12-09-2026 Fəxrəddin
Salam aleykum. Əstağfirullah əl Əzim Əstağfirullah əl Qafur Əstağfirullah əl Əfuv Əstağfirullah ya Qaffar dəyərək istiğfar etmək olar? Belə etmiş olsam bidət sayılır mı bu?
Cavab:

Və aleykum Salam. Bəli, "Əstəğfirullah" deyərək istiğfar etmək (bağışlanma diləmək) icazəlidir. Həmçinin "Yə Ğafur, ey Ğaffar, yə Afuvv" kimi Allahın Gözəl Adları ilə də dua edərək istiğfar etmək icazəlidir. Sualda qeyd etdiyiniz şəkildə istiğfar etmək doğru deyil.

ardını oxu
12-09-2026 Gərib
Əs sələm aleykum müəllim.Sizdən xahiş edirəm mənə ALLAH üçün kömək edəsiniz!
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əvvəla bunu qeyd edək ki, illər əvvəl etdiyiniz günah nə olursa olsun, bu günahın böyüklüyü Allahın rəhmətindən böyük deyil. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!

ardını oxu
12-09-2026 Rüzgar Hüseynov
AsSalamu Aleykum bilirəm sualım düz deyil özümdə yaşca balacayam Allah təala elminizə qüvvət versin Hər Hansı bir oyuna pul vurmağ haram sayılırmı
Cavab:

Və aleykum Salam. Əgər "oyuna pul vurmaq" dedikdə oyunun içində üstünlük, geyim, silah, personaj və s. almaq üçün pul xərcləməyi nəzərdə tutursunuzsa, bu, öz-özlüyündə qumar sayılmasa da boş yerə pul xərcləmək olduğu üçün israf sayılır.

ardını oxu
12-09-2026
Salam aleykum.Atam seheti ile bagli teyyareye mine bilmir.onun adindan umre ede bilerem?
Cavab:

Və aleykum Salam. Əgər atanız səhhəti səbəbilə təyyarə ilə səfər edə bilmirsə və xəstəliyi daimi və sağalma ümidi olmayan xəstəlikdirsə, onun adından ümrə edə bilərsiniz. Amma əgər xəstəliyi müvəqqətidirsə və sonradan səfər edə bilməsi ehtimalı varsa, onun sağalmasını gözləmək lazımdır. Peyğəmbər

ardını oxu
12-09-2026 Allah bəndəsi
Bir sualım var, verməzdən əvvəl qeyd etmək istəyirəm.
Cavab:

Əssələmu aleykum. Səhih Buxaridə Fatimənin (Allah ondan razı olsun) Əbu Bəkrə (Allah ondan razı olsun) qəzəbləndiyi və onunla danışmadığı rəvayət olunub.

ardını oxu
07-09-2026
Salam aleykum, qadın heyəti olduqda kişi və qadın cinsi əlaqəyə girmədən yaxınlıq edərək ehtiyaclarını təmin edə bilərlərmi?
Cavab:

Və aleykum Salam. Bəli, heyz vaxtı ər-arvadın cinsi əlaqə olmadan bir-birindən həzz alması icazəlidir.

ardını oxu
07-09-2026
Salam. Zəhmət olmasa Təkvir surəsinin tranakripsiyasını ərəbcə oxunuşunu yaza bilərsiniz? Çox önəmlidir. Qabaqcadan təşəkkürlər
Cavab:

Və aleykum Salam. Əvvəla bilmək lazımdır ki, ərəb dilində olan hər hansı bir ayənin və ya duanın oxunuşunu (transkripsiyasını) ərəb dilində olduğu kimi yazmaq mümkün deyil. Buna səbəb isə ərəb dilində olan bəzi hərflərin səslənməsinin ana dilimizdəki qarşılığının olmamasıdır.

ardını oxu
07-09-2026
Misir fironu, İbrahim peyğəmbər (əleyhissalam)-ın həyat yoladaşı Saraya xidmətçi olaraq kimi vermişdir
Cavab:

