Saleh əməlləri etməyə olan tənbəllikdən necə qurtulmaq olar?

    20.03.2015
Kimdən: 
Yusuf Selefi
Sual: 
Salam aleykum. İn şe ALLAH sualım tenbellik baresindedir. İnsanın boş vaxtı olanda ve yaxud günahlar çox edende artıq tenbellik emele gelir saleh emellere qarşı.. Bu düzdürmü? Bu tenbellikden qurtulmağın yolu nedir? Saleh emel etmeye çalışsamda halsızlıq tenbellik imkan vermir. İn şe ALLAH cavablandırarsız tezlikle..qarşı
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır". (əs-Suyuti: "Fəthu-l-Kəbir", 1/58). Tənbəllikdən qurtulmaq üçün aşağıdakıları etmək lazımdır:

  1. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi zikr və duaları etmək. O, dua edərək deyirdi:
    • "Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. (Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir)". (Əbu Dəvud 4/319; İbn Məcəh və Əhməd, 4/60).
    •  "Allahummə lə səhlə illə mə cə'al­təhu səhlən və əntə təc'alul-həznə izə şi'tə səhlən. (Allahım! Sənin asanlaşdırdığından başqa asan olan bir şey yoxdur. Sən istəsən, çətin işi asanlaşdırarsan)". (İbn Hibban: "Səhih", №: 2427; İbn əs-Sunni, №: 351).
  2. Səhər və axşam zikrlərini etmək
  3. Xeyirli əməllərin mükafatı haqqında oxumaq
  4. Peyğəmbərin (salləllahu aleyhi və səlləm), səhabələrin və alimlərin həyatı haqqında oxumaq və ya dərslərə qulaq asmaq, onların xeyirli işlərə necə can atmasından nümunə götürmək
  5. Tənbəllik həddindən artıq çoxdursa, bu sehr və ya cadu nəticəsində ola bilər. Daha ətraflı: Cadudan qorunmaq üçün nə etmək lazımdır?

Həmçinin oxuyun: İmanı artırmaq üçün nə etməliyik?

Teqlər: 
Paylaş: