namaz

Oturaq halda namazı xalçada və stulda necə düzgün qılmaq olar?

    03.10.2026
Sual: 
Oturaq namaz qılmağın qaydalarını bilmək istərdim.xalca üzərində yaxud stulda necə oturmalı,əllər,ayaqlar necə qoyulmalı və s addım addım izah edin. Təşəhhüd də və dualarda(2 ci 4 cü rəkətdə,3 təkərli namazda 3 ve rəkətdə barmaq nə vaxt qalxıb endirmək lazımdır?
Cavab: 

Əssələmu aleykum. Oturaraq namaz qılmaqda əsas məsələ insanın bacardığı qədər namazın hərəkətlərini yerinə yetirməsidir.  Əgər insan namazı ayaq üstə başlaya bilərsə, bunu etməli, sonra isə yerinə yetirə bilmədiyi əməlləri (rüku, səcdə) oturaraq etməlidir. Əgər ayaq üstə durmaq mümkün deyil, amma

əl-Qiyamə sirəsinin 31-ci ayəsi namaz qılmayanın kafir olmasına dəlalət edirmi?

    25.09.2026
Sual: 
Salam Aleykum. Bəzi alimlər deyirlər ki, hər namaz qılmayana kafir demək olmaz. Amma Uca Allah Qiyəmə 31-də buyurur ki, o kafir nə Qur'anı təsdiq etdi, nə də namaz qıldı. Cavablandırdığınız üçün çox sağolun
Cavab: 

Və aleykum Salam. əl-Qiyamə surəsi 31-ci ayədə nəzərdə tutulan kafir namaz qılmamaqla yanaşı Quranı və haqqı yalan saymışdır. Onun Cəhənnəmə düşməsinə səbəb də məhz bu olmuşdur. Odur ki növbəti ayədə Uca Allah belə buyurur: "O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.

Əsr namazını Məğribə az qalmış qılmaq icazəlidirmi?

    18.09.2026
Sual: 
Salam. Mən bərbər işləyirəm gündə 5 defe Namaz qılıram Sübh Namazı qılıram gəlirəm işə iş yerim evimin yanındadı Zöhr Azanı veriləndə gəlirəm evdə qılıram sora gedirəm Məğrib Azanına az qalmış gəlirəm Əsr Namazın qılıram zikr edirem sora Məğrib Azanı verilir Məğribidə qılıram amma qəza olmur düzgündü bu ?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz şəkildə namazlarınızı vaxtları daxil olduqdan sonra və vaxt çıxmamış qılırsınızsa, namazlarınız səhihdir və qəza sayılmır. Lakin Əsr namazını səbəbsiz olaraq son vaxtına (Məğribə yaxın vaxta) gecikdirmək günah sayılır.

İmtahan və hazırlıq səbəbilə gün ərzində yollarda olan məktəbli və tələbələr namazlarını necə qılmalıdırlar?

    03.09.2026
Sual: 
SalamAleykum ALLAH elminizə bərəkət versin Sualım belədir xsüaən məktəblilər imtahan ərəfələrdə hazırlıqlara gedirlər və gün ərzində yollarda olurlar onlar namazları necə qılmalıdır lar necə etsələr doğru və sünnəyə uyğun olar. Və ikinci sualım belədir ki Ramazan ayına tələbələrin və yaxud məktəblilərin imtahanı düşərsə həmin günü oruc tutmalıdırlar yəni bu dünya həyatında olan bir balaca sınaqı üstün tutmaq olmaz və vacibi tərk etmək olmaz öncədən təşəkkür edirəm ALLAH razı olsun ALLAH bərəkət versin
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabları oxuyun:

Məğrib və İşanı qəza etdikdə əvvəl Məğribi, sonra İşanı qılmağım düzgündürmü?

    24.08.2026
Sual: 
Salam, Mən işimlə əlaqədər Məğrib Namazı İşa Namazı qəza oldu mən birinci Məğribi qıldım qəza sora İşanı düzgün qılmışam bidə mən hər Cümə günləri gecə Namazı qılıram sora yatan vaxdı Qibləyə baxıb Salavat deyirem
Cavab: 

Və aleykum Salam. Məğrib və İşa namazlarının vaxtı keçibsə, əvvəl Məğribi, sonra İşanı qılmağınız doğrudur, çünki qəza namazlarında ardıcıllığa riayət etmək vacibdir. Bu barədə ətraflı oxuyun:

Dərslərim çox olduğu üçün namazı iki il təxirə sala bilərəmmi?

    23.08.2026
Sual: 
Salam mənim 15 yaşım var və universitetə hazırlaşıram 2 ilim var hazirliqıar məktəb 1 il əvvəl namaza başlamışdım ama dərslərimə görə bıraxmalı oldum indi yenidən başlamaq istəyirəm amma dərslərim çoxdur namazlarım çoxu qəzaya qalacaq deyə qıla bilmirəm 2 il sonra qılsam olar və hər gün Quranı Azərbaycan dilində oxumağa çalışıram sizcə bu günahdır
Cavab: 

Və aleykum Salam. Namazı dərslərə görə iki il sonraya saxlamaq olmaz, çünki namaz öz vaxtında qılınması fərz olan ibadətdir və dərslərin çoxluğu bunu tərk etməyə üzr sayılmır. Namazların qəza olacağından qorxduğunuz üçün namazı tamamilə buraxmayın, əksinə, namaz qılmaqla Allahdan kömək diləyin, ç

Sübhdən əvvəl qalxa bilmirəmsə, gecə namazını gecənin əvvəlində qıla bilərəmmi?

    09.08.2026
Sual: 
Salam,Men gece Namazı qılıram yayda Sübh Azanı vaxtı dura bilmirem qışda dura bilirem gece Namazıda Sübh Azanına 10-15dq qalmış qılırdım yayda dura bilmədim üçün axşam saat 1 de qıla bilərəm?
Cavab: 
Və aleykum Salam. Gecə namazının (təhəccüdün) vaxtı İşa namazından sonra başlayır və Sübh azanı daxil olana qədər davam edir.

Yoldaşım qəlbimi qırdıqdan sonra namazı tərk etmişəm, indi qayıda bilmirəm

    18.07.2026
Sual: 
Salam.Menim yoldasim 3il evvel qelbimi berk qirib.Ogunnen beri namazi demek olarki qilmiram.Hevesim öldu her şeye.Sarsildim davadan sora.Arada ozume guc geliremki qilim ama 2gun qilib biraxiram.Her şeyi yoxladim. Bilirem namazi terk elemek olmaz,sozlerin menasinida bilirem,qilanda tesevir eleyiremki Allahin qarsisinda dayanmişam, million defe tovbe etmişem ama qilammiram. Erincekliyim imanimdan gucludu.Ne zikr,ne sade dua elemek istemirem, namaz hevesi yoxdu ne lezzet,ne huşu yoxdu.cox nadir halda olur.Gunahdi qilmamaq ama sanki adileşib.
Cavab: 

Və aleykum Salam. Sualınızdan görünür ki, sizi incidən hadisə qəlbinizdə dərin iz buraxıb. Yaşadığınız hadisə nə qədər ağır olsa da, bilin ki, çətinlik və sıxıntı zamanı namazı tərk etmək deyil, namaza daha çox sarılmaq lazımdır.

Pages