ruzi

Şəbəkə ticarəti ilə pul qazanmaq halaldırmı?

    03.10.2021
Sual: 
Salamalekum.Men faberlikde calisiram.Burda islemek haramdir yoxsa halal?Men maas ucun isleyirem buna gore de men ozume kamanda qururam.men 120 mnt mal vururam kamanda ise ozleri ne qeder vura bilirse onu vurur.amma men maas ucun 120 mnt mal vurmaliyam.amma men kamanda olmasa bele coxlu mal alib satsam sirket o maasi mene verir.sadece men tek o qeder mal sata bilmirem deye sirkete isci getirirem.sirketde ona satis divriyesi yaratdigim ucun qazancindan mene maas kimi pul verir.deyirler ki bu haramdir.Bele islemek haramdir yoxsa halal?cazaqallahu xayran.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz ticarət növü şəbəkə ticarəti sayılır və belə ticarətlə məşğul olmaq haramdır. Ətraflı oxuyun:

Spirtli içki verilən yeməkxanada aşpaz işləmək olarmı?

    19.06.2021
Sual: 
As Salamu Aleykum va Rahmatullahu va Barakatuhu. İçkinin haram olduğunu bilirəm,bir nəfər ailəvi yeməkxanada aşpaz işləyir,çox az hallarda müştəri içki sifariş edir. Ama o şəxs nə bu içkiyə toxunur,nə onu alır,nə satır,nə süzür nə də müştəriyə verir(ümumiyyətlə toxunmur,içki işinə başqa şəxs baxır). Mətbəxdə ayrı otaqdadır. Sadəcə hazır içkilər mətbəxdəki soyuducuda olur.. Bildiyimiz kimi demək olar bütün yeməkxanaların menyusunda var. Bu günahdırmı?
Cavab: 

Va aleykum Salam. Əgər qeyd etdiyiniz ailəvi yeməkxanada az da olsa içki verirlərsə, bu yeməkxanada işləməyiniz düzgün deyil. Çünki, belə yerdə işləməklə siz də bir növ bu haramlara yardım etmiş sayılırsınız.

Ov itinin tutub gətirdiyi ov murdar sayılırmı?

    23.04.2021
Sual: 
Va aleykum Salam. Dinimiz iti yalnız üç məqsəddən biri üçün saxlamağı icazə verir: 1. Həyəti, bağı və s. qorumaq məqsədilə; 2. Ov məqsədilə; 3. Mal-qara otarmaq məqsədilə besh bu it gedib ovu agziyla getirede ov murdar sayilmiyacaqki????
Cavab: 

Və aleykum Salam. Qeyd edək ki, itin ağız suyu nəcis (murdar) sayılır və onun ağız suyu dəyən yeri birində torpaq (və ya yuyucu vasitə) istifadə etməklə yeddi dəfə yumaq lazımdır.

Din ilə əlaqəli işlərdən pul qazanmaq olarmı?

    06.04.2021
Sual: 
Salam Aleykum.dinden pul qazanmaq olarmi? Meselen dini saytdan ve s? Onceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Dinin yayılması və dəvətlə əlaqəli olan işlərdə əsas niyyət Allahın dinini insanlara olduğu kimi çatdırmaq və Allahın rizasını qazanmaq olmalıdır. Əgər bu işə görə sizə pul da təklif edirlərsə, o zaman bu pulu almaqda bir qəbahət yoxdur.

Gecə növbəsində iş yerində yatmaq olarmı?

    26.02.2021
Sual: 
İşdə yatmaq haram sayılarmı? İş yerinin intizam qaydalarına görə iş də yatmaq olmaz.gecə növbəsində işləyirəm bir-birimizi əvəz edərək iş yerini boş qoymamaq şərtiylə 1-2 saat yatsaq haram sayılarmı?
Cavab: 
Salam aleykum. Əgər intizam qaydalarına görə işdə yatmaq qadağandırsa və müdiriyyət bunu qadağan edirsə, bu halda sizə bu qaydalara riayət etmək vacibdir, çünki, sizə buna görə maaş verilir və siz işə girərkən iş qaydalarına riayət etməyiniz barədə müqavilə bağlamısınız.

Borc götürmək imkanı verən bank kartlarından istifadə etmək olarmı?

    09.02.2021
Sual: 
Salamu Aleykum.Belə bir sualım var.İndi banklar müəyyən kartlar çıxardırlar. İçərisində müəyyən məbləğ olur və alış veriş zamanı o məbləğdən nağdsız istifadə etmək olur.40 gün müddətinə həmin istifadə etdiyin pulu qaytarib yerinə vuranda heç bir faiz hesablanmır.Faiz həmin 40 günü keçdikdən sonra hesablanır.Bilmək istərdim həmin kartlardan faiz hesablanmayan günə kimi istifadə etmək doğrudurmu???
Cavab: 
Va aleykum Salam. Gecikdikdə faiz cərimə ödəmə şərti artıq sələm sayılır. Odur ki, bu şərti qoyan kartlardan istifadə etmək olmaz. Həmçinin oxuyun: Kreditə pul götürmək və alış-veriş kartları haqqında

Bəzi şirkətlərə qoşularaq investisiya yatırmaq haqqında

    04.02.2021
Sual: 
as salmun aleykum və rəhmətullahi və bərəkətuh müasir dövrdə əksər insanlar tərəfindən isdifadə olunan "CROWD" ŞİRKITİNƏ QOŞULMAQ, invstitisiya yatırmaq , bu işlə məşqul olmaq islam dinində caizdirmi, bir günahu varmi, sələm vəya riba hökmünə şamil olunurmu.
Cavab: 

Va aleykum Salam va rahmətullahi va bərakətuhu. Bu cavabları oxuyun:
Adamları işə cəlb edərək onların satışlarının faizi ilə maaş almaq olarmı?

Heyvanın ağ əti yeyilirmi?

    04.02.2021
Sual: 
Heyvanın hatasını yemək olarmı?
Cavab: 
Salam aleykum. Yəqin sualda əti yeyilən heyvanların ağ ətini nəzərdə tutursunuz. Qəsdiniz budursa, həmin ağ əti yemək olar. Qoyunun hər hansı bir hissəsinin qadağan olunması barədə dinimizdə bir dəlil yoxdur.

Evdə ehtiyat üçün pul saxlamaq olarmı?

    04.02.2021
Sual: 
As salamu aleykum va rahmatullahi va barakatuh.Evde ehtiyyat olaraq pul saxlamaq olarmi?olarsa eger bu haqda hedis deye bilersiz zehmet olmasa?
Cavab: 
Va aleykum Salam. Evdə ehtiyat üçün pul saxlamaq heç də qadağan deyil. Lakin əgər bu pul nisaba (zəkat vermək üçün nəzərdə tutulan məbləğə) çatarsa və üzərindən bir il keçərsə, pul sahibi yığıdığı pulun 2.5 % -ni zəkat çıxarb zəkata layiq olan adamlara verməlidir. Daha ətraflı: 

Pages