Həkim xəstənin könüllü olaraq verdiyi pulu götürə bilərmi?

    23.12.2014
Kimdən: 
Gülnarə
Sual: 
Salam aleykum. Mən həkiməm. Xəstələrimi pulsuz da mualicə eləmişəm,pulla da. Yəni ki. Xəstə özü mənə "hörmət" edibsə götürmüşəm. Amma onu da deyim ki, "hörmət" eləməyənə də eyni gözlə baxmışam və eyni münasibət bəsləmişəm. Sualım budur ki. Xəstənin həkimə könüllü pul verməsi rüşvət sayılır ? o pulu götürmək haramdir? Xəstə özü halallıq versə də haramdır? Allah razl olsun sizlərdən. Əmin!
Cavab: 

Aleykum salam. Belə görünür ki, siz dövlət xəstəxanasında işləyirsiniz. Sizin maaşınızı dövlət ödəyir və qanuna əsasən xəstələr pulsuz müalicə olunmalıdırlar. Bu halda sizin onlardan pul götürməniz icazəli deyil. Amma işdən kənarda kimsə sizə hədiyyə və ya pul vermək istəsə götürə bilərsiniz. Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi va səlləm) Əzd qəbiləsindən ibn Lutbiyyə adlanan bir kişini zəkat malını yığmaq üçün göndərir. Həmin şəxs gələndə deyir: Bunlar sizin, bunu isə mənə hədiyyə veriblər. Bu zaman Peyğəmbər (salləllahu aleyhi va səlləm) minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: "Mən birinizi bir işə göndərdiyimdə, o gəlib: bunlar sizin, bunu isə mənə hədiyyə veriblər" - deyir. Əgər doğrudan da belədirsə qoy o şəxs ata-anasının evində otursun görək ona hədiyyə gəlirmi? Allaha and olsun ki, haqsız olaraq bir şeyi götürən şəxs Qiyamət günü Allahın hüzuruna həmin şeylə gələcəkdir. Elə edin ki, sizlərdən heç birini böyürən dəvə, inək və ya mələyən qoyun daşıyan şəxs olaraq tanımayım". Sonra o əllərini qaldırıb: "Allahım, çatdırdımmı?" - dedi. (əl-Buxari, Muslim).

Teqlər: 
Paylaş: