Restoranda toyuq ətinin halal sertifikatı yoxdursa onu yemək icazəlidirmi?
Və aleykum Salam. Sadəcə "sertifikatı yoxdur" deyə həmin toyuğa haram hökmü vermək olmaz. Çünki İslamda əsas qayda budur ki, ətlərin əsli halaldır.
Və aleykum Salam. Sadəcə "sertifikatı yoxdur" deyə həmin toyuğa haram hökmü vermək olmaz. Çünki İslamda əsas qayda budur ki, ətlərin əsli halaldır.
Və aleykum Salam. Əgər kartınız debet kartıdır və cashback adi alış-verişə görə verilən hədiyyə və ya endirimdirsə, ondan istifadə etmək olar. Bu, faiz (riba) sayılmır, çünki siz öz pulunuzla alış-veriş edirsiniz. Lakin cashback faizli kredit və ya haram şərtlərlə bağlı olmamalıdır.
Və aleykum Salam. İnsanın başına gələn hər bir iş Allahın qədəri ilə baş verir, lakin insan öz üzərinə düşən səbəblərə də sarılmalıdır. Əgər müştərinin getməsinə səbəb səhlənkarlıq olubsa, bundan ibrət götürüb gələcəkdə daha diqqətli olmaq lazımdır.
Və aleykum Salam. Əsl olan budur ki, müsəlmanın malı halal hesab edilir və bunun əksinə dair dəlil olmadıqca haram olduğunu düşünmək doğru deyil. Müştərinin gətirdiyi yemək və ya içkinin haram pulla alındığını bilmədiyin müddətdə onu yeməkdə sizə günah yoxdur.
Əssələmu aleykum. Əgər təklif etdiyiniz layihələrin əsası xeyir, fayda və insanların mənafeyinə xidmət edən işlərdirsə, bunda bir qəbahət yoxdur və bu, yaxşı işlərdə əməkdaşlıq sayılır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.
Və aleykum Salam. Əgər ətin haram yolla kəsildiyini qəti şəkildə bilmirsinizsə, sırf şübhəyə görə onun haram olduğuna hökm vermək düzgün deyil. Əsas olan budur ki, müsəlman qəti haram olduğunu bilmədiyi bir şeyə haram hökmü verməsin.
Və aleykum Salam. UFC idman növü şəriətin qadağan etdiyi bir idman növüdür. Bunun səbəbi bu yarışlarda üzə qəsdən zərbələrin vurulması, ciddi bədən xəsarətlərinin ehtimalı və insanın özünə və başqasına zərər verməsidir. Peyğəmbər ﷺ üzə vurmağı qadağan etmişdir.
Və aleykum Salam. Proqramı sındırılmış şəkildə istifadə etmək doğru deyil, çünki bu, sahibinin icazəsi olmadan onun haqqından istifadə etmək sayılır. Ətraflı oxuyun:
Əssələmu aleykum. Əgər bu sistemin əsası həqiqi ticarət və halal xidmət yox, sadəcə pul qoyub qarşılığında zəmanətli qazanc almaqdırsa, bu məsələ harama və faizə bənzər qazanca yaxın olur. Çünki video izləmək sadəcə formal xarakter daşıyır.
Və aleykum Salam. Əti halal olan və şəriətə uyğun şəkildə kəsilmiş heyvanın qarnı və ondan hazırlanmış qutab da halal sayılır.