qadınlar

Ərimlə barışmayacağıma tövbə etmişəm, bu tövbəni poza bilərəmmi?

    09.02.2018
Sual: 
Salam. Həyat yoldaşım məni aldadıb. Mən də onunla ailə münasibətlərimi qırmağa görə tövbə etdim. Sonradan həyat yoldaşım səhfini etiraf etdi məni bağışla dedi. İndi mən tövbəmi pozub onunla ailə münasibətlərimi bərpa etsəm günahdırmı?
Cavab: 
Va aleykum Salam. Tövbə günahlara görə edilir. Çox güman ki, ərinizin sizi aldatmasına görə siz onunla bir daha münasibət qurmamağınıza dair and içmək qismində tövbə etmisiniz.

Əmi və dayının yanında hicabı açmağa dəlil nədir?

    09.02.2018
Sual: 
Salam aleykum.Hicabli qadin dayi ve emisinin yaninda hicab baglamalidi bele deyir ekseryet amma nur suresi 31ci ayede Allah qadinlara kimlerin yaninda acmaq oldugunu buyurub.emi dayi yoxdusa demeli olarin yaninda biz acmamaliyiq mence qurani diqqetle menasin anlayaraq oxuyun yanlis fikirdi eminin dayinin yaninda acmaq quran bunu size emr etmir.Biz insanlar quranin menasini derk etmeyerek oxuyuruq.yenede cox sagolun her seye gore ama nedense inandirici mene gelmedi sizin eminin dayinin yaninda acmagi demeyiniz hansi ayedi o zaman yazin bilek nur suresi 31ci ayeye baxin qardasim
Cavab: 
Va aleykum Salam. Dayı və əminin qadın üçün məhrəm olmasına Quran və Sünnədə kifayət qədər dəlillər mövcuddur.

Bibimin ərinin yanında hicabımı aça bilərəmmi?

    09.02.2018
Sual: 
Ассаламу алейкум. mene deyilibki bibinin eri mehrem sayıyılır yeni onun yanında başını açmağa icaze var .men bununla maraqlandım ele bir şeylə rastlaşmamışam bunan evvelde bele bir şey eşitmedim amma yenede deqiq bilmey isteyirem bele bur şey mümkündürmü?
Cavab: 

Va aleykum Salam. Xeyr, bibinizin əri sizə naməhrəm sayıldığı üçün onun yanında hicabınızı aça bilməzsiniz. Daha ətraflı: Kimlərin yanında hicabı açmaq olar?

Sərxoş insanla görüşmək qüslu pozurmu?

    09.02.2018
Sual: 
salam menim bir nece sulim var menim yoldasim spirtli icki icir men namaz qiliram bu mene gunahdir onun qullugun da dururam aragin iyi gelirbu gunahdir icgili adam gorussem men qusul almaliyam allah menim namazimi qebul eder cog sagolun
Cavab: 
Va aleykum Salam. Şəriətə görə qadının bacardığı qədər ərinə baxması, günah olmayan işlərdə ona itaət etməsi, ərinə qulluq edib xidmətində durması vacibdir və əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır.

Sevdiyim şəxsi özümə geri qaytarmaq üçün hansı duanı oxumaq lazımdır?

    07.02.2018
Sual: 
Kohne sevdıyım gorwdyum ınsanı ozmden cox sevırem ve onun bawqa sevgılısı var onu gerı qaytarmaqcun hansı duanı oxumalıyam
Cavab: 
Salam aleykum. Uca Allaha dua edərək evlənmək niyyəti ilə daha xeyirlisini sizin qarşınıza çıxarmağını istəyin. "Sevgi duası" adlanan xüsusi bir dua yoxdur. Həmçinin oxuyun:

Heyz vaxtı qan az gələrsə, namaz qılmaq olarmı?

    07.02.2018
Sual: 
Salam.1ci sualım odur ki,üzr istəyərək qeyd edirəm.Mən heyz olduğum zaman yaxşı qan gəlmir.Yani ki demək olar qan rəngində gəlmir.Heyz qanı bitdiyi zaman qan necə gələrsə elə gəlir.Mən o zaman namaz qıla bilərəmmi onu bilmək istəyirəm.Məsələn qüsul alıb namaz qılanda yəni təmizlənəndə heç nə gəlmir bir gördün.Yani elədə namazımı qılmalıyammı ya yox?..İndidən çox sağolun
Cavab: 

Və aleykum Salam. Heyz vaxtı qanın az gəlməsinə baxmayaraq, heyzin tam bitməsini gözləmək lazımdır.

İşdə tez həvəsdən düşərək özümü yararsız hiss edirəm...

    07.02.2018
Sual: 
Salam.Necəsiz? 1.Mənə bu yaxınlarda bir iş təklifi gəlmişdi, lakin kollektivdə ancaq kişilər idi.Mən də xanımam.İş təklifini geri çevirdim.Lakin anam mənə deyir ki, kaş qəbul edərdin..Sizcə mən düz eləmişəm..2.Mən çox tez həvəsdən düşüb, özümü işə yaramaz kimi hiss edirəm.Mənə bu konuda yardım edin... Allah sizdən razı olsun. Çox gözəl işlə məşğul olursuz.
Cavab: 
Və aleykum Salam.

Heyz olan halda imam ziyarətinə getmək olarmı?

    02.02.2018
Sual: 
İmam ziyarətində ikən qadın heyz olsa nə etməlidir. Nəzərə alaq ki bu ziyarət çətinliklə əldə edilib ziyarət etmədən dönməkmi lazımdır ya burada hansı əməllərə riayət etməlidir
Cavab: 
Salam aleykum. Dinimizin buyurduğu yerlər (Kəbə, Mədinə, Məscidul-Əqsa) istisna olmaqla, imamların məqbərələri, ocaqları, pirləri və s. bu kimi ziyarətgahları ziyarət etməyi qadağan etmişdir.

Pages