Əssələmu aleykum. Misir hökmdarı İbrahimin həyat yoldaşı Saraya xidmətçi olaraq Həcəri vermişdir. Bu barədə ətraflı oxuyun:


Həcər haqqında
ardını oxu
07-09-2026 Zehra
Salam..atamın anası rəhmətə gedib onun adindan ehsan verdikdə savab yazılır? Və yaxud sedeqe verdikde yardim etdikde onun adindan o biri dunyada necə ruhuna necə tesir edir savablar.
Cavab:

Və aleykum Salam. Bəli, vəfat etmiş insanın adından sədəqə vermək və onun üçün dua etmək şəriətdə buyurulan əməllərdəndir və bunun savabı Allahın izni ilə ona çatır.

ardını oxu
07-09-2026
Salam aleykum mən günah edənnən sonra tövbə namazı qıldıqdan sonra tövbə etdim sonra mənə ağlıma gəlirki mən gecənin 3də 1də tövbə etməliydim bu vəsvəsədi nədi? Zəhmət olmasa deyə bilərsiz? narahat qalmışam
Cavab:

Və aleykum Salam. Xeyr, tövbəni gecənin üçdə birinə saxlamaq vacib deyil. Günah etdikdən sonra insan tövbəni dərhal etməlidir. Əksinə tövbəni gecikdirmək doğru deyil. Tövbə namazını istədiyiniz vaxt qıla bilərsiniz. Bu barədə ətraflı oxuyun:

ardını oxu
03-09-2026
Göz dəymədən qorunmaq üçün nə etmək lazımdır?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Gözdəymə və ondan necə qorunmaq haqqında
ardını oxu
03-09-2026
SalamAleykum ALLAH elminizə bərəkət versin Sualım belədir xsüaən məktəblilər imtahan ərəfələrdə hazırlıqlara gedirlər və gün ərzində yollarda olurlar onlar namazları necə qılmalıdır lar necə etsələr doğru və sünnəyə uyğun olar.
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabları oxuyun:

ardını oxu
03-09-2026
Salam.Mən başqa mağazadan kitab aldım və dəyişmədilər.başqa mağazada onlardan aldıgımı yalandan söylədim və kitabı dəyişdim.lakin etdiyimə vaxtında peşman oldum dedim kitabı qaytarin yenisini alıram.vermədilər dedilər dəyişirik.indi is etdiyim bu hərəkətimə çox peşman olub xəcalət çəkirəm.belə hərək
Cavab:

Və aleykum Salam. Əvvəla, etdiyiniz əməlin səhv olduğunu anlayıb peşman olmağınız və Allaha tövbə etməyiniz çox gözəl haldır. Lakin burada məsələ insan haqqı ilə əlaqəli olduğu üçün yalnız tövbə etmək kifayət etmir.

ardını oxu
03-09-2026 ...
kimese başına dönüm demeyin hokmu nedir? tavaf menasina gelir?
Cavab:

Əssələmu aleykum. Ümumi olaraq İslamda sözlərin hökmünü müəyyən edərkən niyyət və danışanın məqsədi mühüm əhəmiyyət daşıyır.

ardını oxu
03-09-2026
Salam Tək sabır inacı haqqda nə deyə bilərsiniz?
Cavab:

Və aleykum Salam. Əgər “tək asqırmaq uğursuzluq gətirir” inancını nəzərdə tutursunuzsa, bu, xurafat və batil inancdır. İslamda bir insanın tək asqırmasının uğursuzluq gətirməsinə dair heç bir şəri dəlil yoxdur.

ardını oxu
31-08-2026 Abdulhamid
As salam aleykum rahmatullahu. Sualım belədir. Bir zövcə ərindən ayrıldıqdan sonram nə qədər müddətdən sonram evlənib kəbin bağlaya bilər?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Qadın ərindən ayrıldıqdan sonra iddə müddəti gözləməlidir. Bu müddət bitdikdən sonra qadın ailə qura bilər. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
31-08-2026 AnAr
AsSalam Aleykum. Mən hər cümə Axşamı günü Whatsaap da status paylaşıram. ..(Cümə günü Peygəmbər və Onun Əhli beytinə Salavat deməyi çoxaldın. Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd).. Bu duzgündür? Xahiş edirəm cavablandırasınız.
Cavab:

