böyük günahlar

Günaha məcbur olunan adam tövbə etsə, tövbəsi qəbul olunarmı?

    08.05.2016
Sual: 
salam evvelce vereceyim suala gore butun her kesden uzr istiyirem sualim beledir oglan oglanla cinsi munasibetde olduqdan sonra tovbe ederse,tovbesi qebul olar mi? Eger bu gunah mecburiyyetden olubsa bes nece ?
Cavab: 
Və aleykum Salam. İnsanı bu günaha zorla məcbur ediblərsə, zor tətbiq olunan adam günah daşımır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).

Xoşuma gələn qızla necə tanış ola bilərəm?

    06.05.2016
Sual: 
Salam menim bir qizdan xowum gelir tezelikce gormuwem qizi ama bilmirem qiza nece soz gonderim adinda bilmirem qizin qizi iki defe gormuwem men ne etmeliyem mene komek edin sagolun allah razi olsun sualimi tez bir zamanda cavablandirsaz sevinerem

Sevdiyim oğlanla əl-ələ tutduqda qüsl pozulur?

    06.05.2016
Sual: 
salam aleykum menin sevdiyim bir oglan var ve bizim munasibetmz coxgozel davam edir allah qismet ederse aile quracayiq insallah .halhazirda aramizda kebin yoxdur ve biz goruwerken el ele tuturuq bu zaman qusul almaq lazmdirmi.? coxsagolun
Cavab: 
Və aleykum Salam. Sizin bu etdiyiniz düz deyil və nəticədə zinaya gətirə bilər. Həmçinin, toy olana qədər sizin görüşməniz düzgün deyildir. Əl-ələ tutduqda isə qüsl pozulmur. Daha ətraflı: 

Naməhrəmlə tanış olmaq məqsədilə danışmaq olarmı?

    04.05.2016
Sual: 
Salam Aleykuma bele bir iw gorduyuvuz ucun Allah razi olsun size gelecekde ugurlar arzulayiram.meni maraglandiran sual budu ve xaiw edirem Quran ve Alimlerin sozleriyle cavablandirasiz.Ewitmiwem Namehrem ile tanimag meqsediyle daniwmaq olar?onda ele cixir internetdede daniwmaq olar ?beyem o dovurde internet olub ki camaat bir birini tanisin?eyer olarsada sizden xaiw edirem namehrem ile davraniw qaydalarini bawa salasiz.

Naməhrəm qadından övladı olan nə etməlidir?

    04.05.2016
Sual: 
Salam Aleykum. Menim namehrem bir qadindan ovladim var bu mesele meni cox narahat edir men ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Zinadan doğulan uşaq anasına nisbət olunur. Bunun səbəbi odur ki, İslama görə o uşağın anası ilə zina edən kişi uşağın halal atası sayılmır. Zinadan dünyaya gələn uşaq nə ittiham olunur, nə də anasının və anası ilə bu haram əməli edənin günahına görə məsuliyyət daşımır.

Naməhrəmlə danışmaq namazı batil edirmi?

    28.04.2016
Sual: 
Salam cox uzr isteyirem menim 18 yawim var. Istediyim oglan qohumdu. Ve biz eminikki gelecekde aile heyati quracayiq. Men Namaz qiliram ama biz danwiriq men bilmek isteyirem bizim daniwmagimiz ve goruwmeyimiz menim Namazimi batil edir? Evvelceden cox sagolun
Cavab: 
Və aleykum Salam. Naməhrəmlə danışmaq günahdır, lakin bu, namazı batil edən səbəblərə aid deyil. Həmçinin, oxuyun: 
Qızla oğlanın yazışması, danışması barədə

Dini mövzuları oxuyarkən ehtiras hissinin olması barədə

    28.04.2016
Sual: 
Salam aleykum.sualim biraz hem qarisiqdir hemde bir o qederde aydin.bele ki men ehtiraslandirici movzular "hekayeler"oxumaga tovbe etmisem.ancaq bele bir saul qarsima cixir.seri meselelerde de basqa dini kitablarda da ve ya internetde bilgi almagimiz ucun bezi seri cinsi melumatlari oxumaq lazim gelir.qacinilmaz faktdirki hetta o bilginide oxudugumuz teqdirde ola bilsinki istemedende ehtiraslanaq.ama bir haldaki onu bilgi almaq ucun oxuyuruq.sozumum cani o movzulari(bilgi almaq niyyeti ile oldugumuz cinsi melumaltlar) oxuyanda biz tovbemizi pozmuz oluruq yoxsa?..bir nov bu mesele bir
Cavab: 

Və aleykum Salam. Bu məsələləri oxuduqda niyyət elminizi artırmaq, günahlardan çəkinmək üçün daha çox məlumatlı olmaqdırsa, oxuyarkən qeyri-ixtiyari olaraq ehtiras keçirirsinizsə, bunda bir qəbahət yoxdur.

Pages