təmizlənmə

Dəstəmazsız halda Quranı və Azərbaycanca tərcüməsini oxumaq olarmı?

    31.07.2014
Sual: 
Salamun aleykum, Qurani ereb dilinde ve Azerbaycan dilinde destnamazsiz oxumaq olar ? Onceden tesekkurler. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Dəstəmazsız halda istər Qurani Kərimin özünü, istərsə də Azərbaycanca tərcüməsini oxumaq olar. Lakin dəstəmazlı halda oxumaq daha yaxşıdır. 

Cinsi əlaqədə olmadan qeyri ixtiyari məni xaric olarsa, oruc pozulurmu?

    30.07.2014
Sual: 
salam oruclu halda cinsi elaqede olmadan qeyri ixtiyari sperma xaric olarsa oruc pozularmi
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal orucu yox, qüslu pozur. Əgər məninin (sperma) ifrazı qəsdən olsa idi, bu zaman oruc da pozulardı.
Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

Heyzin müddəti bitdikdən sonra səhəri gün balaca qan ləkəsi gələrsə, qüsl almaq lazımdır?

    28.07.2014
Sual: 
Salam.Men mensturasiya olub qutardigdan sonra gece qüsullandim,oruc ucun niyet etdim,amma seher duranda bir damci qan ifrazatin oldugunu gordum.namaz qilir ve oruc tuturam bu menim qusulumu pozmus hesab olunur?yeni orucum ve namazim batil olurmu?
Cavab: 

Aleykum aleykum. Əgər əmin olsanız ki, adət üzrə baş verən halın müddəti tam bitib, onda həmin ləkəyə fikirmədən oruc tutub namaz qılmanız düzgündür. Qüsl almağa da ehtiyac yoxdur.

Qüsul aldıqda övrət yerləri mütləq bağlı olmalıdırmı?

    28.07.2014
Sual: 
internetde qusl abdesti ile bagli videolara baxdim,butun hallarda ovret yeri bagli olur.fikrimi bele izah edim.Men hamama girib qusl abdesti almaq isteyirem,evvelce bedenimin her yerini temiz yuyuram,sonra tam bir abdest aldidan sonra 3 defe bashima,3defe bedenimin sag,sonra 3defe sol terefine su tokurem.Bu zaman ovret yeri baxdigim videolarda ortulu olur,mense aciq halda abdest aliram,demeli bu gunahdir.Xahish edirem cavablandirsiniz.Evvelceden minnetdaram.
Cavab: 

Qüsul alarkən qapalı yerdəsinizsə, övrət yerlər açıq da ola bilər və bu günah deyil, amma bağlı olması daha yaxşıdır. Bu cür etmək Uca Allaha qarşı ədəbli və həyalı olmaqdan irəli gəlir.

Cinsi əlaqədən sonra su tapmasaq nə etməliyik?

    28.07.2014
Sual: 
salam meleykim.qadlnla elaqede oldugdan sonra su tapmasam,ne etmeli?birde olarml ki,seheri gun çimmek.xais edirem bu haqqda etrafli yazaslz.
Cavab: 

Aleykum salam. Cinsi əlaqədən sonra su tapılmadıqda torpaq ilə təyəmmüm edə bilərsiniz. Həmin gün və ya başqa gün su tapsanız artıq çimmək vacib olur. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Toz udmaq və naməhrəmlə əllə görüşmək orucu və ya qüslu pozurmu?

    28.07.2014
Sual: 
Salam. Mən günorta oruclu vaxtı anamın küçədən tapıb gətirdiyi göyərçini öpdüm, doyunca qoxladım və yedirdim, o da qanadlarını çırpırdı yanımda. Əgər göyərçindən mənə toz getmiş olsa orucum pozulur? Bir də dayım oğlu ilə əllə görüşdüm. Bu orucumu və ya qüslumu pozur? Əgər pozursa tez qüsl almağım lazım idimi? Yoxsa axşam orucumu açandan sonra qüsl alsam olarmı?
Cavab: 

Aleykum salam. Bilmədən toz udmaq orucu pozmur. Qadının qohumu olsa belə naməhrəm olanlarla əl ilə görüşməsi günahdır. Ölkəmizdə insanların əksəriyyəti şəriət qayda-qanunlarından bixəbərdir. Ona görə siz tədricən qohumlarınızı bu qaydalara riayət etməyə alışdırın.

Dəstəmazı və namazı batil edən hallar

    28.07.2014
Sual: 
burunnan qan gelerse destamazi pozur bunu bilmek istirem yada namaz vaxti burunnan qan duwse namaz batil olur ??
Cavab: 
Qanaxma nə dəstəmazı, nə də namazı batil etmir. Bir çox səhabələrin yaralı halda namaz qılması ilə bağlı rəvayətlər var. Ömər ibn əl-Xattab (Allah onlardan razı olsun) da namazda ikən qılıncla vurulduğuna baxmayaraq namazı yarımçıq dayandırmamışdır. Bu dəlalət edir ki, qan murdar deyil.

Heyz müddəti bitdikdən sonra ləkə gəlsə oruca davam etmək olar?

    26.07.2014
Sual: 
ilk once vereceyim sala gore cox cox uzur isteyirem. ama bilmek isteyirem. uzur isteyirem heyz hali bitdikden sonra qusul alib oruca davam etdim lakin qehveyi rengli leke geldi. ama orucumu pozmadim davam etdim. bu halda orucum duzgundur? novbeti gunlerdede qusul almdan orucuma davam etdim bes hec bir leke gelmesede qusul almadan tutdugum oruclar qildigim namazlar duzdundur? sualimi tezlikle cvblandirsaniz cox sevinerem. indiden tesekkurler..
Cavab: 

Salam aleykum. Əgər əmin olsanız ki, adət üzrə baş verən halın müddəti tam bitib, onda həmin ləkəyə fikirmədən oruc tutub namaz qılmanız düzgündür.

Pages