Və aleykum Salam. Dinimizdə həftənin bütün günlərində, xüsusilə də cümə günü və cümə gecəsi Peyğəmbərə ﷺ və onun Əhli-Beytinə çoxlu salavat gətirməyə təşviq olunmuşdur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
31-08-2026 Günay
Salam aleykum. Kişiyə ətir vurub çölə çıxmaq nəyə görə icazəlidir? Nəzərə alsaq ki, məhrəmi olmayan xanımlar ətrafda kifayət qədərdir. Onları cəzb edə bilməz mi?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
31-08-2026
Salam alekum mən instagramda görmüşdüm ki yardımla bağlı kasıb ailələrə xəstələrə yoxsullara kömək edirdilər onu paylaşırdılar və nömrədə paylaşmışdılar istəyən kömək edə bilərdi yazıb mən isə yazdım və mənim neçə ildən qalmış zəkatım və bu ilin zəkatı var idi və mən zəkatları və əlavədə sədəqə verd
Cavab:

Və aleykum Salam. Əgər siz həmin şəxsə etibar edərək zəkatınızı və sədəqənizi kasıblara çatdırması üçün vermisinizsə, üstəlik o da sizə and içərək bunun belə olduğunu təsdiqləyibsə, onun sonradan xəyanət etməsi sizin günahınız deyil. Əgər siz zəkatı verərkən onun həqiqətən şəriət üzrə zəkat almağ

ardını oxu
31-08-2026 qardaş
Əs sələm aleykum müəllim.İslam dinində sual verməkdə ayıb yoxdur bildiyim qədəri ilə ancaq yenə də suala görə həm oxuyanlar,həm də sizdən üzr istəyirəm!
Cavab:

Və aleykum Salam. Multfilm (cizgi filmi) formatında olması haram görüntülərə baxmağın hökmünü dəyişmir. Əgər orada övrət, açıq-saçıq səhnələr və şəhvəti qızışdıran görüntülər varsa, onlara baxmaq icazəli deyil. Həmçinin oxuyun:

ardını oxu
24-08-2026
Səhvliklə öz içimdə çaşıb kiminsə haqqına girəcək söz düşünüb və ya desəm həmin şəxsin haqqına girmiş olaram?
Cavab:

Əssələmu aleykum. Xeyr, insanın başqa bir insan barədə qeyri-ixtiyari ağlına gələn vəsvəsə və düşüncələrə görə onun haqqına girmiş sayılmır. Əgər qəsdən həmin şəxsi təhqir etməmiş, ona zərər verməmiş və haqqını tapdalamamışsa, sadəcə içindən keçən fikrə görə günah daşımır.

ardını oxu
24-08-2026 Zümran
Salam aleykum qaşlarım qalındı bu güne kimi salonda aldırmışam hec aldırmasam ama qayciyla kesib seliqeye salsam nece oda gunah sayilar?
Cavab:

Və aleykum Salam. Qaşları gözəlləşdirmək və formasını dəyişdirmək məqsədilə aldırmaq qadağandır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
24-08-2026 Orxan
Salam, Mən işimlə əlaqədər Məğrib Namazı İşa Namazı qəza oldu mən birinci Məğribi qıldım qəza sora İşanı düzgün qılmışam bidə mən hər Cümə günləri gecə Namazı qılıram sora yatan vaxdı Qibləyə baxıb Salavat deyirem
Cavab:

Və aleykum Salam. Məğrib və İşa namazlarının vaxtı keçibsə, əvvəl Məğribi, sonra İşanı qılmağınız doğrudur, çünki qəza namazlarında ardıcıllığa riayət etmək vacibdir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
24-08-2026 Günay
Salam aleykum. Bankdan kredit kartı götürmüşəm. Aylıq faizsiz taksitlərə bölən çox sayda mağazalar var. Lakin bir şərtlə ki, aylıq taksiti geciktirmədən ödəmək lazımdır. Əgər, geciktirsəm o zaman faiz gəlir. Yəni, 6 ilə yaxındır istifadə edirəm.
Cavab:

