28. Səhər və axşam zikrləri
[Əlhəmdulilləhi vahdəhu va-s-salətu va-s-sələmu alə mən lə nəbiyyə bə'dəhu]
«Bir olan Allaha həmd olsun! Özündən sonra Peyğəmbər olmayan kimsəyə (Muhəmmədə) salavat və salam olsun!»
[Əuzu billəhi minə-ş-şeytani-r-racim] deyib Ayətul Kursi ayəsini bir dəfə oxumaq.[2]
Ayətul Kursi: [Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim] (əl Bəqərə, 255).
«Allah! Ondan başqa [ibadətə layiq olan] tanrı yoxdur, [əbədi] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır]. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların [yaranmışların] önlərində və arxalarında olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
(əl İxlas, əl Fələq və ən Nas surələrini üç dəfə oxumaq).[3]
əl İxlas surəsi:
Bismilləhi-r-rahmənir-rahim.
[1.Qul huvəllahu əhəd, 2.Əllahu-s-saməd, 3.Ləm yəlid və ləm yuləd, 4. Və ləm yəkul ləhu kufuvan əhəd]
Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möhtac deyildir [əksinə, hər bir məxluq Ona möhtacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»
əl Fələq surəsi:
Bismilləhi-r-rahməni-r-rahim.
[1. Qul əuzu bi rabbi-l-fələq, 2. Min şərri mə xaləq, 3. Və min şərri ğasiqin izə vaqab, 4. Və min şərri-n-nəffəsəti fi-l-uqad, 5. Və min şərri həsidin izə həsəd]
Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin [gecənin] şərindən, düyünlərə yüngülvari tüpürən [cadugər] qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
ən Nəs surəsi:
Bismilləhi-r-rahməni-r-rahim.
[1. Qul əuzu bi rabbi-n-nəs, 2. Məliki-n-nəs, 3. İləhi-n-nəs, 4. Min şərri-l-vasvasi-l-xannəs, 5. Əlləzi yuvasvisu fi sududuri-n-nəs, 6. Minə-l-cinnəti va-n-nəs]
Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çəkilənin [şeytanın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!»
[Asbəhnə va asbəhə-l-mulku li-l-ləhi, va-l-həmduli-l-ləh. Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. Rabbi əs'əlukə xayra mə fi həzə-l-yovmi va xayra mə ba'dəhu, va əuzu bikə min şərri mə fi həzə-l-yovmi va şərri mə ba'dəhu. Rabbi əuzu bikə minə-l-kəsəli va sui-l-kibəri. Rabbi əuzu bikə min əzabin fi-n-nəri va əzabin fi-l-qabri]
«Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!»[4]
[Axşam isə: (Asbəhnə va əsbəhə0l-mulku li-l-ləhi) əvəzinə (Əmsəynə va əmsəl-mulku li-l-ləh); (Rabbi əs'əlukə xayra mə fi həzə-l-yovmi va xayra mə ba'dəhu, va əuzu bikə min şərri mə fi həzə-l-yovmi va şərri mə ba'dəhu) əvəzinə (Rabbi əs'əlukə xayra mə fi həzihi-l-leyləti va xayra mə ba'dəhə, va əuzu bikə min şərri mə fi həzihi-l-leyləti va şərri mə ba'dəhə) deyilir.]
