qadınlar

Qaynanam pis adam olduğuna görə Allahdan onun ölməsini istəmək düzgündür?

    24.12.2016
Sual: 
Salam.menim qaynanam cox yalanci ve serbaz insandi.sebebsiz yere evde dava cixarir.valideynlerimi,bacilarimi soyut.sozun qisasi yaxsi insan deyil.mende cavab qaytarmiram ancaq ureyimde onu allaha tapsiriram ve tezlikle cezasin allahdan dileyirem.birdeki allaha dua ediremki tezlikle ölsün.menim bu cur dua etmeyim gunah sayilirmi?CAVAB YAZSANIZ COX SEVINEREM onceden tesekkurler
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, qaynananız sizə qarşı bu şeyləri etməklə haqqınıza girərək günah qazanır. Siz ərinizə vəziyyət gözəl tərzdə izah edin və xahiş edin ki, ona nəsihət etsin. Siz ona cavab qaytarmayaraq səbr etdiyiniz üçün böyük savab qazanırsınız.

Qadın zina edən və ailəisilə maraqlanmayan kişidən boşana bilərmi?

    24.12.2016
Sual: 
Salam aleykum biz yoldawimla 3 ay bundan qabaq hence olmamiw dalawmaga bawladiq sonra bildimki zina eliyir sonra ozunu qeribe aparmaga bawladi Eve geceler gec geldi uwaqlarindan ailesinden soyudu menimle yaxinliq elemek istemirdi deyirdi istemirem her defe bir behane getirirdi sorada dedi xesteyem bowanmaq qerarina geldim sorada fikirlewdim belke sehirdi ondan nifret eliyirdim ancaq deyirdim bowanim mene bir meslehet verin men neyniyim bowanim yoxsa ozume ruqye eliyim amma yoldawim cahildi bes o nece olacaq temizlenmese salam aleykum
Cavab: 
Və aleykum Salam. Hər halda ruqyə etsəniz daha yaxşı olar. Həmçinin, Allaha dua edin ki, ərinizi islah etsin və sizin bir-birinizə olan münasibətlərinizi düzəltsin.

Səbəbini bildirmədən evə gec gələn və içki içən kişi xanımından halallıq almalıdırmı?

    24.12.2016
Sual: 
Ərim gecələr evə gəlmir iş adı ilə...həmin gecələr içir...demir harda olur ,demir hara gedir.həftələrnən gəlmir.Mən onun halal arvadı..onun ixtiyarı var mı məndən halallıq almadan gecə evə gəlməmək və içmək və olduğu yeri mənə deməmək?
Cavab: 
Salam aleykum. Spirtli içkilər içmək haram olduğuna görə onun üçün kimdənsə halallıq almaq yox, həmin əməli tərk edib Uca Allaha tövbə etmək lazımdır. Siz də ona gözəl şəkildə izah etməyə çalışın ki, Allah spirtli içkiləri haram edib.

Cinsi əlaqədən sonra qüsl almaq və saçı da yumaq lazımdır?

    19.12.2016
Sual: 
Salam cinsi əlaqədən sonra namaz qılmaq üçün yuyunmalısan?saçıda yumalısan?
Cavab: 
Və aleykum Salam. Bəli, cinsi əlaqədən sonra qüsl almaq və bütün bədən əzalarını o cümlədən başınızı da yumaq lazımdır. Başı yuyarkən 3 dəfə su tökmək kifayət edir, saçları tam islatmaya bilərsiniz. Daha ətraflı:

Ərim zina etdiyi üçün ondan boşana bilərəmmi?

    06.12.2016
Sual: 
Salam aleykum menim yoldasim zina eliyir deyende deyir kisiye olar otur doz ailemi dagitmiraki deyir ayrilmaq isteyirem 3 usagim var ona gore qalmisam amma her gun eziyyet cekirem deyir senin yanindayam atmiramki boynuna almir amma fox deyisilib uzr isteyirem yaxinkiq ekemekden qacir Eve gec gelir nese defence dalasir men by veziyyetde neynemeliyem mene bir meslehet verin yorulmusam artiq
Cavab: 

Və aleykum Salam. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir.

Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?

    03.12.2016
Sual: 
Salam aleykum. Kişi arvadına, boşanma niyyeti ile Ailenin yanına get deyerse, bu talaq bain olur? Yeni, iddet muddetınde qaytara bilmir nigahı? Ancaq iddet bitdikden sonra kebinmi kesdirir tekrar? 2. İddet muddetı ne qederdır? 3 aymı? Yoxsa qadın 3 heyz halı gordukdemı? 3 heyz halı tam 3 ay bitmeden de tamamlana biler, bes onda nece? Tarix ile 3 ay tamamlanmalımı? Eger 3 heyz halı gorene qederdıse, 1ci heyzden baslayır iddet, 3 cu heyzden temizlendıkden hemen sonra kebin kesdire bilermi hemen eri ile? Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Kişi qadına "səni boşadım" və ya boşamaq niyyəti ilə "ailənin yanına get" kimi sözlər desə, artıq onu boşamış sayılır. Boşanmış qadın başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir.

Pages