ruzi
İşə girmək üçün dua varmı?
Salam aleykum. Hər hansı bir yerə və ya sahəyə daxil olub işləmək üçün xüsusi bir dua yoxdur. Sadəcə öz sözlərinizlə Allahdan sizə xeyirli iş yetirməsini istəməniz kifayətdir. Daha ətraflı:
Ruzi duaları
Nəzir dediyim qurbanın əvəzinə bir kasıb ailəyə musiqi aləti almaq olarmı?
Aleykum salam. Əvvəla Uca Allahdan sizin və bütün müsəlmanların övladlarına şəfa diləyirik! Uşağınızın sağalacağı təqdirdə niyyət etdiyiniz qurban nəzir qurbanı deyilir. Nəzir ibadəti - bir kəsin üzərinə vacib olmayan ibadəti Allahla əhd bağlayaraq özünə vacib etməsidir.
Əri haram yolla pul qazanan qadına və uşaqlarına bu pul haramdırmı?
Aleykum salam. Əgər qadın haram yolla pul qazanan ərinə nəsihət edərsə və bacardığı qədər onu çəkindirərsə, artıq üzərinə düşəni yerinə yetirmiş sayılır və ərinin etdiklərinə görə ona günah yazılmır.
Xəstə olmadığı halda xəstəlik adı ilə pensiya düzəltmək olarmı?
Aleykum salam. Xəstə olmadığı halda yalandan xəstəlik adı ilə dövlətdən pensiya alan şəxs haqsız yerə mal yemiş sayılır və bu böyük günahdır. Çünki o, dövləti aldadaraq layiq olmadığı pulu dövlətdən alır.
İş tapmaq üçün dua varmı?
Və aleykum salam. Bu cavabı oxuyun: Ruzinin artması üçün nə etməliyik?
Sədəqə verdiyini kiməsə bildirmək günahdırmı?
Aleykum salam. Etdiyin yaxşılıqları gizlətmək riyadan uzaq olmaq üçün daha yaxşıdır. Lakin, insanları xeyir işlərə rəğbətləndirmək və başqa müəyyən səbəblərə görə etdiyin yaxşılığı bildirmək günah sayılmır. Uca Allah buyurur: "Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl.
Toyuq kəsərkən dilini çölə çıxarmaq lazımdırmı?
Aleykum salam. İstər quş, istər mal-qara olsun, heyvanların kəsilmə qaydası eynidir. Şəriətə görə əsas qayda Allahın adını çəkmək ("Bismilləh" demək) və heyvanın boğazını (nəfəs və qida boruları ilə iki şah damarını) kəsməkdir. Heyvanı qibləyə çevirmək müstəhəbdir.
Ərim gecə klublarına müştəri aparıb faiz alır, bu günahdırmı?
Va aleykum Salam. İslam dinində belə bir qayda var. Harama səbəb, vasitə olan hər bir əməl özü də haramdır. Əgər insan bir işin haram məqsəd daşıdığını bilərsə, iş özü halal olsa belə bunu etməməlidir, çünki harama yardım etmiş sayılır.
Borcu qaytarmaqda çətinlik çəkənə nə məsləhət görürsünüz?
Aleykum salam. Uca Allahdan sizə borcunuzu gözəl şəkildə ödəməyə müvəffəq etməsini diləyirik! Borclu olan insan Allaha təvəkkül etməklə yanaşı borcunu qaytarmaq üçün qazanc yolları axtarmalıdır.