qadınlar

Nişanlım hicab bağlamağıma yalnız toydan sonra icazə verir, nə edim?

    29.01.2018
Sual: 
Salam.Size bir sualim var.Men bas ortmek isteyirem.Amma kebinli nisanlim icaze vermir.Deyir toydan sonra.Onun icazesi olmadan bas orte bilerem?
Cavab: 
Va aleykum Salam. Hicab Uca Allahın müsəlman qadınlara olan əmridir. Hicab, namaz və Allahın digər vacib buyurduğu əməlləri yerinə yetirmək üçün heç kimdən icazə almaq lazım deyil.

Kişinin kinli və laqeyd olmaması üçün hansı dua oxunmalıdır?

    22.01.2018
Sual: 
salam.men yeni oxucunuzam cox sevindim sizin saytınız qarşıma cıxmaqına.Kişinin kinine , paxıllıqına eqosuna qadınına qarşi,hemcinin laqeydliyıne dıqqetsızliyine ne oxunmalıdı? Cox teşekkur edırem
Cavab: 
Va aleykum Salam. Bunun üçün Quran və Sünnədə xüsusi bir dua yoxdur. Ancaq ailədə belə halların baş verməməsi və xoşbəxtliyin bərqərar olmasına nail olmaq üçün əvvəlcə Allahın, sonra isə bir-birinin haqlarına riayət etmək, səbrli olmaq və bir-birinə güzəştə getmək lazımdır.

Açıq-saçıq geyinən qadının duaları qəbul olunurmu?

    22.01.2018
Sual: 
Namaz qilan qadin dar ve aciq saciq geye zinyet ewyalari coxluqla taxarsa qildigi namaz ve etdiyi dualar qebul olarmi
Cavab: 
Salam aleykum. Duaları qəbul edən Uca Allahdır, kimin duasının qəbul olunacağını da yalnız O bilir. Amma ümumən günahların duaların qəbul olunmasına maneə olması dinimizdə bildirilmişdir. Qadının naməhrəmlərin yanında açıq-saçıq geyinməsi də böyük günahlardandır.

Gizlində sevdiyim oğlanın başqası ilə evlənəcəyindən qorxuram...

    21.01.2018
Sual: 
Salam Aleykum. Mənim sevdiyim bir insan var. 4 ildi sevirəm onu. Amma o bilmir. Ve meni sevdiyi yahud sevmediuinidə bilmirəm. Həqiqətən cox istəyirem, və bu şey haqda cox üzgünəm.. Hələ xalaoglumdu deyə. Gelecekde qorxuram ki başkasıyla evlənər, başkasını sevər ona dayana bilmərəki. Allaha dua edirəm, amma.. Əgər o meni sitəmirse, amma men onu he, bu nece olur ki? Bu Allahdan mıdır? Yoxsa şeytandandır. Uşagca sevgi deyil bilirem. Be her defe deyirem, vəssalam bitdi sevgim, amma sehv edirem.. Deyərsiniz ki, dua et. Bəzən edirem. Ne edim bilmirem, gunah edirem, ya yox onuda bilmirem.
Cavab: 
Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, evlənmək niyyəti ilə olmayan sevgi haramdır və böyük günah olan zinaya aparır. Bu sevgi həmçinin insanın qəlbini məşğul edir və ona iztirab verir.

Uşaqlarımı böyütmək üçün sələmə pul verməyi məsləhət görürlər, nə edim?

    10.01.2018
Sual: 
Salam. Menim yoldahsim.rehmete gedib 3 ushawimi tek saxlayiram ishleyirem halal emek haqqi aliram.1 sual: mene deyirler ki seleme pul ver,hami verir, heç kime heç ne olmur, senin ehtiyacin var, gunah deyil. 2 sual:10 il evvel namaz qilmisham, sonra terk etmishem..indi yene isteyirem..amma qorxuram..yene terk edeceyimden, elave gunahlar qazanacaqimdan.. her iki sulaima lutfen cava verin men nece edim..tewekkur edirem
Cavab: 
Və aleykum Salam. 

Kişinin öz hamilə olan həyat yoldaşını döyməsi günahdırmı?

    10.01.2018
Sual: 
Salam. mən hamiləyəm. yoldasimla mübahise edende mene cox pis el qaldirir,doyur. hemise ozunu haqli gorur.bunun gunahi nedir?
Cavab: 
Və aleykum Salam. Uca Allah kişilərə müraciət edərək buyurur: "...Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).

Müsəlman qadın qeyri-müsəlman qadınların yanında paltarını dəyişə bilərmi?

    26.12.2017
Sual: 
Assalamu vaaleykum sualima gore uzr isteyirem ..... Musalman bur qadin muşrik qadinlarin yaninda hicabsiz ve yari cilpaq(paltarini deyişmek ve.s) dayana bilermi yeni o cur veziyetde gorunmesi gunah sayilirmi yoxsa hem cins olduguna gore gunahi yoxdur xaiş edirem cavablandirin
Cavab: 

Va aleykum Salam. Qadınlar bir-birilərinə məhrəm olduqları üçün öz aralarında hicabsız gəzə bilərlər. Aişə (Allah ondan razı olsun) deyir ki, (o hicabsız ikən) yəhudi bir qadın onun yanına gəlib dedi: "Allah sizi qəbr əzabından qorusun...!" (əl-Buxari, 1007; Muslim, 584).

Pages