25. Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua
[Allahummə inniy əuzu bikə min əzabil-qabri, və min əzabi Cəhənnəmə, və min fitnətil-məhyə vəl-məmati, və min şərri fitnətil-məsihid-dəccal]
«Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!»[1]
[Allahummə inniy əuzu bikə min əzabil-qabri, və əuzu bikə min fitnətil-məsihid-dəccal, və əuzu bikə min fitnətil-məhyə vəl-məmati. Allahummə inniy əuzu bikə minəl-mə'səmi vəl-məğrami]
«Allahım! Qəbir əzabından Sənə sığınıram. Dəccal məsihin fitnəsindən Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım! Günahdan və cərimədən (borcdan) Sənə sığınıram».[2]
[Allahummə inniy zaləmtu nəfsiy zulmən kəsiyran, və lə yəğfiruz-zunubə illə ənt, fəğfir liy məğfiratən min indikə vərhəmniy, innəkə əntəl-ğafurur-rahim]
«Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!»[3]
[Allahummə-ğfir liy mə qaddəmtu, və mə əxxartu, və mə əsrartu, və mə ə'ləntu, və mə əsraftu, və mə əntə ə'ləmu bihi minniy. Əntəl-muqaddimu, və əntəl-muəxxiru, lə illəhə illə ənt]
«Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur».[4]
[Allahummə əınniy alə zikrikə, və şukrikə, və husni ibadətikə]
«Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!»[5]
[Allahummə inniy əuzu bikə minəl-buxli, və əuzu bikə minəl-cubni, və əuzu bikə min ən uraddə ilə ərzəlil-umri, və əuzu bikə min fitnətid-dunya və əzabil-qabr]
«Allahım! Xəsislikdən Sənə sığınıram. Qorxaqlıqdan Sənə sığınıram. Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram. Dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!»[6]
[Allahummə inniy əs'əlukəl-cənnətə və əuzu bikə minən-nar]
«Allahım! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!»[7]
[Allahummə bi ilmikəl-ğaybə və qudratikə aləl-xalqi əhyiniy mə alimtəl-həyətə xayran liy, və təvaffəniy izə alimtəl-vəfatə xayran liy, Allahummə inniy əs'əlukə xaşyətəkə fil-ğaybi vəş-şəhadəti, və əs'əlukə kəlimətəl-həqqi fir-rıda val-ğadabi, və əs'əlukəl-qasdə fil-ğinə val-fəqri, və əs'əlukə nəiymən lə yənfədu, və əs'əlukə qurratə aynin lə tənqatiu, və əs'əlukər-rıda ba'dəl-qadai, və əs'əlukə bərdəl-ayşi ba'dəl-məuti, və əs'əlukə ləzzətən-nəzəri ilə vachikə vəş-şəuqa ilə liqaikə fi ğayri darraə mudırratin və lə fitnətin mudillətin, Allahummə zəyyinnə bi ziynətil-iyməni vac'alnə hudatən muhtədin]
«Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məyi yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür. Allahım! Gizlində də, aşkarda da Səndən [layiqincə] qorxmağı diləyirəm. Səndən, razılıq və qəzəb anında haqq söz [söyləməyimi] diləyirəm. Zənginlikdə də, kasıblıqda da Səndən mötədillik diləyirəm. Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı [sevinc] diləyirəm. Səndən, [başıma gələn] qəzadan sonra [ondan] razı qalmağımı və ölümdən sonra [olan] gözəl həyatı diləyirəm. Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini Səndən diləyirəm. Allahım! Bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!»[8]
[Allahummə inniy əs'əlukə yə Allahu bi ənnəkəl-vahidul-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirə liy zunubiy, innəkə əntəl-ğafurur-rahim]
«Allahım, Sənə yalvarıram! Ey Allah, Sən ki, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən».[9]
[Allahummə inniy əs'əlukə bi ənnə ləkəl-həmd, lə ilahə illə əntə vəhdəkə lə şəriykə ləkə, əl-mənnanu, yə bədi'as-səməvati val-ard, yə zəl-cələli val-ikram, yə həyyu, yə qayyum, inniy əs'əlukəl-cənnətə və əuzu bikə minən-nər]
«Allahım, Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Lütfkarsan! Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!»[10]
[Allahummə inniy əs'əlukə bi ənniy əşhədu ənnəkə əntəllahu lə ilahə illə əntəl-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd]
«Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa məbud yoxdur. Doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən!»[11]