Donuz əti qatılmış qida yeyənin namazı batildirmi?
Sual:
Salam mən namaz qiliram bilmək istəyirəm donuz əti qatilmiş sosiska yediyimə görə namazlarim batil olur cox saqolun
Cavab:
Va aleykum salam. İslam dininə görə az olsa belə donuz əti qatılmış qidanı yemək haramdır. Bilərəkdən bunu edən günah qazanır və buna görə həmin şəxs tövbə etməlidir. Bilməyərək yeyənə isə günah yazılmır.