qadınlar
Uzun müddət ayrı qalan ərlə arvadın kəbini pozulur?
Və aleykum Salam. Küsülü qalmaq və ya uzun müddət yaxınlığın olmaması hələ kəbinin pozulması demək deyil. Kəbinin pozulması üçün qarşılıqlı boşanma və ya ərin qadını boşaması lazımdır.
Cavanlıqda hicab geyinməyən qadının yaşlı vaxtı hicaba keçməsi düzgündürmü?
Salam aleykum. Günahdan qayıtmaq heç vaxt gec deyil. Uca Allah qullarına qarşı mərhəmətlidir, ölüm gələnə qədər bütün tövbələri qəbul edir. Tezliklə hicab geyinin və savabınızı Uca Allahdan istəyin.
Boşandıqdan sonra kəbini geri oxutdurmaq lazımdırmı?
Namaz qılan qadın siqaret çəkə bilərmi?
Hamilə qalmaq üçün dua və ya Quran surəsi varmı?
Heyz qüslu almaq üçün niyyət edəndə nə demək lazımdır?
Və aleykum Salam. Qadın heyzdən qurtardıqda qüsl alarkən xüsusi bir söz demir, sadəcə qüsl alacağını bilməyi onun niyyətidir və "bismilləh" deyib qüsl almalıdır. Daha ətraflı: Niyyət etmək bidətdirmi?
Süfrədə başı açıq oturmaq olarmı?
Və aleykum Salam. Naməhrəmlər olmayan istənilən yerdə başı açıq oturmaq olar. Daha ətraflı: Kmlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)
Dul qadın subay oğlanla kəbin edə bilərmi?
Salam aleykum. Bəli, dul qadın subay oğlana şəriətimizin buyurduğu qaydada ərə gedə bilər. Kəbində qadının vəlisinin və özünün razılığı tələb olunur. Daha ətraflı:
Nikah bağlamağın qaydaları