Yemək reseptlərini paylaşmaq olarmı?
Sual:
Salamlayıram sizi.
Bir sualım var. Mənim resept saytım var. şəkilləri və s. hamını özüm çəkib paylaşıram. Yəni digər insanlar kimi deyil yediklərimi paylaşmıram, kiməsə lazım olar deyə yemək və şirniyyat reseptləri paylaşıram. Yəni sözümün canı kiməsə o resept lazımdır axtarır internetdə və çıxan saytdan reseptlə ətraflı tanış olur. Bu günahdı yoxsa necə? qorxuram günahdı deyəsiniz, çünki mən sevərək edirəm bu işi. Kiməsə nəsə faydam toxunarsa çox xoşbəxt oluram. Öyrətmək bildiklərimi bölüşmək bu pis işdir?
Cavab:
Va aleykum Salam. Halal yemək reseptlərini paylaşmaq günah deyil. Əsas olan budur ki, paylaşdığınız yemək reseptlərinin tərkibində şəriətin haram etdiyi qidalar (donuz, spirtli içki və s.) olmasın. Həmçinin oxuyun: Haram qidalar