Və aleykum Salam. Əgər kartın müqaviləsində gecikmə zamanı faiz tutulacağı şərti varsa, hətta heç vaxt gecikdirməsəniz belə, bu kartdan istifadə etmək icazəli deyil. Odur ki ən doğru yol kartı bağlamaq və faiz şərti olmayan alternativ kartdan istifadə etməkdir. Həmçinin oxuyun:

ardını oxu
24-08-2026 Anonimka
Salam. Əgər bir insana qorunma (zaşita altına alınması, istədiyi tərəfə çəkmək) cadusu olunubsa nə etməli,hansı dua oxunmalı?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
23-08-2026
Salam mənim 15 yaşım var və universitetə hazırlaşıram 2 ilim var hazirliqıar məktəb 1 il əvvəl namaza başlamışdım ama dərslərimə görə bıraxmalı oldum indi yenidən başlamaq istəyirəm amma dərslərim çoxdur namazlarım çoxu qəzaya qalacaq deyə qıla bilmirəm 2 il sonra qılsam olar və hər gün Quranı Azərb
Cavab:

Və aleykum Salam. Namazı dərslərə görə iki il sonraya saxlamaq olmaz, çünki namaz öz vaxtında qılınması fərz olan ibadətdir və dərslərin çoxluğu bunu tərk etməyə üzr sayılmır. Namazların qəza olacağından qorxduğunuz üçün namazı tamamilə buraxmayın, əksinə, namaz qılmaqla Allahdan kömək diləyin, ç

ardını oxu
23-08-2026 Abdullah
Salam aleykum, hansı heyvanları yemək olmaz? İt, pişik və vəhşi heyvanları və quşları halal olmadığı necə müəyyənləşdirilir?
Cavab:

Və aleykum Salam.

ardını oxu
23-08-2026 Vüqar
Salamalekum Allah sizə bərəkət versin.Bəlkə nicat tapasınız izah edərsiniz zəhmət olmasa. Bir çox ayələrdə keçir.Niyə bəlkə deyilir. Nicat tapmış sayılmır konkret. Düzü mənə vacib deyil ancaq iş yoldaşım bizə sual verir ki niyə bəlkə deyilir.Elmimiz çatmadı dolğun bir cavab verək.
Cavab:

Və aleykum Salam. Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Buna görə də Quranda işlənən لعل (ləallə) və عسى (asə) "ola bilsin", "bəlkə" sözləri ərəb dilində daşıdıqları mənalara, cümlənin məzmununa və mövcud olan dəlillərə əsasən başa düşülür.

ardını oxu
23-08-2026 Anar
As Salam Aleykum və Rahmatullahi və Barakatuhu. Talaq 4 tam şəkildə izah etməyinizi xahiş edirəm
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Heyz olmayan qızların boşanması haqda ayənin izahı
ardını oxu
23-08-2026
Salam aleykum.Menim nenem(atamın anası) rehmete gedib.Men nevesi olaraq onun adından ümre ede bilerem?
Cavab:

Və aleykum Salam. Uca Allahdan nənəniz üçün bağışlanma diləyirik! Bəli, ölən insanın nəvəsi onun yerinə ümrə və həcc edə bilər. Həmçinin ölən insana dua etmək, adından sədəqə vermək, habelə onun adından həcc və ümrə etmək icazəlidir.

ardını oxu
18-08-2026 Amin
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Sizə iman gətirməyə nə mane ola bilər ki? Allahın Elçisi aranızda və sizə səmadan vəhy gətirir. Sizdən sonra elə qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək, ona iman gətirib, içindəkilərə əməl edəcəklər.
Cavab:

