təmizlənmə

Qüsl alaraq xəstələnəcəyindən ehtiyat edən şəxs, namazları nə vaxt qılmalıdır?

    30.09.2014
Sual: 
Salam. Səhər oyanmışam qüslum pozulub. Hava soyuqdu. Səhər çimib çıxsam xəstələnəcəm. Təyənnüm edib namaz qılmaq olar? Yoxsa namazları axşama saxlamaq lazımdır ki, axşam qüsl alıb qəzalarını sonra qılım? Tutaq ki, təyənnüm olar aldım qıldım. Bəs sonra ki, namazları necə yenə təyənnüm yoxsa dəstəmaz alım namaz qılım? Xahiş edirəm bu sualları cavablandırın.
Cavab: 

Aleykum salam. Qüsul almağa şərait yoxdursa və ya xəstələnmək təhlükəsi varsa, müvəqqəti olaraq, imkan yaranana qədər torpaqla təyəmmüm edib namazları qılmaq lazımdır və namazları qəza etmək olmaz.

İnsan hansı hallarda cünub olmuş sayılır?

    29.09.2014
Sual: 
Salam. Gündüz vaxtları həmişə özümü şəhvətdən qoruyuram ki, cünub olub qüsl almaq məcburiyyətində olmayım, amma di gəl ki, yuxularımı da idarə edə bilmirəm... Yuxuda heç vaxt sırf cinsi əlaqədə olmuram. Amma əks cinslə söhbət filan edib şəhvətləndiyimi hiss edirəm (yuxuda). Oyananda isə lap az miqdarda məni (ya da mən məni olduğunu hesab edirəm) ifraz olunduğunu görürəm (alt paltarım bulaşmır). Görəsən bu hallarda da cünub olmuş sayılıram, yoxsa elə sırf yuxuda cinsi əlaqə gördüyüm zaman cünub oluram?
Cavab: 

Aleykum salam. Belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O buyurmuşdur ki: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".

Lotoreyada udulan puldan sədəqə vermək olarmı və digər suallar

    28.09.2014
Sual: 
Assalamu aleykum qardaslar ALLAH sizlerden razi olsun.sualim beledir sizlere insALLAH ki aydin cavab verersiz 1)bir iw yoldawim lotodan pul udub ordan mene pul verse men onu sedeqe kimi kimese vere bilerem?2)Bir namaz qilan qardas var dinde imandadir amma arada onda qeyri adi hallar bas verir deyirler cinlidi yeni arada namaz qilmir hedda ewitmisemki ALLAHI soyur amma bu hallar nedense arada olur onda.Bilmey isteyiremki bele halnan islamdan cixmis olur o??3) qadin destamaz alarken uzunde hec bir kasmetika qalmamalidir yoxsa gozlerinde qala biler?bank kartlariyla faizsiz kanpanialarda nese
Cavab: 

Aleykum salam.

Dəstəmazda əlləri yuxarıdan aşağı, yoxsa aşağıdan yuxarıya doğru yumaq lazımdır?

    23.09.2014
Sual: 
salam men namaz qiliram bilmek isteyirem destemaz aldiqda eli yuxridan asagi yoxsa asgidan yuxari mehs cekmek olar
Cavab: 

Aleykum salam. Dəstəmazda əllər (dirsəklərə qədər) yuyulur, məsh çəkilmir. Əlləri necə yumaq mühüm şərt deyil. Amma dəstəmazla bağlı ayəyə diqqətlə fikir versək,  orada əlləri aşağıdan yuxarıya doğru yumağa işarə edildiyini görərik.

Unudaraq dırnağımda lak olduğu halda namaz qılmışamsa, namazım batildirmi?

    22.09.2014
Sual: 
Salamun aleykum.men namaza baslayandan lakdan istifade etmirdim.övladim dunyaya geldi 40gun qilmadim ve lakdan istifade etdim.qusl alanda yadimdan cixib dirnagimda lak olub .menim qusulum batildimi.birde men 40gunden elave 10gunde namaz qilmamisam(temiz olmadigima gore)qezasin qilmaliyam,Allah razi olsun sizlerden.
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan və ya qüsldan əvvəl silinməlidir.

Cinsi əlaqədən sonra hər dəfə qüsl almaq vacibdirmi?

    17.09.2014
Sual: 
Salam baguskayin tez tez cinsi elaqede olandan sora namaz qulmaq ucun her defe cimib basdan quslmu etmek lazimdi? Yeni drmek isteyirem ki eger her gun cimib qusl etmek insani xest sala biler? Ve yaxud gunde 2 ya3 defe olsa 3 defede qusl almaq lazimdimi?
Cavab: 

Aleykum salam. Cinsi əlaqədən sonra həm kişi, həm də qadın qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Özünü qoruyarsa, hər gün çimmək insanı xəstələndirmir.

Pages