böyük günahlar

Zina etmədən boşalma olarsa, qüsl vacib olur?

    19.04.2016
Sual: 
Salam.Sizə bir sual vermək istəyirdim..Sualıma görə üzr isdiyirəm ama vacibdiZinanın qüslu pozmağı mənə aydındı.Bəs zina etmədən orqazm olmaq nece ?Qüslu pozur?Məncə pozmur cunki bu insani rahatlasdiran bir seydi və Allah tərəfin verilib bizə belə bir hiss..Sualım- Hec bir zina etmeden orqazm olmaq qüslu pozurmu?Her seye ore tesekkurler sualima gore uzrlu sayin lakin vacibdir.
Cavab: 
Və aleykum Salam. Zina olmasa da belə boşalma baş verdikdə qüsl almaq vacib olur. Daha ətraflı: 
Qüslu vacib edən hallar hansılardır?
İstimna etməyə icazə verilir?

Əgər sevdiyim başqası ilə zina edibsə, bu mənə xəyanət sayılır?

    19.04.2016
Sual: 
eger sevdiyim bawqasiyla zina edibse bu mene xeywanet sayilir??? biz ervlenmemiwden qabaq olubsa vze biz bir birmizi sevdiyimiz halda zina edibse mene xeyanet demekdimi?
Cavab: 
Salam aleykum. Zina birinci növbədə Allaha üsyandır və böyük günahdır. Əgər sizi sevdiyini iddia etdiyi halda edibsə, sizə xəyanət də sayılır. Həmçinin oxuyun:
Zina və onun cəzası haqqında

Namaz qılan kişinin naməhrəm qadınla yaxınlıq etməsi günahdırmı?

    19.04.2016
Sual: 
Salam Aleykum ve rahmetullah ve bereketuh mənim sizə bir iki sualim olacaq xaiş edirəm mənə bir az köməklik edin namaz qilan bir kisiye namehrem qadinla cinsi elaqeye girmek günahdirmi? 2ci sualim ölen birisine Fatihəoxuyanda qulfhuv ehed oxunurmu?
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Hər bir halda bu zina sayılır. Daha ətraflı: Zina və onun cəzası haqqında

Ərim ola-ola başqa kişi ilə kəbin kəsdirə bilərəm?

    12.04.2016
Sual: 
dinde evli gadin baska bir evli kiwi birlikte olmag isteyilerse,olaecin imam terfinen ikisiycin nigah salilar,oz ailelerinle dini nigahda ola ola,ya baska bir mudetliy nigah falan varmi
Cavab: 
Salam aleykum. Qadının əri ola-ola başqası ilə kəbin kəsdirə bilməz və bu böyük günah olan zina sayılır. İslamda müvəqqəti nigah (siğə) haramdır. Həmçinin, oxuyun:
Siğə haqqında

Məcburiyyətdən masturbasiya etmək günahdır?

    10.04.2016
Sual: 
salam Aleykum.sizden bir meslehet almaq isteyirem men 18 yasinda bir oglanam vaxtinda cinsellikle bagli bir gunah etmisem indi bu gunahima tovbe etmisem .amma tovbe duasini ezber yox yazili suretde etmisem .Ancaq ettiyim gunaha cox pesman olmusam ve urekden tovbe etmisem ,Allah gunahimi bagislayar ?bir de ki men ozumu cox sixiram ki masturmasiya etmeyem amma dayana bilmirem cetin veziyyetde qaliram .Mecburiyyetden etmek gunahdir?

Ərim mənimlə heyz vaxtı cinsi əlaqədə olursa, mən günah qazanırammı?

    07.04.2016
Sual: 
Salam menim Yoldasim men aybasi olan vaxti menle cinsi elaqede olur bunun mene gunahi var?birdeki menle arxadanda cinsi elaqede olmaq isyeyir bununda mene gunahi varmi?
Cavab: 
Və aleykum Salam. Bu məsələlər günah olduğuna görə ərinizə itaət etməməlisiniz. İtaət etsəniz günah qazanacaqsınız. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).

Zina etmiş qadın ərinin qayıtması üçün nə etməlidir?

    03.04.2016
Sual: 
Mən ailəli qadınam.Uşaqım var.Erimə zina etdim.Erim de bilib.Peşman olmuşam tövbə etdim.Namaza başladım.Ne edim ki Allah meni bağışlasın.Hansı duaları oxuyum ki erim qayitsın ailesine.
Cavab: 

Salam aleykum. Ərin ailəyə qayıtması üçün xüsusi dua yoxdur. Siz Allahdan bağışlanma istəyin, ərinizin ailəsinə qayıtması üçün dua edin. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?

Pages