təmizlənmə

Dəstəmaz alanda parfum vurulan yerlər yuyulmalıdırmı?

    21.10.2014
Sual: 
Salam. Her vaxtiniz deyir. Sizden bezi seyleri deqiqlesdirmek isterdim.Esitdiyime gore qadin parfumdan istifade etdikde, destemaz alarken parfumun vuruldugu nahiyyeleri mutleq yumalidi.yeni, spirt deride qalmasin deye. bu heqiqeten beledirmi? Birdeki, kebinli olan cutluyun munasibetlerinde hansisa mehdudiyyetler varmi? nezere alsaq ki, toy hele bas tutmayib...Qabaqcadan size tesekkurler.
Cavab: 

Aleykum salam. Dəstəmaz alanda parfum vurulan yerləri yumağa ehtiyac yoxdur. Kəbinli olan cütlüyə toya qədər münasibətlərdə səbr etmək tövsiyə olunur.

Heyz müddəti bitsə də, gələn maye kəsilmir. Hələ gözləməliyəm?

    20.10.2014
Sual: 
Salam. Mən artıq 8 gündür ki, heyzliyəm. Qan yoxdur, amma qəhvəyi rəngli maye də qurtarmır. Bayaq hamama girdim ki, qüsl edim, əmin olmaq üçün istibra etdim (yəni gücənmək yolu ilə) və yenə o açıq qəhvəyi rəngli bulanıq sudan gəldi. Təqlid etdiyim alim deyir ki; """Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi icazəli deyil.

Başa məsh çəkəndə hörükləri açmaq lazımdır?

    20.10.2014
Sual: 
Salam. Dəstəmaz aldıqda saç mütləq açıq olmalıdırmı? Keçən dəfə uzun saçla bağlı sual verdim və kəsməyi məsləhət gördünüz. Mən dəstəmaz alanda saçımı hörürəm ki, mənə mane olmasınlar. Dəstəmaz aldıqda saçlarım mütləq açıq olmalıdırmı? Məgər əsas olan məsh yeri deyilmi? Həm də ki, deyirsiniz saç mane olursa Allah üçün onu kəsmək lazımdır. Bu söz məni çox yaraladı. Saçlarımı ibadətimdən üstün tutduğumu sandım, halbuki onları Rəbbimin bir ruzisi kimi qəbul edib sevirdim. İndi isə saçlarımı kəsmək şərt oldu. Kaşki belə deməyəydiniz.
Cavab: 

Aleykum salam. Bəli, saçlar da digər bədən üzvləri kimi Uca Allahın bizə nemətidir. Uzun saçları kəsmək vacib deyil, sadəcə sizə çətinlik yaradırsa, istəsəniz kəsə bilərsiniz. Şəriətdə uzun saç saxlamaq haram buyurulmayıb. Həmçinin, başa məsh çəkəndə hörükləri açmaq lazım deyil.

Təyəmmümdən sonra dəstəmaz almaq lazımdırmı?

    20.10.2014
Sual: 
salam men bilmek isterdim teyemmumden sonra destemaz almaq lazimdir? qishda tez tez xestelendiyim ucun mecbur qusl evezine teyemmum etmeli oluram. amma teyemmumden sonra destemaz da alib sonra qiliram namazi. bele qebuldur?? cunki nese mene ele gelir ki el uzum toza bulashmish olur deye bele lazimdi..bir de vacibdi torpaqla teyemmum almaq?? evin her hansi bir hissesindeki tozla da olar teyemmum almaq ??
Cavab: 

Aleykum salam. Təyəmmüm həm qüsulu, həm də dəstəmazı əvəz edir. Amma istəsəniz təyəmmümdən sonra dəstəmaz ala bilərsiniz. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Heyz zamanı hazır paketlərdən istifadə etmək olarmı?

    16.10.2014
Sual: 
Salam. Heyz olarkən rahatlıq üçün satılan hazır paketlərdən istifadə etmək günahdırmı? Bir də deyirlər ki, əsgini və ya paketi yumamış atmaq günahdır və həmin şəxsin qüslu da batildir. Bu məlumat doğru ola bilərmi?
Cavab: 

Aleykum salam. Dediyiniz paketləri istifadə etməkdə heç bir günah yoxdur. Bu bir rahatçılıqdır və dinimiz də insanlara rahatçılığı tövsiyə edir: "...Allah sizi çətinliyə salmaq istəməz...". (əl-Maidə, 6).

Qayının yanında hicabı açmaq olarmı və digər suallar

    13.10.2014
Sual: 
Salam Aleykum..Bir nece sualim var.Erimin qardawinin yaninda hicab acmaq olmaz ele ewitmiwem bu dogrudurmu??Birde qayinan opuwub goruwmek olarmi??? Birdeki teyemmum haqda bilmek isterdim...Teyemmum torpaqla qumla edilir he?? Birdeki teyemmum edenden Sonra destemaz almaq lazim mutleq?????Allah razi olsun...
Cavab: 

Aleykum salam. Qaynınız sizin üçün naməhrəm olduğu üçün onun yanında hicabı açmaq olmaz. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.

Nafilə və fərz namazları hansılardır?

    11.10.2014
Sual: 
Salam. Nafilə və fərz namazları nə deməkdir və necə qılınır? Qurban bayramının qüsl niyyəti necə deyilir?
Cavab: 

Aleykum salam. Fərz namazları Uca Allahın gündə 5 dəfə qılmağı əmr etdiyi namazlardır, onları qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Nafilə namazları isə qılmamaq olar, lakin qılmaq savabdır. Bu cavabları oxuyun:

Pages