Qadının işləməsi icazəlidirmi?
Sual:
Salam. Qadin dini baximdan isleye bilermi? Yoxsa gunahdi islemek qadina?
Cavab:
Aleykum salam. Qadınların işləməsi bəzi hallarda zəruridir -- məsələn, həkim, dərzi, müəllimə və s. peşələr, çünki bu sahələrdə bacarıqlı qadın mütəxəssislər olmadıqda müsəlman qadınlar naməhrəm kişilərin yanına getməli olurlar. Digər hallarda isə, ehtiyacı varsa işləyə bilər, əks halda işləməsə və ya evdə işləsə (məsələn, dərzi, repetitor və s.) daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın övrətdir. Həqiqətən o, çölə çıxanda, şeytan da ona tərəf gedir və onu azdırmaqla bağlı ümidlərini artırır. Qadın evində Allaha yaxın olduğu qədər, heç vaxt çöldə yaxın ola bilməz". (ət-Tirmizi, İbn Hibban və İbn Xuzeymə).
Qadının işləməsinin şərtləri aşağıdakılardır:
- Qadının peşəsi onun fitrətinə, təbiətinə uyğun olmalıdır. Məsələn, həkim, tibb bacısı, müəllimə və s. Kişilərə məxsus ağır işlərdə işləməməlidir.
- İş yerində hicabda olmalıdır
- Ondan tək və ya naməhrəm kişilərlə uzaq səfərə çıxmaq tələb olunmamalıdır
- Şəriətdə qadağan olunan digər şeylər tələb olunmamalıdır
- İşdə naməhrəmlə otaqda tək qalmamalıdır
- İş onu ailəsinin qeydinə qalmaqdan çox yayındırmamalıdır