qadınlar

Qadın ona xəyanət edən əri ilə necə davranmalıdır?

    12.01.2017
Sual: 
Salam men xayiw edirem mene cavab yazin xeyanet eden heyat yoldawimla nece davranim ne edim ki oz yoluna qaytsi xeyaneden el cekdi birlikde xowbext olaq
Cavab: 
Və aleykum Salam. Əriniz xəyanət etdiyinə görə böyük günah qazanmışdır və sizin haqqınıza girdiyi üçün Qiyamət günü haqqınızı ondan tələb edə biləcəksiniz.

Övladlarının yanında əri tərəfindən döyülən qadın nə etməlidir?

    04.01.2017
Sual: 
S alamlar. Menim yoldasimm cox pis xessiyeti var men ona5 ildi dozurem qapini kilitleyib g edir olmaz ki Bize o qapini acmaq bawi qalxir gunahsiz yere men doyu r soyur ozunu de doyur aq layir uwaqlarin yaninda uwa qlar qorxularin aqlayirlar ikside mene deyir dozmelisan men deywilen deyilem hami mene deyir sebr et artiq gucu m qalmayib meni ele vururki ozunden gedirem doye doye ayildir men urey xesteliyi tapmisam cox esebli oluram aciqimi uwaqlar dan cixiramm olarin Birinin5 birise 3 yaslari var.
Cavab: 
Və aleykum salam. Əriniz sizin və övladlarınızın haqqına girməklə böyük günah edir. Uca Allaha çoxlu dua etmək və ona nəsihət etmək lazımdır. Daha ətraflı:
Ərim mənimlə maraqlanmır, nə edim?

Ərimin məni döyüb-söyməməsi üçün nə edim?

    04.01.2017
Sual: 
salam aleykum men aileliyem 6 ildi 1 ovladimiz var ikinci ovladimiz insallah yaxinlarda olacaq uzun sozin qisasi yoldasim meni sevibib evlenmiwik amma indi bilmirem sevir ya yox meni doyur soyur baxmayaraq ki men hamileyem ozde ki bunlarin hamsi 5 yasli oglumuzun gozinde olur ,ne edim ki bunlara son qoyum ?men bosanmaq istemirem usaqlarimin butov ailede yasamasin isteyirem
Cavab: 
Və aleykum Salam. Allah sizə kömək olsun, burada yazılanları edin: Ərim mənimlə maraqlanmır, nə edim? 

Heyz halında Quran ayələrini əzbərdən oxumaq olar?

    30.12.2016
Sual: 
Salam aleykum. Üzr isteyirem bu suala gore... hehz vaxti sureleri oxuya bilmerikse bes cadudan şerden pis şeylerden nece qorunaq? Əger heyz vaxti cadudan qorunan sureleri ezberden oxusaq qebul olunar,qorunariq?? Allah razi olsun. Birdeki verdiyimiz suallarin hazir cavablari tapmiriqsa niye cavablandirilmamis silinir??
Cavab: 
Və aleykum Salam. Bu məsələdə qadına günah yoxdur. Belə ki, heyzli qadın Uca Allahı zikr edib, hətta Quranı əlinə almadan əzbərdən də oxuya bilər. Sadəcə, qadının heyz halında Quranı əlinə alıb oxuması və bir də məscidə getməsi qadağandır. Həmçinin oxuyun: 

Kəbin kəsdirdikdə molla qadına hansı suallar verir?

    30.12.2016
Sual: 
Salam Sabah Kebinimizdi Niwanliyam Qizam mene Molla be sual verecek hazir olum cox heyecanliyam ne etmeliyem deye bilersiz ?? Ne sual verilecek mene ne cvb verim cox sagolun
Cavab: 
Salam aleykum. Nigah zamanı qızdan onun könüllü şəkildə öz istəyi ilə ailə qurdurğu oğlana ərə getməsi soruşulur. Qızın da bu suala "bəli" və "xeyr" cavabı verməsilə nigahda ona aid olan hissə tamamlanır.

Qadın əri ilə hər gün intim münasibətdə ola bilərmi?

    30.12.2016
Sual: 
Namaz qılan qadın əriynən hər gün bir yataqda yata bilər ? Namazdan dərhal sonra cinsi əlaqədə ola bilər?
Cavab: 
Salam aleykum. Heyz (aybaşı), nifas (doğuşdan sonra axması ən çoxu 40 gün davam edən qan), Ramazan ayının gündüzlərindən başqa hər vaxt ər-arvad intim münasibətdə ola bilərlər. Namazdan dərhal sonra da bu münasibətləri qadağan edən bir dəlil yoxdur.

Nişanlımdan keçmişdə olanları gizlətmək düzgündürmü?

    25.12.2016
Sual: 
Salam. Men indi ciddi fikirlewdiyim biri var onla insaAllah evlenecem.sadece ondan evvel heyatimda biri olub. Lakin cinsi ela1ede olmamisam sadece el ele tutmaq opuwmek bele. Ve ciddi fikirlwwdiyim adam heyatima girmemiwden evvel ayrildim ve elediklerime cox pewman oldum Allahima qarsi bunlari etdiyim ucun. Gece gunduz agladim. Sonra o girdi heyatima o Allaha cox baglidi. Men ona yalan demek mexburiyetinde qaldim heyatimda heckesin evvwlceden olmamasi haqqinda. Vicdan ezabu cekirem cox.
Cavab: 
Va aleykum Salam. Keçmişdə olan şeyləri danışmaya bilərsiniz. Həmçinin, günahlarınız olubsa, Uca Allaha səmimi tövbə etməli və günahı gizlətməlisiniz. Daha ətraflı:

Ərim məndən başqa hər kəsə pul xərcləyir, nə edim?

    24.12.2016
Sual: 
salam. menim yoldasim indiye kımı yaxsı pulu olub, işleyıb.yoldasım hamıya pul xeclıyır mene yox. nese ısteyende mene almır. nıkahlı toyumuz olub. özü sevib alıb ama mene fikir vermır. pulu var mene paltar almır. deyırem nıye almırsan deyır almıram. qayanama artıs kımı baxır. qardasına her şey alır. mene heç nee. qayanam ona şirinlık eletdırıb evde tapdım. qend çörek kağızın arasında. anası adı bırde yoldasımın adı. qayanam mene deyırdı kı menim oğlum anasından basqa kec kımı sevmıyecek. o anası balasıdı. namaz qılıram. dindararam. Allahdan başqa hec kıme ınanmıram.
Cavab: 
Və aleykum Salam. Əgər cadu tapmısınızsa, onu şəriətdə buyurulmuş qaydada batil edin, hər gün evdə uzun müddət Quran səsləndirin və ibadətlərlə Allahdan kömək istəyin. Ərinizə onun üzərində olan haqlarınızı xatırladın və Allahdan qorxmağı tövsiyə edin.

Pages