[Allahummə, bikə asbəhnə, va bikə əmsəynə, va bikə nəhyə, va bikə nəmutu, va ileykə-n-nuşuri]
«Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq,[5] Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!»[6]
[Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni va ənə abdukə, va ənə alə ahdikə va va'dikə mə-s-təta'tu, əuzu bikə min şərri mə sanə'tu. Əbu'u ləkə bini'mətikə aleyyə, va əbu'u bizənbi. Fəğfir li fə innəhu lə yəğfiru-z-zunubə illə əntə]
«Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!»[7]
[Allahummə, inni asbəhtu uşhidukə va uşhidu həmələtə arşikə va mələikətəkə va cəmia xalqikə ənnəkə əntə-l-lahu lə iləhə illə əntə vahdəkə lə şərikə ləkə va ənnə Muhəmmədən abdukə va rasulukə]
«Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Muhəmmədin Sənin qulun və rəsulun olduğuna Səni, Ərşini daşıyanları, mələklərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıxdım[8]!» (Dörd dəfə)[9]
[Allahummə, mə asbəhə bi[10] min ni'mətin av biəhədin min xalqikə fə minkə vahdəkə lə şərikə ləkə fələkə-l-həmdu va ləkə-ş-şukru]
«Allahım! Bu səhər [axşam] mənə və ya yaratdıqlarından hər hansı birinə verdiyin nemət Səndəndir. Sən Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!»[11]
[Allahummə, afini fi bədəni. Allahummə, afini fi səm'i. Allahummə, afini fi bəsari. Lə iləhə illə əntə. Allahummə, inni əuzu bikə minə-l-kufri va-l-faqri, va əuzu bikə min əzəbi-l-qabri, lə iləhə illə əntə]
«Allahım! Bədənimi salamat et! Allahım! Qulağımı salamat et! Allahım! Gözümü salamat et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram. Səndən başqa məbud yoxdur!» (üç dəfə)[12]
[Həsbiyəllahu lə iləhə illə huvə aleyhi təvakkəltu va huvə rabbu-l-arşi-l-azim]
«Allah mənə yetər! Ondan başqa məbud yoxdur. Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!» (yeddi dəfə)[13]
[Allahummə, inni əs'əlukə-l-afva va-l-afiyətə fi-d-dunyə va-l-əxirati. Allahummə, inni əs'əlukə-l-afva va-l-afiyətə fi dini va dunyəyə va əhli va məli. Allahummə-s-tur avrati va əmin ravatiy. Allahummə-h-fazni min bəyni yədeyyə va min xalfi va an yəmini va an şiməli va min fovqi va əuzu bi azəmətikə ən uğtələ min təhti]
«Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!»[14]
[Allahummə, alimə-l-ğaybi va-ş-şəhədəti, fətira-s-səməvati va-l-ardi. Rabbə kulli şeyin va məlikəhu. Əşhədu ən lə iləhə illə əntə. Əuzu bikə min şərri nəfsi va min şərri-ş-şeytani va şirkihi, va ən aqtərifə alə nəfsi suən av əcurrahu ilə muslimin]
«Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»[15]
[Bismilləhi-l-ləzi lə yədurru məa-i-smihi şeyun fi-l-ardi va lə fi-s-səməi va huvə-s-səmiu-l-alimi]
«Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Biləndir!» (üç dəfə)[16]
[Radiytu billəhi rabbən, va bi-l-isləmi dinən, va bi Muhəmmədin (sallallahu aleyhi va səlləm) nəbiyyən]
«Allahın Rəbb, İslamın din və Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbər olduğundan razıyam!» (üç dəfə)[17]
[Ya həyyu, ya qayyum! Bi rahmətikə əstəğiysu, aslih li şə'ni kulləhu va lə təkilni ilə nəfsi tarfətə aynin]
«Ey [əbədi] Yaşayan, ey Qəyyum [kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan]! Mərhəmətinlə kömək diləyirəm. Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!»[18]
[Asbəhnə va asbəhə-l-mulku li-l-ləhi Rabbi-l-aləmin.[19] Allahummə, inni əs'əlukə xayra həzə-l-yovmi:[20] fəthəhu va nəsrahu va nurahu va bərakətəhu va hudəhu va əuzu bikə min şərri mə fihi va min şərri mə ba'dəhu]
«Səhərə çıxdıq, hökm də aləmlərin Rəbbi Allahın olaraq səhərə çıxdı. Allahım! Səndən bu günün xeyrini – qələbəsini, zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Ondakı şərdən və ondan sonrakı şərdən Sənə sığınıram!»[21]
[Asbəhnə alə fitrati-l-isləmi,[22] va alə kəliməti-l-ixləsı, va alə dini nəbiyyinə Muhəmmədin (sallallahu aleyhi va səlləm) va alə milləti əbiynə İbrahimə hənifən muslimən va mə kənə minə-l-muşrikin]
«İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) dinində, hənif [ixlasla Allaha ibadət edən], müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!»[23]
[Subhənə-l-lahi va bi həmdihi]
«Allah pak və müqəddəsdir! Allaha həmd olsun!» (yüz dəfə)[24]
[Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (on dəfə)[25] yaxud (tənbəllik üz verdikdə bir dəfə)[26]
[Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (səhər yüz dəfə)[27]
[Subhənəllahi va bi həmdihi, adədə xalqihi, va rida nəfsihi, va zinətə arşihi, va midədə kəlimətihi]
«Yaratdıqlarının sayı, Özündən razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!» (səhər üç dəfə)[28]
[Allahummə, inni əs'əlukə ilmən nəfiən va rizqan tayyibən va amələn mutəqabbilən]
«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» (hər səhər)[29]
[Əstəğfirullahə va ətubu ileyhi]
«Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!» (gün ərzində yüz dəfə)[30]
[Əuzu bi kəliməti-l-ləhi-t-təmməti min şərri mə xaləqa]
«Yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram!» (axşam üç dəfə)[31]
[Allahummə, salli va səllim alə nəbiyyinə Muhəmmədin]
«Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!» (on dəfə)[32]