Əssələmu aleykum. Bu hədisdə "iki lövhə arasında olan kitab" dedikdə, alimlərin izahına görə həm Qurani-Kərim, həm də Peyğəmbərin ﷺ hədisləri nəzərdə tutulur.

ardını oxu
18-08-2026 Anonim
Salam,menim sualim refiqeme goredi Menim refiqemin 18yaşı var bir adam var ondan xosu gelir amma 27yaşı var yeni onun fikri ciddi ola biler ciddi bir yaşdadır.Amma o uz uze gore bilmeden danismadan bir insani taniya bilmez.Sizce sadece tanislig ucun danissa yaxud gorusse gunah olmaz ki?
Cavab:

Və aleykum Salam. İslamda qızla oğlanın evlilik niyyəti ciddi olduqda bir-birini tanımaq üçün şəriətin müəyyən etdiyi çərçivədə, ailələrin xəbəri və mümkün qədər vəli nəzarəti ilə görüşüb danışması icazəlidir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
18-08-2026 Əli
Yuxarı mərtəbədəki qonşumuz çoxlu səs çıxarır və bundan əlavə, onlar həmişə bizə su sızması və s. ilə bizi narahat ediblər. İndi isə atam yüksək tezlikli narahatedici səslər açır və bizə gələn səsi minimuma endirmək üçün onu müxtəlif şeylərə qoyur və tavana qoyur.
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, İslamda qonşunun pis davranışına ona zərər verməklə qarşılıq vermək düzgün deyil. Əksinə İslam dini pisliyə yaxşılıqla qarşılıq verməyi buyurur. Uca Allah bu xüsusda buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz.

ardını oxu
18-08-2026
Qadın evləndikdə ata soyadını dəyişə bilməz. Bəs ata soyadının yanına yoldaşının soyadını əlavə etsə? Öz soyadı ilə birləşdirib qoşa soyaqlıq ala bilərmi?
Cavab:

Əssələmu aleykum. Qadının atasının soyadını ərinin soyadı ilə birləşdirib qoşa soyad götürməsi də nəsəbin ərinin nəsəbi ilə qarışdırılmasına səbəb ola bilər.

ardını oxu
18-08-2026 K
Əssələmu ələykum.bizim heyet evimiz var lakin evimiz dardi geniş deyil qaynana qaynata men yoldasim 2 usaq qaliriq.
Cavab:

Və aleykum Salam. Qadının ərindən ayrıca yaşayış yeri istəməsi, əgər imkan daxilindədirsə və qaynana-qaynata birlikdə yaşamaq ona zərər verirsə, şəriətlə bu əsaslı bir tələbdir.

ardını oxu
11-08-2026
Əs Sələmu Aleykum. Bir qardaş qadınına 2 dəfə talaq verib, 3-cü də isə talaq deməyib amma qadın əşyaları ilə birlikdə gedib, və iddə müddəti də bitib. Sual: Bu 3-cü hadisə talaq sayılır? Kişi qaytara bilər? Kəbin yenilənməlidir?
Cavab:

Və aleykum Salam. Əgər iki talaqdan sonra iddə müddəti bitmədən kişi yoldaşını qaytarıbsa, onlar ər-arvad sayılırlar. Qadının sadəcə evdən getməsi və ya iddə müddətinin bitməsi öz-özlüyündə üçüncü talaq sayılmır; üçüncü talaqın baş verməsi üçün şəri talaq verilməsi lazımdır. Həmçinin oxuyun:

ardını oxu
11-08-2026
Əssələmu aleykum. Bir sualım var. Bir fast food restoranlar şəbəkəsi bildirir ki, istifadə etdikləri mal əti halaldır. Lakin toyuq əti üçün halal sertifikatlarının olmadığını deyirlər. Bu halda orada satılan toyuq məhsullarını yemək caizdirmi?
Cavab:

Və aleykum Salam. Sadəcə "sertifikatı yoxdur" deyə həmin toyuğa haram hökmü vermək olmaz. Çünki İslamda əsas qayda budur ki, ətlərin əsli halaldır.

