan bir wexs oz ehtiyacini nece odesin,eger mastrubasiya halal olsaydi,onla qismen de olsa rahatlanrdi,daha goz zinasinada ehtiyac olmazdi.Yeni bunun hec bir yolu,yoxdu weriete uyqun,Allah haramdir deyib qalanlar menlik deyil demez ki..Siz oruc tutm
Cavab: 

Və aleykum Salam və rahmətullah. Bunun əlacı imanla bağlıdır. İman güclü olsa, nə göz zinası edəcəksiniz, nə də digər şeylər. İman zəif olsa, dörd qadınla evlənsəniz belə yenə başqa qadınlarda gözünüz olacaq.

Keçmişdə etdiyim zinanı nişanlımdan gizlətməliyəmmi?

    08.06.2016
Sual: 
Salam,sualima qore uzr isteyirem bir sualim var men hicabliyam 23yasim var,sevqilim var fikrimiz ciddidir,kebinimiz yoxdur kebinsiz zina etmisik,ve bundan evvelde basqa birisi ile zina etmisem,sevqilim bilmeyib aldaddim onu,indi cox pesimanam tamam dine geldim qelden.onunla toxunmayiriq biribirimize.Ne etmeliyem?Duzunu demesem onunla evlenenden sonra nece olacaq?Gunahimi nece temizledmeliyem?
Cavab: 
Və aleykum Salam. Günahı başqasına danışmaq özü də günahdır. Əgər qadın səmimi qəlbdən tövbə edibsə, tövbəsinə sadiq qalmalı və bu günahı heç kəsə danışmamalıdır. Həmçinin, oxuyun: 

Zina edilən qadınla kəbin kəsmək nə dərəcədə düzgündür?

    22.05.2016
Sual: 
Salam. Bezi insanlar etdikleri gunahi (zinani) gizletmek ucun hemin qadinla kebin kesdirirler. Dinde buna munasibet necedir? Zina gunahdir. Lakin bunu kebin adiyla gizletmek ne derece duzgundur Evvelceden tesekkurler
Cavab: 
Və aleykum Salam. Ola bilsin siz siğəni nəzərdə tutursunuz. Daha ətraflı:
Siğə haqqında
Zina və ondan necə qorunmaq haqqında

Namaz, oruc, göz zinası və digər mövzularda suallar...

    21.05.2016
Sual: 
Salam.Sizə bəzi suallarım var.Cavablandırsanız şad olaram.1)Evli qadının yoldaşı icazə verməsə o namaz qıla bilməzmi?2) Üzr istəyirəm qadınlar heyz zamanı salavat verə və bəzi duaları oxuya bilərmi? 3) Namazın sonunda yəni bitirdikdən sonra səcdədə Ayetel kürsünü oxuya bilərmi? 4) Namazda təsbehdən istifadə qaydası necədir? Və təsbeh lə niyyət edirlər eşitdiyimə görə bu düzgündürmü? 5) Gözləri zinadan qorumaq üçün nə etmək lazımdır? Bunun üçün bir dua varmı?6) elmlə məşğul olan insanla olmayanın namazı arasında fərqlər varmı?
Cavab: 
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Ərim və qaynanam namaz qılmağa qoymurlar... 
2. Bu cavabı oxuyun: Qadın heyz halında nələri edə bilməz?

Zina etdiyim üçün Allah məni bağışlayarmı?

    15.05.2016
Sual: 
Salam eleykum.Menim bele bir sualim vardiki hansini kimese deye bilmirem.Men 17yasim olarken bakireliyimle vidalasdim sevdiyim birisi idi.4il qorusurduk mueyyen sebeblere qore ayrildik.Indi menim sevdiyim biri var onunla cinsi elaqede oldum yalniz o ele sanirki men bakire idim ondan evvel,kebin kesdik,nisan qelen il etmek isteyirik,o ele sanirki namaz qiliram yalniz hazirlasiram helede baslamamisam,tovbe etsem bagislanarammi?O kese haram dusurem?O dunyada o mene qore sorqu suala cekilecekmi?Ne etmeliyemki baqislansin qunahim?Pesimanam.Kimden sorusum ne edeceyimi bilmirem.
Cavab: 
Və aleykum Salam. Ailə qurmadan cinsi əlaqədə olmaq zina sayılır və həlakedici günahdır. Buna səmimi qəlbdən tövbə etməyənlərə şiddətli əzab verilə bilər. Ona görə də, siz bu günahdan tövbə edib namaza başlayın və Allahdan bağışlanma diləyin.

Keçmiş sevgilim məndən halallıq almasa rahat yaşaya bilər?

    14.05.2016
Sual: 
Men bir insanla 2 5birlikde olmuşam Meni canindan cox sevirdi Men bilirem bu gunaxdi Ama indi o meni atib namaza başliyib ve indi ayilibki bu gunaxdi mene deyirki sen mene haramsan men cox pisem hesteliy tapmiwam ana elediyim hecneyi halal etmirem O ise deyirki sen kimsenki? Menden halaliq almasa o raxat heyat sure bilermi?
Cavab: 

Salam aleykum. Ailədən kənar əlaqə haramdır. Əgər bir-birinizi sevirsinizsə, elçi göndərib evlənmək lazımdır. Həmçinin oxuyun:
Zina və ondan necə qorunmaq haqqında

Pages