təmizlənmə

Sübh namazına davamlı gecikmək və xəstəlik səbəbilə dəstəmazın tez-tez pozulması

    13.06.2014
Sual: 
Salam.1.Men ne qeder calişsamda sübh namazına qalxa bilmirem.Hem biraz gec yatdigim ucun yuxumun şirin vaxtına düşür hemde berk yatıram.Ve her gun subh qezası qılıram.Bunun üçün özümü pis hiss edirem. 2.Bağırsağımda problem var.Destamazımın pozulmağı çox az vaxtda olur.Ne qeder çalışsamda üzr isteyirem olmur.Bunun üçün ne edim? 3.Destamazım tez tez pozulurdu deye bezen Namazlari qezaya saxlayıram.Bilirsiz pozuluram deye eseb keçirirem.Ele vaxt olur 3-4 defe destamaz aliram...Mene yol gosterin.Bu arada hekimede getmişem mualicede etdirmişem.Ama yenede alınmır ki alınmır.

Zifaf gecəsi və cənabət qüslu ilə bağlı sual

    10.06.2014
Sual: 
Salam Aleykum. Bele bir sualim var ki ilk zifaf gecesi esitmisem ki yataq yerde salinmalidi, carpayida deyil..yeni bu sunnede bele sey var yoxsa batil inancdi?ikinci sualim beledir ki qadin ve ya kisi sehvet hissi kecirmeden aglinnan yaxinliq kecirerse yeni xeyalina gelse guslu pozulirmu? Allah razi olsun.
Cavab: 
Aleykum salam.
1) Sünnədə yatağın yerdən salınması ilə bağlı əmr yoxdur.

2) Xəyalından cinsi yaxınlıq keçirən zaman məni (sperma) xaric olubsa, qüsul vacib olur, əks halda ehtiyac yoxdur. Həmçinin oxuyun:

Quranı elektron versiyasından və dəstəmazsız halda oxumaq olarmı?

    10.06.2014
Sual: 
Salam Aleykum. Qurani Kerimi elektron wekilde oxumaq olar? Ele sizin saytinizdan oxumaq isteyirdim, ele oxumaq kitabin ozunden oxumaga beraber olur mu? Bir de Eyer bu saytdan oxusam destemaz almaliyam?
Cavab: 

Aleykum salam. Qurani Kərimi saytda elektron versiyada oxumaq olar. Həmçinin bu şəkildə oxumaq elə kitabın özündən oxumağa bərabərdir. Dəstəmaz almadan Quran oxumaq olar, amma dəstəmazlı halda oxumaq daha yaxşıdır.

Tərləmək dəstəmazı pozurmu?

    09.06.2014
Sual: 
Assalamu aleykum! Men meshq elediyim üçün eve gelende terli oluram. Terim soyuduqdan sonra destemaz alib namazimi qiliram. Meşqden gelib bele namaz qilmagim duzgundur? Yoxsa cimib, qusl alib sonra namazi qilmaliyam? Allah razi olsun!
Cavab: 

Aleykum salam. Tərləmək dəstəmazı və ya qüslu pozmur. Həmçinin oxuyun: 
Dəstəmazı pozan amillər
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Problemim olduğu üçün qüsl ala bilmirəm. Buna görə sübh namazını qəza edə bilərəmmi?

    09.06.2014
Sual: 
salam.menim size bele sualim var men aileli qadinam namaz qilmaq cox isteyirem seher qusul almaq cetindi mene uzr isteyirem ginekoloji problemle elaqeli.seher namazin qeza etmek olarmi?
Cavab: 

Aleykum salam. Xəstə olduqda qüsul əvəzinə torpaqla təyəmmüm almaq olar. Namazı isə qəzaya saxlaq olmaz. Allah Təala buyurur: "(Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin.

Pages