ardını oxu
11-08-2026 Həlimə
Kişi qadına xəyanət edibsə və bu əməlinə görə qadın ondan uzaqlaşıbsa və bundan sonra kişi qadınını yatağa dəvət edirsə, qadın getməzsə günah qazanar mı həmçinin dəvət etməsə belə qadın ayrı yatsa ? Qadınada aiddir bu suall İnşəAllah cavab verərsiz.
Cavab:

Əssələmu aleykum. Əgər ər tövbə etməyib və hələ də günah əməlini davam etdirirsə, bu halda qadın əri ilə yaxınlıq etməkdən imtina edə bilər.

ardını oxu
11-08-2026
Salam alekum Mən qıznan normal söhbət ederkən özümdən asılı olmayaraq şəhvət hissi girirem ve mende bir iki damcı maye gelir bu boynuma qusul getirir mi ve namaz destnamazi pozurmu necə etməliyəm məlumat verersiz çox xaiş edirəm
Cavab:

Və aleykum Salam. Şəhvət zamanı övrət yerindən gələn yapışqan maye "məzi" adlanır. Məzi gələrsə, qüsl almağa ehtiyac yoxdur. Sadəcə övrət yerini yumaq, alt paltarını dəyişmək və dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

ardını oxu
11-08-2026 Yusif
Mən de his eliyirem ki cadu var
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:


Cadudan necə qorunmaq olar? 

ardını oxu
09-08-2026
Salam alekum keçən il mən islamla tanış idi ama tam elmli deyildim keçən il oruc tutmuşdum elə bilirdim keçən il oruc tutanlar neçə gün istəyir o qədər tuta bilər soradan islamla dərindən elmli oldum bu il isə tam bütün günü oruc tutdum indi keçən il tam bilmirdim oruc bütün günü tutulmalı 3 gün tut
Cavab:

Va aleykum Salam. Ramazanın vacibliyini bilib, amma orucun gün ərzində tam tutulmalı olduğunu bilməyərək onu tərk edən şəxs tam tutmadığı günləri qəza etməlidir. Bir şeyin hökmünü bilməmək günahı aradan qaldıra bilər, lakin qəzanı aradan qaldırmır.

ardını oxu
09-08-2026 Emil
Salam Aleykum.. Beqere suresinin 3cu ayesinde - O kəslər ki, qeybə iman gətirir ... zehmet olmasa bu barede izah vererdiz.. Burda tam olaraq neden behs edir? Ne nezerde tutulur?
Cavab:

Və aleykum Salam.

ardını oxu
09-08-2026 Sələfussalihin
Əs sələmu aleykum. Sualım bu məlumatla bağlıdı, sizin saytdan oxudum deyə sizdən soruşuram:Muhəmməd ibn əl-Hənəfiyyə rəvayət edir ki, Əli ibn Əbu Talib demişdir: “Həsən dünyaya gəldikdə, mən ona Həmzə adını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuşdum.
Cavab:

Və aleykum Salam. Bu məsələdə iki fərqli rəvayət nəql olunmuşdur.

ardını oxu
09-08-2026 ...
Məndə sidik ifrazından sonra kanalda sidik qalması (post-micturition dribbling) problemi var. Çömələrək normal şəkildə sidiyə çıxıram. Lakin proses bitdikdə əzələlərimi sıxdıqda, kəsilmək əvəzinə kanaldan sürətlə 50-100 ml əlavə sidik gəlir. Kanalın altına əlimlə basdıqda da sidik çıxır.
Cavab:

Əssələmu aleykum. Əgər sidiyin damcı-damcı gəlməsi həqiqətən 20–30 dəqiqə davam edir və bu müddət ərzində tam kəsilmirsə, onda tələsməyin, axıntının dayanmasını gözləyin, sonra yuyunub dəstəmaz alaraq namazınızı qılın.

