İşdə tez həvəsdən düşərək özümü yararsız hiss edirəm...

    07.02.2018
Kimdən: 
Xanım
Sual: 
Salam.Necəsiz? 1.Mənə bu yaxınlarda bir iş təklifi gəlmişdi, lakin kollektivdə ancaq kişilər idi.Mən də xanımam.İş təklifini geri çevirdim.Lakin anam mənə deyir ki, kaş qəbul edərdin..Sizcə mən düz eləmişəm..2.Mən çox tez həvəsdən düşüb, özümü işə yaramaz kimi hiss edirəm.Mənə bu konuda yardım edin... Allah sizdən razı olsun. Çox gözəl işlə məşğul olursuz.
Cavab: 
Və aleykum Salam.
2. İş vaxtı yaranan hər hansı bir problemə görə ruhdan düşməyin, səbirli olun və Allaha dua edərək çalışmağa davam edin. Uca Allah buyurur: "İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır. Sonra da ona bunun əvəzi tam veriləcəkdir!" (ən-Nəcm, 39-41); "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!)". (əş-Şərh, 5-6). Həmçinin oxuyun:
 
Teqlər: 
Paylaş: