təmizlənmə

Heyz qüslu cənabət qüslunu əvəz edirmi?

    04.01.2015
Sual: 
Salam aleykum.Sualima gore uzur isdeyirem.Eger cenabat qusulu boynunda ola ola heyz hali baw verirse heyzli halda cimdiyin zaman cenabat qusulunu vere bilersenmi??Yox eger olmazsa heyz qurtarandan sonra birinci hansi qusulu vermelisen? Cenabati yoxsa heyzi?
Cavab: 

Aleykum salam. Heyz qüslunu alarkən cənabət qüslu da almış olursunuz. Daha ətraflı: Cənabət qüslu digər qüslları əvəz edirmi?

Xahiş edirəm ki, dəstəmaz və qüsl qaydası haqda da video düzəldəsiniz...

    04.01.2015
Sual: 
Salam aleykum. Mashallah Allah Subhenehu ve Teala komeyiniz olsun. Allaha dua ederek ondan isteyirem ki, sizi bu fitneli, ixtialfi ve sherli vaxtda butun fitne, sher ve ixtialaflara dushmekden qorusun! Saytiniza gelince, Allah onu da islam ummeti uchun faydali ve bereketli elesin! Chekdiyiniz eziyyetl ve zehmetleri de bosha ve hedere chixarib zay etmesin. Saytinizdaki NAMAZ QILMAGIN QAYDASI ile bagli duzeltib muselmanlarin istifadesine verdiyiniz video rolik chox mohteshem, hem de chox faydalidir. Faydasini tek men yox, tanidigim ekser muselmanlar gorub ve gormekde de davam edirler.
Cavab: 

Aleykum salam. Allah sizdən də razı olsun. Bu videonu paylaşan hər kəsə təşəkkür edərək xatırladırıq ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Xeyirli bir işə rəhbərlik edən (və ya vasitəçi olan) o xeyirli işi görənlər qədər savab qazanar”. (Müslim, İmarə 133).

Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

    02.01.2015
Sual: 
Salam aleykum.Bir nefer var Quraninin tercumesini oxumaq isteyir. Hemin tercume olunmuw Quranda erebcede yazilib.Hemin adam Quranin tercumesi oxumag ucun destamaz almalidirmi? Cunki hemin Quranda erebcede yazilib.Cox xaiw edirem sualimi tez cavablandirasiniz. Evvelceden tewekkurler.Allah razi olsun.Salam aleykum.
Cavab: 

Aleykum salam. Qurani Kərimi (ərəbcə) dəstəmazsız oxumaq icazələdir. Dəstəmazlı oxumaq isə bəyənilən əməldir. Qüsl olmadan isə oxumaqdan çəkinmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heyzli qadın və cənabətli olan kimsə Qurandan bir şey oxuya bilməz".

Qadınlar qüsl alanda saçlar nə dərəcədə islanmalıdır?

    31.12.2014
Sual: 
Salam aleykum. Qadınlar qüsl alanda saçlar; nə dərəcədə islanmalıdır?
Cavab: 

Aleykum salam. Cənabət (cinsi əlaqədən sonra) qüslu aldıqda bütün bədənə, eləcə də saçların dibinə su dəyməsi vacibdir. Lakin saçlarını hörən qadınlara cənabət qüslü alarkən saçlarını açması vacib deyildir. Amma heyzdən və nifasdan (doğuşdan sonra) təmizlənəndə isə saçını açması vacibdir.

İmanımın əvvəlki kimi güclü olması üçün nə edim?

    28.12.2014
Sual: 
Salam men Namaz qiliram nece vaxtiydi qadin problemine gore qilmirdim sora qusl aldim.dunen axsam Sam Namazin qildim.Amma bu seher Subh Namazina ne qeder calisdim dura bilmedim bilmirem sebeb nedir men ne edimki Imanim evvelki kimi guclu olsun mene yol gosterin.Allah razi olsun.
Cavab: 

Heyzli qadın Quran kitabını oxuya bilərmi?

    26.12.2014
Sual: 
Salam eleykum. Qadin heyizli olarken Quran kitabini oxuya bilermi?
Cavab: 

Aleykum salam. Heyzli qadın Uca Allahı zikr edib, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın. Qadının o halda Quranı əlinə alıb oxuması qadağan edilir. Bu ərəbcə Qurana aiddir, mənaca tərcüməsini isə oxumaq olar.

Aybaşı qurtardıqdan sonra buraxılan namazlar qəza edilirmi?

    23.12.2014
Sual: 
Qadınlar keçmişde öten namazlarını nece qaza etmelidiler aybaşı olan vaxtların namazını ödemelidimi ve nece niyet etmelidiler
Cavab: 

Aleykum salam. Heyz (aybaşı) və nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur) olan qadın buraxdığı günlərin qəzasını qılmır. Həmçinin islamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın.

Pages