Keçmiş illərin qəza namazları qılınmalıdır?

    28.12.2013
Sual: 
salam aleykum. namaz qilmaga baslayanda teze hec qilmayanda admin boynunda qeza namazi qalirsa nece qilinmali qeza namazi?? basliqda nece niyet etmeli?
Cavab: 

Aleykum salam. Namaza başladığınız gündən əvvəl qılmadığınız namazlar bağışlanır. İslam beş əsas üzərində qurulmuşdur. Birinci əsas şəhadət hesab olunur. Şəhadəti qəbul etməklə insan İslama daxil olur. Bundan sonra onun üzərinə gündə beş vaxt namaz qılmaq vacib olur. Şəhadəti qəbul edib namaza başlamaqla insanın İslamı kamilləşir. Ona görə də təkcə şəhadəti qəbul etmək kamil müsəlman olmaq üçün kifayət etmir. Namaza başladıqda siz İslamı həyata keçirmiş olursunuz, bununla da sizin bütün keçmiş günahlarınız və ibadət etməməyiniz bağışlanır. Ona görə də keçmiş illərin qəzalarını qılmağa gərək yoxdur. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) səhabələr islamı yeni qəbul etdikdə onlara keçmiş illərin qəza namazlarını qılmağı buyurmamışdı. O, İslamı qəbul etmək istəyən səhabəsinə demişdir: "Məgər sən bilmirsən ki, İslam keçmişi silir?!"

Teqlər: 
Paylaş: