qadınlar

Kiçik yaşlı dayı uşaqları qadına naməhrəm sayılırlarmı?

    01.11.2016
Sual: 
Salam.menim iki denən dayım oğlu var.Mirzənin 2 yaşı Həzrətin isə 7 yaşı var biz bir evdə qalırıq bacı qardaş kimiyik men onları çok sevirəm onlarla bacı qardaş kimi görüşə bilərəm.çok şirindilər.önədən çox sağ olun.
Cavab: 

Və aleykum Salam. Həddi-buluğa çatmamış oğlan uşaqları ilə əllə görüşməkdə günah yoxdur. Lakin, onlar böyüdükdə sizə naməhrəm sayılacaqlar, ona görə də həddi-bülüğ yaşına yaxınlaşanda onlarla görüşməkdən yavaş-yavaş çəkinin.

Ramazan ayından qalan kəffarə orucunu ardıcıl tutmaq lazımdır?

    29.10.2016
Sual: 
Salam aleykum ve rehmetullahi ve berekatuh bagislayin bu sualima gore men Ramazan ayinda 2 gun oruc olmadigima gore boynumda keffare var ve bildiyimiz kimi keffare orucu ardicil olaraq tutulmalidir eger ardicil olaraq 1 ayi keffare orucu tutanda heyz halimin(uzr isteyirem) oruca aidiyyati olur? yoxsa hemin gunleri yenede qeza kimi oruc tutmaliyam? xahis edirem sualimi cvblandirasiz Allah razi olsun
Cavab: 

Və alekum Salam və rahmətullahi və bərakətu. Ramazan ayında oruc yalnız qəsdən cinsi əlaqə ilə pozulduğu halda həmin günün əvəzinə 60 gün ara vermədən oruc tutulur.

Parolu olmayan Wifi şəbəkəsindən istifadə etmək olarmı?

    25.10.2016
Sual: 
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. Allah sizləri xeyirlə mükafatlandırsın. əmin 1.evimizlə üzbə üz şirkət var və wifi kodsuzdu. məhlədə hər kəs bundan istifadə edir. məndə istifadə eliyə bilərəm? problem olmaz in şəə Allah? 2.biri hər gecə mülk surəsini oxuyursa və aylıq adət halında əzbər yaxudda telefondan oxuya bilər? 3.ərəb dilində oxuyanda və səcdə ayəsində qadın başıaçıq səcdə eləyə bilər?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu.

Heyzli qadın tövbə edə bilərmi?

    17.10.2016
Sual: 
Salammaleykum Allah hamımıza yardımcı olsun Allah duası xeyri bərəkəti üstümüzdən əksik olmasın mənim sizə çox önəmli bir sualım var və neçə vaxt idiki bu vaxtı gözləyirdim ki sizə sual verim.Qadın heyizli ikən tövbə edə bilərmi edə bilərsə necə etməli və təmiz olduğumuz halda namazsız tövbə etmək olarmı yəni namaz qılmadan tövbə etmək olarmı
Cavab: 

Və aleykum Salam. Heyz halında olmaq tövbənin qəbul olmasına mane olmur. Hər bir peşmançılıq tövbədir. Tövbə namazını qılmamaq isə tövbəni batil etmir. Daha ətraflı:

Qadınla kişinin namazı fərqlidirmi?

    17.10.2016
Sual: 
Salam men namazi basqa cür qiliram ama siz deyirsizse peyqenberimizin súnneti bu cúr qılıbsa mende bu cúr qilaram mende eyniyle fatihe ve ixlas surelerini deyirem ama oturusda ve qalxanda ayri ayri sözler ddeyilir bilmek isteyirem qadinda bu cúr qilir yoxsa bu kisilerin namazidi yoxsa qadinda kiside eyni qilir namazi
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlar üçün xüsusi namaz qılma qaydası göstərməmişdir, ona görə də, kişilərlə qadınlar eyni cür namaz qılır. Fərq isə qadının namaz vaxtı hicabda olmasıdır. Həmçinin, qadınların camaat namazında bəzi fərqlər var.

Uşaqlıqda edilən günah və hicab bağlaya bilməmək haqda

    17.10.2016
Sual: 
Salam.sizə 2 sualım olacaq 1)mən heyiz halında olmamışam amma namaz qılıram.hicab bağlamıram.isterdim bağlayam elebir bir qüvve meni hicab bağlamağa qoymur istiyirem gözümü yumum açım görüm başımda hicab.qorxuram bağlamaqdan.ama naməhrəm baxışlardan özümü çalışıram qoruyam istemirem ki bir oğlan mene sevgi gözüyle baxsın.2)men uşaq olanda zinaya yaxın hereket etmişem (mecbur).ama uşaq vaxtı bunun günah olduğunu bilmirdim bilsəydim vallah elemezdim heç o vaxtı zina ne olduğun bilmirdim boş dində tek Allahı tanıyırdəm.
Cavab: 

Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Namaz qılıram, amma hicab bağlamağa qorxuram

Qadın kişi qohumları ilə bacı-qardaş kimidirsə, yenə də əllə görüşə bilməz?

    15.10.2016
Sual: 
Salam.Burda cavablarda görmüşdüm.Bibioğlunun,əmioğlunun cad öpməsi olmaz.Bəs əminin,dayının,qardaşın necə məni öpməsi günahdır?Bəs kimlərlə əl-ələ verib görüşmək olar?Mən öz bibioğlularımı,əmioğlularımı,dayıoğlularımı,xalaoğlularımı heç doğma qardaşımdan ayırmıramda,onları da eyni dərəcədə çox istiyirəm.Bir dərdim olanda olara deyirəm,onlar da bi qardaş kimi əllərindən gələni əsirgəmirlər.Yəni bizim aramızda hər hansı pis münasibətdən söhbət gedə bilməz.Sizin cavablarda görürəmki bu günah bi şeydir.Ama bi başqa mənbədən oxumuşdum ki,qohumlarla əlaqəni kəsmək olmaz.Başa düşə bilmirəm əgər bizim
Cavab: 

Və aleykum Salam. Qardaş, dayı, əmi qadın üçün məhrəm sayılır və onlarla əllə görüşmək olar. Bibioğlu, əmioğlu, xalaoğlu və dayıoğlu isə naməhrəmdir, onlarla təklikdə qalmaq və ya əllə görüşmək haramdır. Onlarla məhrəmləriniz olan yerdə söhbət etmək isə qadağan deyil.

Qadın kişidən boşandıqda kəbin kağızı qüvvədə olurmu?

    11.10.2016
Sual: 
Qadin kisiden ayrilmissa ve eri uzaq olkeye gedib hec cure kebini geri oxutma imkani yoxdursa qadin kebinden azad olmaqcun ne etmelidir?
Cavab: 

Salam aleykum. Əgər qadın kişidən qarşılıqlı və hər iki tərəfin razılığı ilə ayrılıbsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Həmin qadın və kişi bir-birindən ayrılmış sayılırlar. Kəbini geri oxutmaq kimi bir şey isə dində yoxdur. 

Pages