Restorana turist gətirdiyinə görə pul almaq olarmı?
Va aleykum Salam. Əgər müştərini aparacağınız yerdə günahlar ediləcəyi dəqiq bilinirsə (məsələn, barlar, gecə klubları və s. kimi), bu halda ora müştəri aparmaq qadağandır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Müştəri aparmağa görə restorandan haqq almağa gəldikdə isə, restoran sahibi ilə əvvəlcədən elə razılaşın ki, sizə verilən məbləğ müştərinin ödədiyi hesaba əlavə edilməsin (müştəri sizə görə artıq pul ödəməsin), sizin haqqınız restoranın ümumi gəlirindən verilsin. Bu halda restorandan müştəri gətirdiyinizə görə pul ala bilərsiniz, onların sonradan razılaşmaya əməl edib-etməmələrinin günahı isə sizə aid deyil.