26. Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
[Əstəğfiru-l-lahə (üç dəfə)! Allahummə əntə-s-sələmu va minkə-s-sələmu təbəraktə yə zə-l-cələli va-l-ikrami]
«Allahdan bağışlanma diləyirəm!» (üç dəfə). «Allahım! Salam Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».[1]
[Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cəddu]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz».[2]
[Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illə-l-lahu, va lə nə'budu illə iyyəhu. Ləhu-n-ni'mətu va ləhu-l-fədlu va ləhu-s-sənəu-l-həsənu. Lə iləhə illə-l-lahu muxlisınə ləhu-d-dinə va lov kərihə-l-kəfirunə]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa məbud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!»[3]
[Subhənə-l-lahi, va-l-həmdu lilləhi, va-l-lahu əkbər (otuz üç dəfə)! Lə iləhə illə-l-ləhu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir]
«Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allah Böyükdür!» (otuz üç dəfə). «Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»[4]
Hər (vacib) namazdan sonra: (əl-İxlas, əl-Fələq və ən-Nas surələrini bir dəfə) oxumaq.[5]
əl-İxlas surəsi:
Bismilləhi-r-rahmənir-rahim.
1.Qul huvəllahu əhəd, 2.Əllahu-s-saməd, 3.Ləm yəlid və ləm yuləd, 4. Və ləm yəkul ləhu kufuvan əhəd. (əl İxlas, 1-4).
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! - "De: “O Allah Təkdir!, Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur". (əl İxlas, 1-4).
əl-Fələq surəsi:
Bismilləhi-r-rahməni-r-rahim.
1. Qul əuzu bi rabbi-l-fələq, 2. Min şərri mə xaləq, 3. Və min şərri ğasiqin izə vaqab, 4. Və min şərri-n-nəffəsəti fi-l-uqad, 5. Və min şərri həsidin izə həsəd. (əl Fələq, 1-5).
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! - "De: "Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və həsəd aparan zaman paxılın şərindən!" (əl Fələq, 1-5).
ən-Nəs surəsi:
Bismilləhi-r-rahməni-r-rahim.
1. Qul əuzu bi rabbi-n-nəs, 2. Məliki-n-nəs, 3. İləhi-n-nəs, 4. Min şərri-l-vasvasi-l-xannəs, 5. Əlləzi yuvasvisu fi sududuri-n-nəs, 6. Minə-l-cinnəti va-n-nəs. (ən Nəs, 1-6).
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! - "De: "Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən. (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!" (ən Nəs, 1-6).
Hər (vacib) namazdan sonra Ayətul Kursi ayəsini (əl Bəqərə, 255) oxumaq.[6]
Əuzu billəhi minə-ş-şeytani-r-racim, (Lənətlənmiş şeytandan Allaha sığınıram).
"Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim". (əl Bəqərə, 255).
Mənası: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
[Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku va ləhul-həmdu, yuhyi va yumiytu va huvə alə kulli şeyin qadir]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O hər şeyə Qadirdir!» Bu zikri məğrib və sübh namazlarından sonra on dəfə oxumaq Sünnədir.[7]
[Allahummə, inni əs'əlukə ilmən nəfiən va rizqan tayyibən va amələn mutəqabbilən]
«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» Bu dua sübh namazının salamından sonra oxunur.[8]