təmizlənmə

Qadına ətir vurmaq qüslu pozurmu?

    05.07.2014
Sual: 
Salam Aleykum, dukanda iken terleme ucun olan andispranti koftanin qoluna biraz vurub baxdim,yeni yoxlamaq niyyetiyle cox da deyildi..bele olan halda qadinin quslu pozulmus olurmu?yeni inanmiram namehrem o iyi hissedecek derecede cox idi ama ele hedis var ki qadin etir vurduqda cenabet guslu almis kimi qusl almasa kecerli deyil namazf
Cavab: 

Aleykum salam. Ətir vurmaq qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Niyyət, oruc, qüsl, dəstəmaz və namaz haqqında sual

    05.07.2014
Sual: 
Salam Aleykum..1)imsaka baslayanda da niyyet edilir? yeni niyyet etdim Allah rizasi ucun imsaka,bir de adeten gormusem ki imsaki bitirennen sora su ile niyyet edirler ki niyyet etdim orucumu baglamaga..bele seyler var yoxsa bidetdi?yeni imsaki basladiqda ve ya qurtadiqdan sora ne etmek lazimdi?,orucu acarken euuzu besmele cekilir yoxsa nece? 2) qusl ve ya destemaz almaga baslayanda sadece bismilleh demek lazimdi yoxsa euzu besmele? 3)namazi picilti ile oxumaq gunahdi? Allah razi olsun.
Cavab: 

Aleykum salam.

Oruclu ikən qüsl almaq və ya adi yuyunmaq orucu pozurmu?

    03.07.2014
Sual: 
Salam aleykum. Oruclu iken qusl almaq ve ya ele bele chimmek orucu pozarmi?
Cavab: 

Aleykum salam. Ağız və ya burundan qəsdən su udulmadıqca yuyunmaq və ya qüsl almaq orucu pozmur. Necə ki, Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Ramazanda günəş doğduqdan sonra qüsl almış olduğunu xəbər vermişlər. (Buxari).

Necə yəni başı suya salmaq orucu pozmur? Axı qulağa, buruna və ağıza su gedə bilər?

    03.07.2014
Sual: 
Salam aleykum.Nece yeni bashi suya salmaq orucu pozmur?axi qulaqa,aqiza su gede biler
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu orucu pozan amillər sırasında çimmək və ya başı suya salmaq göstərilməyib. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.

Pages