ruzi

Ata-anaya zəkat vermək olarmı?

    03.11.2017
Sual: 
Salam aleykum. Mənim sualım zəkatla bağlıdır. Qardaş atanın evini (özü də həmin evdə olur) banka girov qoyub kredit götürüb və krediti ödəyə bilmir. Ata və ana pensiyalarını o kreditə ödəyirlər və yenə də kifayət etmir.Qız ev almaq üçün pul yığıb,o puldan ata ananın krediti bağlamağına kömək etsə zəkat kimi qəbul olunarmı? Qeyd etmək istərdim ki, qızın da öz ailəsi var, oğulun da. Öncədən təşəkkür ediəm cavab üçün.
Cavab: 

Və aleykum Salam. Kredit götürmək haramdır, belə vəziyyətə düşməmək üçün kredit götürməkdən çəkinmək lazımdır. Ata-anaya yardım etmək vacibdir, lakin onlara zəkat düşmür. Ona görə də ata-anasına yardım etsin.

Başqa ölkəyə köçüb yaşamaq üçün yalandan onların dinini qəbul etmək olarmı?

    29.09.2017
Sual: 
Salam Aleykum. 1) israile kocub yasamaq muselman ucun olar? 2) Ivrit dilini orgenmek olar? 3) yoldawim muselmandir ve israilde yasamaq ucun sened uzerinde yahudiliyi qebul etmek olarmi qelben deil sadece sened uzerinde. 4) sirr deil ki sened uzerinde qebul olunsa bele mueyyen muddet onlarin yeni yahudilerin dini qayda qanunlari ile yawayacaq ve nezaret olunacaq yalniz bunlarin hamisi qelben deil sadece sened uzerinde vetandawliq ucundur
Cavab: 

Və aleykum Salam. İbrani dilini öyrənməyə qadağa yoxdur. Amma yalandan olsa belə, başqa dini qəbul etmək və bu dinin qaydalarına əməl etmək küfr sayılır.

Bəladan qurtulduqda sədəqə necə verilməlidir?

    07.09.2017
Sual: 
Essalamu ELEYKUM.sedeqe ne vaxt verilmelidr?meselen kimese ziyan deymekden Allah saxladi.ve hami gordu ki Allah saxlamasa idi her hansi xeta olacaqdi.bu vaxt sedeqe nece verilmelidir? ne qeder olmalidir? cox xahis edirem cavablandirardiniz.evvelceden tesekkurler
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml, 62).

İşə düzəltmə xidməti göstərmək icazəlidirmi?

    05.08.2017
Sual: 
essalmu eleykum ve rehmetullahu ve bereket menim bir sualim var sizden xais edirem cavablandirasiz. mesqulluq xidmetinde islemek isdeyirem. is beledir men Kimi isle temin elesem hemin sexs birinci ay aldiği emek haqqindan 100-de 25-ni mene odemelidir mende o pulnan kaminal xercleri icare haqqini ve orda çalisan iscilerin pulunu verib artiq qalaninida ozum gotursem bu faiz selem sayilir yoxsa yox. Cox xais cavab yazn. ALLAH Razi olsun
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Hansısa xidmət müqabilində gəlirdən faiz götürmək sələm sayılmır.

Ailə üzvlərim özlərindən başqa heç kəsi bəyənmirlər, nə edim?

    15.07.2017
Sual: 
Salam, mən ailəmdən narazıyam hər kəsə lağ edirlər, özlərindən başqa heç kimi bəyənmirlər. Maddi vəziyyətimiz də çətindir. Mən nə edim ?
Cavab: 
Va aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar.

Cənabət qüslu dəstəmazı əvəz edirmi?

    14.07.2017
Sual: 
Salam 1) Bilmek isderdim cenabet quslu aldiqdan sonra destemazda almaq lazimdir? 2) zikrin sozleri ve nece edilmelidir tesbehle ya barmaqla? 3) Men cafede isleyirem musterilere pive satiram amma teklif etmirem oz istekleri ile getirib verirem isim beledir bu gunahdirmi mene? 4) Ruzu ve Bereket duasini deyerdiz xahis 5)
Cavab: 
Va aleykum Salam. 
1. Cənabət qüslu aldıqdan sonra dəstəmaz almağa ehtiyac yoxdur, çünki, cənabət qüslu dəstəmazı da əvəz edir. 

Namaz qılmağa icazə verilmədiyinə görə işdən çıxmaq düzgündürmü?

    14.07.2017
Sual: 
Salam Aleykum Xahiş edirem sualımı cavablandırasız bir neçe defe sual verdim cavab ala bilmedim sualım beledi Men ehli sünnetem amma sevdiyim xanım Şiedi Men onunla in şa ALLAH evlesem ya QİSMET Men ona ehli sünnet ol ve ya biz kimi Namaz qıl deye tapşırıglar vere bilerem?? Bu menimcun günah olaraq yazıla bilermi?

Pages