qadınlar

Açıq qəhvəyi qanın gəlməsi heyzdən sayılırmı?

    13.06.2017
Sual: 
Salam aleykum.men aybawi haqda sual vermek isterdim.aybawidan once qadinda aciq qehveyi leke olursa bu namazi durdurmaga sebeb ola biler?
Cavab: 

Va aleykum Salam. Bəli, qeyd etdiyiniz hal, aybaşının ilk mərhələsində olan əlamətlərindəndir. Ona görə belə olduqda artıq heyzdən təmizlənənə qədər qadına namaz qılıb oruc tutmaq olmaz.

Müəllimə işləmək istəyən qadının hicab bağlaması vacibdirmi?

    10.06.2017
Sual: 
Men hicab baglamaq isteyirem,amma muellime olacam,icaze yoxdur baglamaga.bu halda ne etmeliyem,bu mene gunah deyil?evvelcedeb tewekkurler
Cavab: 
Salam aleykum. Hicab hər bir müsəlman qadına fərzdir və buna riayət etməyən günah qazanır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.

Valideynin hicab bağlamağa icazə verməməsi nə qədər düzdür?

    09.06.2017
Sual: 
Salam..Hicab ile bagli sual vermek isteyirdim..hicab taxmaq isdeyirem ama valideynim(ozu hicablidir)buna icaze vermir..Niye soruwduqda ise bir sira xirda behaneler en esasi da ki, "Hicab taxmaq cox mesulliyyetli ve cetin iwdir,eger bagladinsa omur boyu baglamalisan hec vaxt acmamalisan" ve tebii ki buna etrafinda tanidigi bir cox insanlarin bagladiqdan sonra hicabi acmasi sebeb olmuwdur.bu movzu da ne meslehet vere bilersiniz?..oxudugunuz ucun cox sagolun
Cavab: 
Və aleykum Salam. Bu cavabları oxuyun:

Hamilə qadın icazəsiz bir şey götürüb yesə, gələcək övladı pis yola düşə bilərmi?

    09.06.2017
Sual: 
Salam men hamilə ikən bir şeyi icazesi alıb yemişəm.deyirlerki icazesi alınıb yeyilende ana betnindeki uşaq oglan olsa ogru qız olarsa yolunu azmış olar?bu düzdürmü?ve halallıq ala bilmesem bunu hansısa dua ve ya emelle ede bilerem?
Cavab: 
Və aleykum Salam. Dinimizə görə istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan mənimsəmək günah sayılır və buna görə tövbə etmək lazımdır. Amma bunun səbəbi ilə gələcəkdə doğulacaq uşaqların pis yola düşəcəyini düşünmək batil və xurafatdır. İnsanın kim olacağını yalnız Allah bilir.

Boşandıqdan sonra kəbini geri oxutdurmaq lazımdırmı?

    09.06.2017
Sual: 
Salam Aleykum. Mənim bir sualım var. Mən ailəli olmuşam və anlaşılmamazlıqdan yollarımızı ayırmışıq. Amma kəbin kağızımız yoxa çıxıb. Belə bir məlumatım var ki, kəbin kağızı geri oxunmadıqca ər və arvad ayrılmış sayılmır. Bu vəziyyətdə biz ayrılmış sayılmırıq? Və necə bu kəbini poza bilərik? Bunuda bildirim ki, yaxında nişanlanacağım birisi var və keçmiş kəbinimin pozulmasında israrçıdır və keçmiş yoldaşımla heç cür bir araya gəlib kəbni pozdurmağıma icazə vermir. Məncə haqqlıdır Sizin məsləhətiniz nədir?
Cavab: 

Və aleykum Salam. "Kəbini geri oxutdurmaq" deyilən bir qayda yoxdur. Siz qarşılıqlı şəkildə razılaşaraq boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır və siz boşanmış sayılırsınız.

Kişi xəyanət edirsə, qadın ondan boşana bilərmi?

    04.06.2017
Sual: 
Es salamu aleykum va rahmetullahi va berekatuhu. Sualım. 1.Kişi qadını boşandı,İdde muddeti bitmeden baraşdılar yaxınlığ oldu (cinsi elaqe) din qaydaları bilmeden oldu. İn şa Allah nece olmalıdı?Tövbe etmek olar yoxsa boşanmaq? 2.Kişi boşandığı qadınla hansı sebeblere göre vatsapda yazışa biler? 3. Qadın her qün erden xeyanet görür,bu sebebden qadını haqqı var mı boşanmağa? Allah razı olsun. Es salamu aleykum va rahmetullahi va berekatuhu.
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.

Sevmədiyim oğlana nişanlanmışam, ondan ayrılmaq üçün dua edə bilərəmmi?

    04.06.2017
Sual: 
Salam.mən nişanlıyam ama nişanlımı sevmirəm istəmədən məcburi veriblər 5-aydır ki nişanlıyam hələdə sevmirəm ALLAHA dua edirəm ki bu nişan qaytarılsın sizcə nişanlandiqdan sonra elə bir şey ola bilər ALLAH səsimi eşidər həmişədə yalvariram qismetimi gonulumde olana yaz birde icimde ele hiss var ki dua edirem əminliklə inaniram olacaq istediyim nezirlerde goturmuwem teki niwanim qayitsin gonulumde olana yazsin qismetimi duwunurem belke o menimcun xeyirli deyil ama yalvariram Allah ki onu menimcun xeyirli et ve bextime yaz xahiw cavab yazin. twk
Cavab: 

Abort etdiyimə görə Allah məni bağışlayarmı?

    04.06.2017
Sual: 
Salam.mən 3 dəfə abort etdirmişəm bilirəm ki mən böyük günah işlətmişəm özüdə namaz qıla qıla.neyniyim ki Allah məni bağışlasın,?Mən məcbur idim çünki imkanım yoxdu saxlamaqa.iki evladim var yoldaşım çox avaradi ailəmi anam yedizdirir.urəyimdə çox peşmanam istəməzdim evladiniz öldürüm.mənə kömək edin.2 ci sualıma ki sübh namazına çox vaxt duran bilmirəm neyniyəsən bilərəm,?
Cavab: 
Və aleykum Salam. 

Pages