Qumar ruzinin artmasına səbəb ola bilərmi?
Va aleykum Salam. İslam dini qumar oynamağı qadağan edir və bu yolla əldə olunan pul haram sayılır. Bu barədə ətraflı oxuyun:
Qumardan və mərc oyunlarından qazanc əldə etmək barədə
Uca Allah hər bir insanın ruzisini o hələ anasının bətbnində olarkən yazmışdır. Harama əl atmaq heç də ruzunu artırmır, əksinə bərəkətini aparır. Allahın yazdığı ruzi gec və ya tez öz sahibini tapacaqdır. Kimsi tələsərək onu haram yolla əldə edir, halbuki əgər səbr etsəydi halal yolla əldə edərdi. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayağa qalxaraq insanları çağırıb dedi: "Mənə tərəf gəlin!" Onlar Peyğəmbərə (salləllahu aleyhi və səlləm) yaxınlaşıb oturdular. O buyurdu: "Bu, aləmlərin Rəbbinin elçisi Cəbraildir, mənə vəhy etdi ki, heç bir kəs ruzisi tamamlanmamış ölməz, hətta geciksə belə. Allahdan qorxun və ruzi axtardıqda halalını axtarın. Ruzinin gecikməsi onu Allaha asiliklə əldə etməyə sizi vadar etməsin. Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar" (əl-Bəzzar, 2914). Həmçinin oxuyun: Ruzinin artması üçün nə etməliyik?