27. İstixarə namazının duası

Cabir ibn Abdullah (Allah ondan razı olsun) rə­vayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biri­niz bir işə başlamaq istədikdə fərz namazla­rın­dan əlavə iki rükət namaz qılsın və desin:

 [Allahummə inni əstəxirukə bi il­mikə, va əstəqdirukə bi qudratikə, va əs'ə­lukə min fadlikə-l-azim, fə innəkə təqdiru va lə əqdir, va tə'ləmu va lə a'ləm, va əntə alləmu-l-ğuyubi. Allahummə in kuntə tə'lə­mu ənnə həzə-l-əmra xayrun li fi dini va məaşi va aqibəti əmri, acilihi va əəci­lihi – fəqdurhu li va yəssirhu li, sum­mə bərik li fihi. Va in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun li fi dini va məaşi va aqibəti əmri, acilihi va əəcilihi – fa-s-rif­hu anni, va-s-rifni anhu, va-q-dur liyə-l-xayra heysu kənə, summə ərdıni bihi]
 
 «Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyi­rəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayı­şım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di­nim, yaşayışım və aqibətim üçün – yaxud de­yir: dün­yam və axirətim üçün – zərərli olduğu­nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, son­ra məni ondan razı sal!»[2]
 
Yaradandan uğur diləyən, mömin insanlarla məsləhətlə­şən və öz işində ehtiyatla davranan kəs peşman olmaz. Pak və müqəddəs Allah buyurmuşdur:
 
  «...[ehtiyacın olan] işdə onlarla məsləhətləş. Qəti qəra­ra gəldikdə isə Allaha təvəkkül et!».[3]

 
[1] [Bir işə başlamaq istədikdə Allahdan uğur diləmək.]
[2] əl-Buxari, 7/162.
[3] «Ali-İmran», 159.