böyük günahlar

Qız onu əxlaqsız əməllərə məcbur edən atası ilə əlaqəni kəsə bilərmi?

    19.01.2016
Sual: 
salam aleykum suallarin birinde rastlawdim ata ile kusulu qalmag olmaz yaxsi bes ata oz qizina terbiyesiz hereketler teklif edirse mecbur edirse onda nece bes olar olmaz
Cavab: 
Və aleykum Salam. Uca Allah əmr və qadağaları insanın dünya və axirətdə xoşbəxt olması üçün qoyub. Bu əmr və qadağalar insanlar pis yola getməməsi üçün qoyulub. Əmrlərin əmr olmasının, qadağaların qadağa olmasının hikməti budur.

Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilərmi?

    06.01.2016
Sual: 
Salam.menim bele bir şey maraqlandirir.kebinim var aileliyem.lakin erimle xoşbext deyilem.başqa birisi ile görüşürem,onunla da kebin kesdire bileremmi?önceden sualima göre üzürlü sayin.
Cavab: 
Və aleykum Salam. Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilməz. Bu evli qadının zina etməsidir. Zina isə insanı həlak edən günahlardandır. Yalnız ərindən boşansa, yenidən istədiyi kişi ilə kəbin kəsdirib ailə qura bilər. Daha ətraflı:

Bizi cadu edirlər və ərim başqa qadınla danışır, nə edim?

    20.12.2015
Sual: 
Salam. Men 3ildirki aileliyem menüm yoldasim özünden 10il büyük olan bir qadinla danisir görüşür men bunu bildiğim halda hec bir şey ede bilmirem çünkü dediğim halda meni doyur . nece defelerle heyetimden cadu cixarmisam cadunu cixaran deyirki filan adam edib adina qeder deyirler deyirlerki seni erinin gözünden salir bir severek evlenmisik meni vermiyibler yoldasim özüne qesde qeder edib sora meni veribler ama indiyse meni gören gözü yoxdu men bunda ne etmeliyem nolar mene yol gosterinl
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun:
Cadudan necə qorunmaq olar?

Siğənin haram olmasını yaxın adamıma necə sübut edim?

    11.12.2015
Sual: 
Salam aleykum ! Xahis edirem mene sige hagginda genis Melumat veresiniz ! Sige ne vaxtdan yaranib ve ne vaxtdan legv edilib ve Kim terefinden ! Bu hagda genis melumat vermeyinizi xahis edirem ! Bunu cox yaxin olan bir adamima sigenin haram olmasi haginda subut etmek kimi etrafli isdeyirem ! Allah sizden razi olsun !
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun: Siğə haqqında

Öz istədiyimiz şahidləri aparıb kəbin kəsdirsə bilərikmi?

    04.12.2015
Sual: 
Salamu eleykum eziz baci ve qardaslarim.Sizden mene komek etmeyinizi xais edirem.Men kecen ay herimolub yeni meni bir oglana veribler.Indi biZ isteyirki kebin kesidirek gorusmek bize haram olmamasi ucun ama valideyinler bizi basadusmur deyirlerki toya az vaxt qalmis edersiz ama toyada 7-8ay var hele.Bizim indi hemiz olub insAllah nisanimizda olacaq .ozumuzden sahid goturub gedib kebin kesdirsek duzgun olarmi?kebin olmasa valideynler bizi mecbir gunaha salacqlar cunki ne qeder olamasa yaxinliq olacaq arada.7-8ay erzindede nece olsunki gorusmeyek biz qalmisiq bele bilmirik ne edek.Bize bir komek
Cavab: 
Və aleykum Salam. Valideynlərdən icazəsiz və onların təyin etdiyi şahidlər olmadan kəsilən kəbin batildir. Çalışın ki, toya qədər bir-birinizlə təklikdə qalmayasınız. Əks təqdirdə zinaya düşə bilərsiniz.

Pages