təmizlənmə

Laklı halda namaz qılmaq namazı batil edirmi?

    08.08.2014
Sual: 
salam aleykum.men bilerekden 1gun erzinde namazlarmi dirnagda lak olaraq qilmiwam. Namazim batildirmi? Dirnagimdaki laki silmek ucun aseston tapa bilmedim. Ona gore mecbur oldum. Bacim ise bele olanda namaz qilmir. Deyir onsuz namazim sayilmir. Hemin vaxt umumiyyetle namazi terk edir. Men ise terk ede bilmirem. Su yoxdusa,torpaqla aliram destemaz. Torpaq da yoxdusa tozla. Namazimi qilmamaq bu mene daha cox pis gelir. Hansimiz duzgun etmishik? ALLAH elminize bereket versin. Amin
Cavab: 

Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz.

Dəstəmaz aldıqda əzalar neçə dəfə yuyulmalıdır?

    07.08.2014
Sual: 
Salam. Xahis edirem cavablandirasiniz,destemaz uzvlerinin her biri nece defe yuyulmalidir.3ya az?cunki bezen oxuyuram ki 3defe olmalidir,bezen ise 3defe olmasi duzgun deyil deyirler.bu mezheblerle elaqeli bir seydir?cunki hec bir mezhebe qulluq etmirem,Peygemberimiz(s.e.s)kimi qilmaq isteyirem,siz de bu cur oyredirsiniz.evvelceden tesekkurler
Cavab: 

Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:

Gözdə makiyaj olan halda dəstəmaz almaq olarmı?

    06.08.2014
Sual: 
Salam aleykum, gozde olan makyajla destnamaz alinsa destnamaz sayilir?
Cavab: 

Aleykum salam. İstifadə etdiyiniz kosmetik maddə dəridə təbəqə yaradaraq suyun dəriyə dəyməsinə mane olursa, dəstəmazdan əvvəl silinməlidir. Məsələn, dırnaq lakı təbəqə yaratdığı üçün silinməlidir. Təbii sürmə isə təbəqə yaratmır və silməmək olar. Daha ətraflı:

Ayaq yoluna gedərkən təmizliyimi qoruya bilmirəm. Belə olan halda namazı necə qılım?

    05.08.2014
Sual: 
bezen iwlemeye gedirem ve temizliyimi qorumaga imkanim daha dogrusu yer olmur meselem (ayaq yoluna gedende) bilmirem bele oldugum halda nece namaz qila bilerem evvelceden tewekkur edirem.
Cavab: 

Aleykum salam. Bacardığınız qədər təmizlənin sonra isə dəstəmaz alıb namazınızı qılın.

Cinsi əlaqədən sonra üç gün çimməmək düzgündürmü?

    05.08.2014
Sual: 
Salam.cinsi elaqeden sonra uc gun cimmemek duzgundu?
Cavab: 

Aleykum salam. Cinsi əlaqədən sonra çimərək qüsl almaq lazımdır. Su tapılana qədər və ya mövcud zəruri problem aradan qalxana qədər çimməmək olar. Bunun üçün müəyyən saylı gün məhdudiyyəti yoxdur. Sadəcə bu ərəfələrdə torpaqla təyəmmüm etmək lazım gələcək. Daha ətarflı:

Cənabət və ya heyz zamanı qüsl almağa imkan olmadıqda necə paklana bilərəm?

    04.08.2014
Sual: 
salam.cimmeye weraitim olmur cenabet ve heyiz qusulum olur namazi qilla bilmirem ne edim ki temiz olum evvelceden twk..
Cavab: 

Aleykum salam. Belə hallarda, su tapmadıqda və ya imkan olmadıqda torpaq ilə təyəmmüm edə bilərsiniz. Su tapılana, imkan olana və ya mövcud problem aradan qalxana qədər təyəmmüm etmək qüslu əvəz edir. Daha ətarflı:

Heyzdən azad olmağıma əmin deyiləmsə, namazları qəza etməliyəmmi?

    04.08.2014
Sual: 
Salam.eger heyzden azad olduguma emin deyilemse namazimi qeza etmeliyemmi,yoxsa heyzli gunlerde oldugu kimi qezasi olmur?
Cavab: 

Aleykum salam. Əgər heyzdən azad olmağınıza əmin deyilsinizsə, əmin olduqdan sonra təmizlənin sonra da namazlarınızı qılmağa davam edin. Əmin olmadığınız günlər də heyzli günlərə nisbət olunur, yəni qəzası qılınmır.

Pages