ruzi

Zəkat və Xums nə ilə fərqlənir?

    15.06.2016
Sual: 
Salam. Zehmet olmasa Zekat ve xumsun ferqini etrafli bildirerdiniz. Evvelceden teaekkur esirem
Cavab: 
Və aleykum Salam. Zəkat - 595 qram gümüş və ya 85 qram qızıl və ya bu miqdardan çox olan, ən azı bir il azalmamaq şərtilə yatan pula görə kasıblara paylanılan məbləğdir. Bu da malın 2.5 faizi və ya qırxda biri qədər pul edir. Məsələn, 10000 manatdan 250 manat zəkat çıxarılır.

Qadın naməhrəmlərə iynə vura bilərmi?

    08.06.2016
Sual: 
salam men tibb bacisiyam yaxin qohumlara kisi olaraq iyne vurmaqim islamda nece qebul olunur coreyim ondan cixir herden istemirem vurum amma mecburiyyet olurda neyniyim men bir meslehet verin xahis edirem coxsaqolun tez bir vaxtda sizden cavab gozleyirem
Cavab: 

Və aleykum Salam. Naməhrəmlərə tibbi köməklərdən - iynə vurmaqdan, təzyiq ölçməkdən çəkinsəniz daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən bi­ri­nin başına dəmir iynənin sancılması, naməhrəm qa­dı­na toxunmaqdan xe­yir­li­dir".

Satışdan faiz götürmək olarmı?

    04.06.2016
Sual: 
Salam faizle pul qazanmaq haramdir? Yeni mal yiyesi ile danisirsan deyirsen ki, flan qeder menim flab qeder senin
Cavab: 
Və aleykum Salam. Qarşılıqlı razılaşma ilə şərik olub qazancı bölüşdürmək sələm deyil. Borca pul verdikdən sonra o pulu aldıqda üstündə əlavə pul almaq, müəyyən malı kreditə aldıqda aylıq ödənişi gecikdirən adama əlavə pul cəriməsi olduqda sələm sayılır.

Kasıb bacıma xums verə bilərikmi?

    04.06.2016
Sual: 
Salam yoldaşım pulumuz var ev almağa amma hele ev almağa bes etmir 1 ildirki yığmişıq bize xumus düşür deyirler amma bacım dunyaya övlad getirmelidir keyseriye yolu ile amma yoldaşı işlemir deye pulu yoxdu biz o pulun xumsunu ona xercleye bilerikmi? evvelceden teşekkür edirem
Cavab: 

Və aleykum Salam. Xums - cihad vaxtı qənimətin beşdə birindən əhli beyt sayılanlara verilən paydır. Sizə xums deyil, zəkat düşür. Bu da əlinizdə olan pulun qırxda biri edir, yəni əlinizdə olan məbləğdən 2.5 faiz pulu kasıblara vermək lazımdır.

İşlərin qaydasında getməsi üçün dua varmı?

    01.06.2016
Sual: 
salam.Men kecmisde ettiyim bir gunah ucbatindan ozumu pis hiss edirem hele de.Menim hec bir isim duz getmir istediyim seylere sahib ola bilmiram bunun ucun sebr edirem.Allah sebr edenleri sevir.Amma men artiq ozume bir gun gzeran qurmaliyam .Ailem kasibdi ve men ne etmeliyem .Islerimin yolunda getmesi ucun bir dua varmi ?? Men sansimi bece duzelde bilerem
Cavab: 
Və aleykum Salam. Siz qəlbinizi Allaha bağlayın, Ona itaəti artırın, Ona təvəkkül edin işləriniz Allahın köməyi ilə yoluna düşəcək. Həmçinin oxuyun: 
Ruzinin artması üçün nə etməliyik?

Donuz əti və içki verilən kafedə işləyən namaz qıla bilər?

    25.05.2016
Sual: 
Salam men namaz qlmaq istiyirem ama iw imkan vermir cunku men kafede iwleyirem menim iwm budu bursa ozum istifade etmirem ama hazrliyiram donuz etne ve araga elim deyir bu gunahdmi olar namaz qlmaq bu halda? Ve maqazinde satlan toyuq eti haramdi yoxsa halaldi ?
Cavab: 
Və aleykum Salam. 
  1. Donuz ətinə və içkiyə əl vurmaq dəstəmazı pozmur və namazı batil etmir. Ona görə də tezliklə namaz qılmağa başlayın və Allaha dua edin ki, sizə daha xeyirli iş yetirsin, çünki bu cür işlərdə işləmək günaha şərik olmaqdır.

Sığorta və ipoteka halaldırmı?

    22.05.2016
Sual: 
Salam aleykum ! Bilmek isderdim ki , biz masina , eve , ve heyat sgortasi veririk ,yeni ayda mueyyen mebleg pul odeyib, eyer bir geza bas vererse Onun evezine bize kesilmis pul almag halal sayilirmi .? Birde Morgig (evin giymetli cox yuksek oldugu halda bankdan gotulmus loan )hagginda bilmek isdeyerdim . Onuda deyim ki lap balaca ev alib , aileni Onun icine kocurtmek bele el catilmazdir . Eyer evi rent etsem , bu anlig odenmis morgigdende baha basa gelir . Bu halda ne etmeli ? Allah sizden razi olsun !

Pages