Su içmə ədəbi
Allah rəsulu - sallallahu aleyhi və səlləm - həyatın bütün sahələrini, hətta ən adi şeyləri də bizə öyrətmiş, bütün əməllərimizdə Allahın razılığını qazanmaq və şərdən qorunmaq üçün yollar göstərmişdir. Allah rəsulu su içmək haqqında demişdir: "Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsə için. Bir şey içəndə "bismilləh", içəndən sonra isə "əlhəmdulilləh" deyin!" (Tirmizi, "Əşribə", 13).
Həmçinin buyurmuşdur: "Sağ əlinizlə yeyib-için, çünki şeytanlar sol əli ilə yeyib-içərlər". (Muslim, "Əşribə", 105).