ardını oxu
09-08-2026 Orxan
Salam,Men gece Namazı qılıram yayda Sübh Azanı vaxtı dura bilmirem qışda dura bilirem gece Namazıda Sübh Azanına 10-15dq qalmış qılırdım yayda dura bilmədim üçün axşam saat 1 de qıla bilərəm?
Cavab:
Və aleykum Salam. Gecə namazının (təhəccüdün) vaxtı İşa namazından sonra başlayır və Sübh azanı daxil olana qədər davam edir.
ardını oxu
18-07-2026 Kamale
Salam.Menim yoldasim 3il evvel qelbimi berk qirib.Ogunnen beri namazi demek olarki qilmiram.Hevesim öldu her şeye.Sarsildim davadan sora.Arada ozume guc geliremki qilim ama 2gun qilib biraxiram.Her şeyi yoxladim.
Cavab:

Və aleykum Salam. Sualınızdan görünür ki, sizi incidən hadisə qəlbinizdə dərin iz buraxıb. Yaşadığınız hadisə nə qədər ağır olsa da, bilin ki, çətinlik və sıxıntı zamanı namazı tərk etmək deyil, namaza daha çox sarılmaq lazımdır.

ardını oxu
18-07-2026 P
Salam mən cadunun günah olduğunu bilirdim amma şirk olduğunu bilmirdim tövbə etsəm Allah Tövbəmi qəbul edər mən bosanmisdim çox pis oldum istədim ki yoldasın geri qayitsin yəni pis niyyətim yox idi
Cavab:

Və aleykum Salam. Sehrə (cadugərliyə) müraciət etmək çox böyük günahdır və bəzi növləri insanı şirkin içinə sala bilər. Lakin əgər insan səmimi qəlbdən tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Uca Allah buyurur: "(Ya Peyğəmbər!

ardını oxu
18-07-2026 Adəm övladı
Əs-sələmu aleykum. Ətrafımdakılarımı, yaxınlarımı dəvət edə bilmirəm. Dəvətdə maksimum dərəcədə mülayim olmağa çalışsam da, məndən dünyəvi mənfəətlər əldə etməyimi istəyirlər. Bacara bilmədiyim işləri mənə yükləyirlər. Halbuki özləri bu işləri etməyə qadir deyillər və başqalarından tələb edirlər.
Cavab:

Və aleykum Salam. Dəvətçinin vəzifəsi insanları hikmət, gözəl nəsihət və gözəl əxlaqla Allaha tərəf çağırmaqdır. İnsanların hidayəti isə Allahın Əlindədir.

ardını oxu
18-07-2026 Sələfussalihin
Əs sələmu aleykum. Allah sizə bərəkət versin. əmin. Siffeyn və Cəməl döyüşləri haqqında ətraflı məlumat istəyirəm. Amma elə bir mənbəm yoxdu. Elm tələbələrinin də bu haüda danışdığı dərsləri yoxdu. Mənə bu haqda ətraflı məlumat lazımdı, ən azından döyüşlərdə nə olub, nə bitib bilmək istəyirəm.
Cavab:

Və aleykum Salam. Cəməl döyüşü hicrətin 36-cı ilində (656-cı ildə) Bəsrə yaxınlığında baş vermişdir. Bu döyüş Əli ibn Əbu Talibin ordusu ilə Aişə bint Əbu Bəkr, Təlhə ibn Ubeydullah və Zubeyr ibn Əvvamın tərəfdarları arasında baş vermişdir. Münaqişənin əsas səbəbi Osman ibn Əffan

ardını oxu
18-07-2026
Salam Aleykum, əgər qadın evlənməmişdən öncə yoldaşının soyadına keçməyin haram olduğunu bilmirdisə yenə də ona günah yazılırmı? Yenidən ata soyadıma keçmək istəyirəm lakin yoldaşım icazə vermir. Bu halda nə etməliyəm ,zəhmət olmasa cavablayardınız.
Cavab:

Və aleykum Salam. Əgər bu işin haram olduğunu bilmədən etmisinizsə, bilməməyiniz səbəbindən sizə günah yazılmır. Lakin həqiqəti öyrəndikdən sonra müsəlman Allahın hökmünə tabe olmağa çalışmalıdır.

ardını oxu

Pages